• 14.09.2023 14:38

İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik etdi

İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik etdi

Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib.

PROSES.AZ xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli həmvətənlər!

Sizi – Azərbaycanın yəhudi icmasını yeni il bayramınız Roş ha-Şana münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.

Dünyada sivilizasiyalararası və mədəniyyətlərarası dialoqa mühüm töhfələr verən Azərbaycanda tarixən olduğu kimi, bu gün də yüksək birgəyaşayış mədəniyyəti, ayrı-ayrı xalqların və dinlərin nümayəndələri arasında nümunəvi dostluq və qardaşlıq münasibətləri hökm sürür. Müasir demokratik prinsiplər əsasında insan hüquq və azadlıqlarının təminatı, etnik azlıqların dil və mədəniyyətinin qorunub saxlanılması, multikultural dəyərlərin və tolerantlıq ənənələrinin təşviqi həyata keçirdiyimiz dövlət siyasətinin başlıca istiqamətlərindəndir.

Etnomədəni rəngarəngliyi ilə seçilən ölkəmizdə yüz illərdir məskunlaşan və Azərbaycanı özünə doğma vətən bilən yəhudi icması sülh, əmin-amanlıq şəraitində yaşayaraq heç vaxt antisemitizmə, ayrı-seçkiliyə məruz qalmamış, cəmiyyətimizin ayrılmaz hissəsinə və bərabərhüquqlu üzvünə çevrilmişdir. Əlamətdar haldır ki, yəhudi əsilli vətəndaşlarımız respublikamızın ictimai-siyasi həyatında yaxından iştirak edir, ümumi evimiz olan Azərbaycanın inkişafı və tərəqqisi naminə səylərini əsirgəmirlər.

Əziz dostlar!

Roş ha-Şana yeniləşmə, xoş müjdələr, mənəvi saflıq bayramıdır. Bu əziz gün münasibətilə bir daha hamınıza səmimi təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət arzulayıram.

Bayramınız mübarək olsun!”

DİGƏR XƏBƏRLƏR

Prezidentlər Kəlbəcər-Laçın avtomobil yolunda – Fotolar

Prezidentlər Kəlbəcər-Laçın avtomobil yolunda – Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış…
Hüseynbala Mirələmovun qardaşı oğlunun cinayət işinə görə o da axtarışa verildi – FOTO

Hüseynbala Mirələmovun qardaşı oğlunun cinayət işinə görə o da…

Sabiq deputat Hüseynbala Mirələmovun qardaşı oğlunun törətdiyi cinayət işində adı keçən Paşa Paşayev axtarışa verilib.  Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən xəbərə…
Xalq artistinin nəvəsinə yüksək vəzifə verildi

Xalq artistinin nəvəsinə yüksək vəzifə verildi

Azərbaycan Respublikasının Kino Agentliyinə direktor müavini təyin edilib. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, mədəniyyət naziri Adil Kərimlinin…
Laçında bu yerlərdə çalışanlar 1000 manat maaş alır

Laçında bu yerlərdə çalışanlar 1000 manat maaş alır

Laçındakı sənaye müəssisələrində çalışan işçilər 1000 manata yaxın əməkhaqqı alır. Proses.az “Report”a istinadən xəbər verir ki, bunu Laçındakı xüsusi nümayəndəliyin…
Tarixi ANLAR- Laçın Beynəlxalq Hava Limanının açılışı oldu- VİDEO

Tarixi ANLAR- Laçın Beynəlxalq Hava Limanının açılışı oldu- VİDEO

Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi olub. Proses.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib…
Laçında tarixi tədbir başladı – Canlı

Laçında tarixi tədbir başladı – Canlı

Bu gün 28 May – Müstəqillik Günündə Laçın Beynəlxalq Hava Limanının açılışı baş tutur. Açılışda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə…
Ərdoğanın təyyarəsi Laçın aeroportuna eniş etdi – Canlı

Ərdoğanın təyyarəsi Laçın aeroportuna eniş etdi – Canlı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Müstəqillik Günü münasibətilə özəl “TUR” təyyarəsi ilə Azərbaycanın Laçın şəhərinə yola düşüb. Onu Esenboğa…
Dublin hava limanında təhlükəli eniş anı – VİDEO

Dublin hava limanında təhlükəli eniş anı – VİDEO

Almaniyanın Lufthansa aviaşirkətinə məxsus Airbus A320neo təyyarəsi Dublində eniş zamanı az qala qanadı ilə yerə toxunub. Milli.Az xəbər verir ki,…
Kirkorov xəstəxanaya yerləşdirildi

Kirkorov xəstəxanaya yerləşdirildi

Rusiyanın Xalq artisti Filipp Kirkorovun müalicəsi hələ 2-3 həftə davam edəcək. Milli.Az xəbər verir ki, bu barədə “Mash” Telegram kanalı…
Xəzərdə yeni ada peyda oldu

Xəzərdə yeni ada peyda oldu

Rusiyalı alimlər Xəzər dənizinin şimal hissəsində su səviyyəsinin aşağı düşməsi nəticəsində yeni bir adanın meydana gəldiyini təsdiqləyiblər. Adaya hələlik hər…
Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah bu ərazilərdə qaz olmayacaq

Xəzər rayonundakı mövcud qaz xəttində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar 29.05.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.  Bu barədə…
Laçında dəfn mərasimlərinə icazə verildi

Laçında dəfn mərasimlərinə icazə verildi

Laçında dəfn mərasimlərinə icazə verilib. Proses.az xəbər verir ki, bu barədə APA-ya Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi…
Dollarla bağlı mühüm açıqlama – “Manatın məzənnəsi…”

Dollarla bağlı mühüm açıqlama – “Manatın məzənnəsi…”

Azərbaycanda ingilis funt-sterlinqi manata nisbətdə bahalaşıb-ucuzlaşır. Eyni tendensiya avro ilə bağlı da müşahidə olunur, lakin ABŞ dolları stabilliyini qoruyur. Bu…
Ərdoğan Laçına yola düşdü

Ərdoğan Laçına yola düşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Müstəqillik Günü münasibətilə özəl “TUR” təyyarəsi ilə Azərbaycanın Laçın şəhərinə yola düşüb. “Qafqazinfo” “Anadolu…
Mehriban Əliyevadan Müstəqillik Günü təbriki – Foto

Mehriban Əliyevadan Müstəqillik Günü təbriki – Foto

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 28 May – Azərbaycanın Müstəqillik Günü ilə bağlı paylaşım edib. Proses.az xəbər verir ki, paylaşımda deyilir:…