- 14.09.2023 19:22
Whatsapp-a giriş bloku xəbərdarlığı

Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi Rabitə Nəzarəti Agentliyi yeni açılan kanallarına qeyri-qanuni məlumatların daxil edildiyi təqdirdə WhatsApp-a girişin bloklana biləcəyini açıqlayıb.
Bu barədə Roskomnadzor tərəfindən yazılı açıqlama verilib.
Açıqlamada Rusiya qanunlarının bütün şirkətlərə şamil edildiyi bildirilib. Bəyanatda Rusiya qurumlarına və ayrı-ayrı şəxslərə də yerli təcrübələrə keçmələri tövsiyə olunub.
Buraya rusiyalı istifadəçiləri hədəfləyən mesajlaşma proqramları və sosial media şəbəkələri daxildir. Qadağan olunmuş məlumatları ehtiva edən düşmən kanalların meydana çıxması onların dərhal silinməsi tələbi və bunun edilməməsi proqramın bloklanması ilə nəticələnəcək.
WhatsApp-ın sahibi olan Meta şirkəti Rusiyada qeyri-qanuni məlumat yaydığı səbəbi ilə “ekstremist təşkilat” kimi müəyyən edilib, şirkətin Facebook və Instagram platformalarına isə keçən il giriş bloklanıb.\\Manset.az