• 15.09.2023 11:16

Prezident müraciət ünvanladı

Prezident müraciət ünvanladı

Azərbaycan Prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin iştirakçı dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 33-cü iclasının iştirakçılarına müraciət ünvanlayıb.

 

PROSES.AZ-ın xəbərinə görə, müraciətdə deyilir:

 

“Hörmətli tədbir iştirakçıları!

 

Sizi Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçı dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının Bakı şəhərində keçirilən 33-cü iclasında səmimiyyətlə salamlayıram.

 

Azərbaycan MDB-nin fəal üzvü olmaqla bu təşkilatın daha da möhkəmləndirilməsi istiqamətində səylərin artırılmasını vacib hesab edir. MDB çərçivəsində təhlükəsizliyin və sabitliyin qorunması, əməkdaşlığın daha da gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir.

 

Hörmətli qonaqlar, qanunun aliliyi, insan hüquq və azadlıqlarının müdafiəsi hər bir hüquqi dövlətin ali məqsədini təşkil edir. Bu baxımdan, prokurorluq orqanlarının qanunçuluğun və hüquq qaydasının təmin edilməsində və möhkəmləndirilməsində, cinayətkarlığa qarşı mübarizədə müstəsna rolu vardır.

 

Transmilli mütəşəkkil cinayətkarlıq hər bir dövlətin sosial, iqtisadi və siyasi sabitliyi üçün ciddi təhlükədir. Müasir dünyada qlobal və regional təhlükələrin artdığı bir zamanda MDB iştirakçı dövlətlərinin prokurorlarının qarşısında yeni və mürəkkəb çağırışlar durur. Bu təhdidlər beynəlxalq hüquq mühafizə potensialının artırılmasını, qanunsuz şəbəkələrin zərərsizləşdirilməsi üçün birgə fəaliyyət göstərməyi, ənənəvi və yeni, o cümlədən terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri, korrupsiya, kibercinayətkarlıq, çirkli pulların yuyulması və digər cinayət növlərinin qarşısının alınmasını tələb edir.

 

Əminəm ki, birgə səyləriniz dövrümüzün neqativ cərəyanlarına vaxtında reaksiya verməyə, dövlətlərimizin və vətəndaşlarımızın etibarlı müdafiəsini təmin etməyə imkan verəcək.

 

Hesab edirəm ki, MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının bugünkü iclası regionumuzda insan hüquq və azadlıqlarının etibarlı qorunmasına, cinayətkarlığın bütün formalarına qarşı mübarizədə səylərimizin birləşdirilməsinə və qarşılıqlı əməkdaşlığın daha səmərəli həyata keçirilməsinə təkan verəcəkdir.

 

Sizə ən xoş arzularımı yetirir, iclasın işinə uğurlar diləyirəm”.

DİGƏR XƏBƏRLƏR

“Sosial mediada nəsə yazmaqla insan ekspert hesab olunmur”

“Sosial mediada nəsə yazmaqla insan ekspert hesab olunmur”

Mayın 24-də keçirilən mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının qiymətləndirilməsi prosesində…
Nazir Habil Alıyevi yüksək vəzifəyə təyin etdi – FOTO

Nazir Habil Alıyevi yüksək vəzifəyə təyin etdi – FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyində yeni təyinat baş tutub. Manset.az-ın əldə etdiyi məlumata görə,…
Bakıda məşhurlaşan qurbağa əti – “Zəhərli maddələr çoxdur”

Bakıda məşhurlaşan qurbağa əti – “Zəhərli maddələr çoxdur”

Son illərdə dəniz məhsulları ilə yanaşı, ölkəmizdə qurbağa ətinə də maraq yaranıb.  Proses.az xəbər verir ki, bu barədə İTV sujet…
Səringül Ramazanovanın Hekayəsi

Səringül Ramazanovanın Hekayəsi

Səringül Ramazanovanın Hekayəsi: Keçmişin Kölgəsindən Azadlığın İşığına 1995-ci ildə Xaçmaz rayonunda doğulan Səringül Ramazanova həyatının ilk illərindən taleyin sərt üzü…
Bakıda dana ticarət mərkəzini alt-üst qoydu – VİDEO

Bakıda dana ticarət mərkəzini alt-üst qoydu – VİDEO

Masazırda maraqlı və eyni zamanda təhlükəli hadisə baş verib. Sosial şəbəkələrdə yayılmış görüntülərdə dananın ticarət mərkəzinə daxil olaraq mağazanı dağıtdığı…
Türkiyədə azərbaycanlı tələbəni döyüb videoya çəkənlərə AĞIR CƏZA

Türkiyədə azərbaycanlı tələbəni döyüb videoya çəkənlərə AĞIR CƏZA

Türkiyədə Azərbaycan vətəndaşı olan 25 yaşlı tələbə döyülərək ona qarşı əxlaqsız hərəkətlər edilib.  “Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki,…
Həftəsonu səfərə çıxanların NƏZƏRİNƏ

Həftəsonu səfərə çıxanların NƏZƏRİNƏ

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib. Xəbərdarlıqda hazırda ölkə ərazisində əlverişsiz hava şəraiti müşahidə olunduğu bildirilir. Qeyd edilib…
Üçüncü övladını dünyaya gətirmişdi – 13 gün sonra ÖLDÜ

Üçüncü övladını dünyaya gətirmişdi – 13 gün sonra ÖLDÜ

Bakıda 3-cü uşağını qeysəriyyə üsulu ilə dünyaya gətirən 33 yaşlı Günay Məmmədova 13 gün komada qaldıqdan sonra vəfat edib. Ailəsi…
Xəstə həkim ondan imtina etdiyi üçün ölüb? – Açıqlama

Xəstə həkim ondan imtina etdiyi üçün ölüb? – Açıqlama

Siyəzən rayon sakini atası Qabil Zeynalovun vəfatında Mərkəzi Klinikanın Kardiologiya Şöbəsinin müdiri, həkim‐kardioloqu Firdovsi İbrahimovu ittiham edir.  “Qafqazinfo”ya müraciət edən…
Təyyarənin qəzaya uğradığı yerdə xatirə meydançası… – Video

Təyyarənin qəzaya uğradığı yerdə xatirə meydançası… – Video

AZAL təyyarəsinin Aktau yaxınlığında qəzaya uğradığı yerdə xatirə meydançası yaradılıb. Proses.az xəbər verir ki, bununla bağlı Qazaxıstanın “NewTimes.kz” saytı məlumat…
Maksimum balı onlar topladı – FOTO

Maksimum balı onlar topladı – FOTO

Xəbər verdiyimiz kimi, ötən gün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2025-ci il aprelin 13-də keçirilən buraxılış imtahanının nəticələri…
İranda fabrikdə güclü YANĞIN – VİDEO

İranda fabrikdə güclü YANĞIN – VİDEO

İsfahan əyalətinin Murçexort şəhərində iplik və toxuculuq fabrikində güclü yanğın baş verib. “Azad İran” “Telegram” kanalı bu barədə İran KİV-ə…
Azərbaycanlı müğənni səhnəyə biabırçı geyimdə çıxdı – VİDEO

Azərbaycanlı müğənni səhnəyə biabırçı geyimdə çıxdı – VİDEO

Avroviziya təmsilçimiz Dilarə Kazımova görüntüsü ilə diqqət çəkib. Paytaxt məkanlarının birində səhnə alan pop ifaçısının geyim tərzi müzakirələr yaradıb. Müğənninin…
7 ayda 25 kişiyə ƏRƏ GETDİ – FOTO

7 ayda 25 kişiyə ƏRƏ GETDİ – FOTO

Hindistanda 23 yaşlı Anuradha Pasvan evlilik saxtakarlığında şübhəli bilinərək həbs edilib. İddialara görə, o, yeddi ay ərzində müxtəlif ştatlarda 25…
“Manaf yaraşıqlı kişidir, onu 3 ay mənə verələr…” – VİDEO

“Manaf yaraşıqlı kişidir, onu 3 ay mənə verələr…” –…

Müğənni Əminə Şirin Manaf Ağayevlə bağlı iddialı açıqlama verib. Bu barədə o, “Gün ortası” verilişində danışıb. Əminə Manafın “toy məktəbdir”…