• 15.09.2023 16:39

İlham Əliyev İƏT-ə üzv dövlətlərin baş prokurorlarının 4-cü iclasının iştirakçılarına müraciət ünvanlayıb

İlham Əliyev İƏT-ə üzv dövlətlərin baş prokurorlarının 4-cü iclasının iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin baş prokurorlarının 4-cü iclasının iştirakçılarına müraciət ünvanlayıb.

PROTEST.AZ xəbər verir ki, müraciətdə deyilir:

“Hörmətli tədbir iştirakçıları!

Sizi İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin baş prokurorlarının Bakı şəhərində keçirilən 4-cü iclasında səmimiyyətlə salamlayıram.

Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikasının üzvü olduğu ilk təşkilatlardan biri də İƏT olmuşdur.

Sevindirici haldır ki, İƏT-in fəal üzvü kimi təşkilata üzv dövlətlərlə dostluq və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığımız beynəlxalq platformalar çərçivəsində də uğurla inkişaf edir.

Bildiyiniz kimi, Ermənistan Respublikası 30 ilə yaxın ölkəmizin 20% torpaqlarını işğal altında saxlamışdır. Fürsətdən istifadə edərək, işğal zamanı və sonrakı mərhələdə Azərbaycanın ədalətli mövqeyini dəstəkləməkdə göstərdikləri prinsipial mövqeyə görə İƏT-ə üzv ölkələrə minnətdarlığımı bildirmək istəyirəm. Bu dövr ərzində orada insanlıq əleyhinə və hərbi cinayətlər törədilmiş, etnik təmizləmə aparılmış, həmin ərazilərimiz narkotik vasitələrin yetişdirilməsi və daşınması, habelə beynəlxalq terrorçuların hazırlanması üçün istifadə edilmişdir.

2020-ci ildə bu ərazilərimiz işğaldan azad edildikdən sonra isə Azərbaycan digər çağırışlarla qarşılaşmışdır. Ölkəmizin şəhər və kəndləri Ermənistan tərəfindən qəsdən dağıdılmış, talan olunmuş, bütün mədəni və dini abidələr dağıdılmış, məscidlər təhqir olunmuş, qarət edilmişdir. Birinci Qarabağ müharibəsi və sonrakı dövrlərdə 4000-ə yaxın insan itkin düşmüşdür ki, onların taleyi ilə bağlı qarşı tərəf hələ də heç bir məlumat vermir. Ermənistan işğal etdiyi ərazilərimizdə bir milyona yaxın mina basdırmış, urbisid, kultursid və ekosid cinayətləri törətmişdir. İşğala son qoyulan kimi dövlətimiz bütün gücünü səfərbər edərək bu ərazilərdə geniş quruculuq və bərpa işlərinə, erməni vandalizminin nəticələrini aradan qaldırmağa başlamışdır.

Hörmətli iclas iştirakçıları, hər bir dövlətdə xalqın rifahının təmin edilməsini şərtləndirən iqtisadi inkişaf və hüquq qaydasının mövcudluğudur. Cinayətkarlıq qeyd olunan amillərə ciddi təhlükə olmaqla beynəlxalq səviyyədə mübarizənin aparılmasını tələb edən fenomendir. Bu sahədə, xüsusilə transmilli cinayətkarlıqla mübarizədə prokurorluq orqanlarının qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərməsi mühüm əhəmiyyət kəsb edir.

Qlobal və regional təhdidlərin, islamafobiya meyllərinin artdığı bir zamanda İƏT-ə üzv dövlətlərin prokurorlarının qarşısında yeni vəzifələr durur. Narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri, korrupsiya, kibercinayətkarlıq, çirkli pulların yuyulması və sair cinayətlər beynəlxalq terrorçuluğun maliyyə mənbəyi olmaqla bəşəriyyətin gələcəyinə böyük təhlükə yaradır.

Əminəm ki, vacib məsələlərin müzakirəsi iştirakçılara beynəlxalq təcrübədən faydalanmaq imkanı verməklə insan hüquqlarının müdafiəsi və iqtisadiyyatın inkişafı üçün münbit şəraitin yaradılması istiqamətində əməkdaşlığı daha da möhkəmləndirəcəkdir.

Hesab edirəm ki, ölkəmizin İƏT-də sədrliyi dönəmində üzv dövlətlərin baş prokurorlarının bugünkü iclası regionumuzda insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə, cinayətkarlığın bütün formalarına qarşı mübarizədə səylərimizin birləşdirilməsinə və qarşılıqlı əməkdaşlığın daha səmərəli həyata keçirilməsinə mühüm töhfə verəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, iclasın işinə uğurlar diləyirəm”.

DİGƏR XƏBƏRLƏR

Azərbaycana 1 milyondan çox pul gətirən qadın saxlanıldı

Azərbaycana 1 milyondan çox pul gətirən qadın saxlanıldı

Rusiyanın Həştərxan şəhərindən Bakıya gələn qadının çamadanında bəyan edilməmiş pul aşkarlanıb. Həştərxan hava limanının gömrükçüləri qanun pozuntusu aşkar edərək cinayət…
Bankdan dollar almaq istəyənlərin diqqətinə – VİDEO

Bankdan dollar almaq istəyənlərin diqqətinə – VİDEO

Azərbaycanda vətəndaşların banklardan xarici valyuta, xüsusilə də dollar alışına bir sıra məhdudiyyətlərin olmasıyla bağlı iddialar səsləndirilir. “Kapital Bank”ın rəsmi nümayəndəsi…
Əhaliyə XƏBƏRDARLIQ – Bu tarixdə QAR YAĞACAQ

Əhaliyə XƏBƏRDARLIQ – Bu tarixdə QAR YAĞACAQ

Bakıda və Abşeron yarımadasında fevralın 23-ü axşamadək hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Bu barədə Milli Hidrometerologiya Xidmətindən…
Prezidentin yeni təyin etdiyi icra başçısı KİMDİR? – DOSYE

Prezidentin yeni təyin etdiyi icra başçısı KİMDİR? – DOSYE

Naim Cahidzadə Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Proses.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham…
Prezident bu rayona yeni icra başçısı TƏYİN ETDİ

Prezident bu rayona yeni icra başçısı TƏYİN ETDİ

Naim Etibar oğlu Cahidzadə Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Proses.az məlumatına görə, bununla bağlı Azərbaycan…
Cərimələnən bloqer səhifələrə hücum təşkil edib?

Cərimələnən bloqer səhifələrə hücum təşkil edib?

Bir neçə gün əvvəl Bakı-Quba-Rusiya sərhədi yolunda “Range Rover” markalı avtomobili 200 km/saat sürətlə idarə etdiyinə görə məsuliyyətə cəlb edilən bloqer…
Yeganə Ramazanova yüksək vəzifəyə TƏYİN EDİLDİ

Yeganə Ramazanova yüksək vəzifəyə TƏYİN EDİLDİ

İpoteka və Kredit Zəmanət Fondunun mətbuat katibi Yeganə Ramazanova vəzifəsini tərk edib. Proses.az xəbər verir ki, o, Elm və Təhsil Nazirliyinə…
Yaxın iki ayda Füzuli şəhərinə 300-dən çox ailə köçürüləcək – RƏSMİ

Yaxın iki ayda Füzuli şəhərinə 300-dən çox ailə köçürüləcək…

“Yaxın 2 ay ərzində Füzuli şəhərinə köçən ailələrin sayı 846-a çatacaq”. Proses.az report-a istinadən xəbər verir ki, bunu Bakıda keçirilən…
Müğənninin bu videosu trend oldu

Müğənninin bu videosu trend oldu

Türkiyəli müğənni Zeynep Bastık üzünü buzla dolu qaba salıb.  “Qafqazinfo” xəbər verir ki, müğənni həmin görüntüləri öz sosial şəbəkə hesabında…
Ana dilimiz qürur mənbəyimizdir

Ana dilimiz qürur mənbəyimizdir

Ana dilimiz milli sərvətimiz, milli kimliyimiz, qorumağa borclu olduğumuz ən böyük dəyərdir. Ana dilimiz bizim ulu babalarımızın gözbəbəyi tək qoruduğu…
Gülay azadlığa çıxan Kamildən yazdı – FOTO

Gülay azadlığa çıxan Kamildən yazdı – FOTO

“Bizə sahib çıxdığınız üçün minnətdarıq” – Gülay azadlığa çıxan Kamildən yazıb. Proses.az Gülayın həyat yoldaşı haqqında etdiyi paylaşımı təqdim edir:
Kamil Zeynallının azadlığa buraxılma anı – VİDEO

Kamil Zeynallının azadlığa buraxılma anı – VİDEO

Xəbər verdiyimiz kimi, bu gecə Moskvadan Azərbaycana qayıdarkən Domodedovo hava limanında Ermənistanın tələbi ilə saxlanılan Kamil Zeynallının az öncə azadlığa…
Kamil Zeynallı azadlığa buraxıldı – Təcili

Kamil Zeynallı azadlığa buraxıldı – Təcili

Kamil Zeynallı azadlığa buraxılıb. O bu gün Bakıya qayıdacaq. APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kamil Zeynallının vəkili…
Məşhur jurnalist dözmədi, intihar etdi – FOTO

Məşhur jurnalist dözmədi, intihar etdi – FOTO

Hazırda Rusiyada həbsdə olan İqor Solovyov-Girkinin silahdaşı, hərbi bloger Andrey Morozov “Murz” Teleqram kanalında intihar edəcəyini, intiharının səbəblərini yazaraq özünü…
Dünyada ilk – İnsan düşüncəsi ilə kompüter siçanını hərəkət etdirdi

Dünyada ilk – İnsan düşüncəsi ilə kompüter siçanını hərəkət…

Xəbər verdiyimiz kimi, “Tesla” və “SpaceX” şirkətlərinin qurucusu, milyarder İlon Maskın “Neuralink” şirkəti ilin əvvəlində ilk dəfə insan beyninə çip…