• 15.09.2023 20:19

“Yığılan pulları Nəcməddin Sadıkova vermişəm” – Həbsdəki POLKOVNİK

“Yığılan pulları Nəcməddin Sadıkova vermişəm” – Həbsdəki POLKOVNİK

Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin həbsdə olan sabiq rəisi, ehtiyatda olan polkovnik Məlikməmməd Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Formal olaraq prosesin açıq keçirildiyi elan olunsa da, faktiki olaraq qapalı keçirilib. Bu gün eyni məhkəmə instansiyasında Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov və digərlərinin prosesi baş tutub. Həmin prosesə də jurnalistlər “yer yoxdur” bəhanəsi ilə buraxılmayıblar.

PROSES.AZ-ın musavat.com-a istinadən məlumatına görə, Məlikməmməd Qurbanovun cinayət işi üzrə prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, Məlikməmməd Qurbanov 2015-2019-cu illərdə Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi vəzifəsində çalışıb. Vəzifədə olduğu müddətdə Silahlı Qüvvələrin sabiq Baş Qərargah rəisinin tapşırığı əsasında Maliyyə və Büdcə İdarəsinin eks rəisi, general-mayor Nizami Məmmədov və digərləri ilə əlbir olaraq milyonlarla manatdan çox mənimsəmədə təqsirləndirilir. Belə ki, Nazirliyin Satınalmalar və Təchizat İdarəsinin rəisi kimi çalışdığı müddətdə nazirlik tərəfindən alınan ərzaq və təchizatları dəyərindən artıq qiymətə alaraq həmin artıq olan məbləği nağd şəkildə şirkət nümayəndələri alaraq mənimsəyib.

M.Qurbanova qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb. Təqsirləndirilən Məlikməmməd Qurbanov ona elan olunan ittihamla özünü qismən təqsirli bilib. O, hərbi qulluqçu olduğunu, verilən tapşırıqları icra etdiyini, dövlətə vurduğu ziyanı tam ödədiyini deyib.

Məlikməmməd Qurbanov bildirib ki, idarə rəisi kimi vəzifəsi nazirlik və hərbi hissələrdən gələn sifarişləri vaxtlı-vaxtında və keyfiyyətli təmin etmək olub.

Sabiq idarə rəisi qeyd edib ki, ərzaq malları ilə bağlı müxtəlif adda şirkətlərlə çalışsalar da, hamısı bir şəxsə məxsus olub. O, həmin şəxsin adını çəkməkdən imtina edib: “Həmin şəxsin adını çəkməyəcəyəm. Lakin onun işlərini Aftandil Abdıyev görürdü. Biz onunla işləmişik. Bu da rəhbərliyin tapşırığı ilə həyata keçib. Alınan malların qiyməti süni şəkildə artırılaraq alınıb. Həmin süni şəkildə artırılan pul nağdlaşdırılaraq bizə geri qaytarılıb. 5 il ərzində Aftandil Abdıyev 20 milyon manatı nağdlaşdıraraq hissə-hissə mənə verib. Həmin məbləği sabiq Baş Qərargah rəisinə vermişəm. Həmin məbləğdən 1 milyon 200 min manatı rəhbərliyin tapşırığı ilə hazırda dünyasını dəyişən nazirin maddi-texniki təminat üzrə müavini Fuad Məmmədova, 800 min manatı Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədova vermişəm. 20 milyon manatdan isə mənə 400 min manat pul verilib. Həmin pul da idarənin xərclərinə və şəxsi xərclərimiz üçün verilib.

Bundan başqa, abadlıq işləri ilə bağlı başqa şirkətlə, avtomobillərin ehtiyat hissələri ilə bağlı başqa şirkətlərlə əməkdaşlıq etmişik. Onlarla da qiymətləndirilmə süni şəkildə artırılıb və müəyyən faiz qarşılığında nağdlaşdırılaraq mənə verilib. Bütün pulları rəhbərliyə vermişəm. Ümumilikdə bütün işlər üzrə mənə 542 min 400 manat pul verilib. Həmin pulu da istintaqda dəymiş zərər kimi ödəmişəm”.

Tərəflərin suallarını cavablandıran polkovnik sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun tapşırıqlarını icra etdiyini deyib:

“Bütün alınan pulları birbaşa şəxsən xidməti otağında Nəcməddin Sadıkova vermişəm. Kimə nə qədər pul verilməsi olduğunu o müəyyən edib. Düzdür şirkətlərlə bütün danışıqları mən aparmışam. Bizə qayıdacaq məbləğin və ya pul üzrə faizin dərəcəsi, hansı şirkətlə işin görülməsini də sabiq Baş Qərargah rəisi müəyyən edirdi. Sadəcə mən işlərin icrasını həyata keçirmişəm”.

Məhkəmə prosesi oktyabrın 6-da davam edəcək.

 

PROSES.AZ

DİGƏR XƏBƏRLƏR

Blogerlərin muğam müsabiqəsinə getməsi müzakirə yaratdı – VİDEO

Blogerlərin muğam müsabiqəsinə getməsi müzakirə yaratdı – VİDEO

IX “Muğam” Televiziya Müsabiqəsinə bir sıra blogerlərin getməsi müzakirə yaradıb. Layihənin münsifləri, Xalq artistləri Mənsum İbrahimov və Mələkxanım Eyubova bu…
Tehranın mərkəzində GÜCLÜ PARTLAYIŞ – Pezeşkiandan SƏRT XƏBƏRDARLIQ

Tehranın mərkəzində GÜCLÜ PARTLAYIŞ – Pezeşkiandan SƏRT XƏBƏRDARLIQ

Əgər İsrail İrana hücumlarını davam etdirərsə, Tehran daha dağıdıcı zərbələrlə cavab verəcək. Musavat.com xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian bildirib.…
Trampdan İrana SƏRT XƏBƏRDARLIQ – “Bütün hərbi gücümüzlə…”

Trampdan İrana SƏRT XƏBƏRDARLIQ – “Bütün hərbi gücümüzlə…”

“Əgər İran Birləşmiş Ştatlara hücum edərsə, Amerikanın silahlı qüvvələrinin bütün gücü onun üzərinə çökəcək”. “Ölkə.az” xəbər verir ki, bunu ABŞ…
İntizam Məmmədov həbs olundu

İntizam Məmmədov həbs olundu

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadənin Yuxarı Seyidlər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İntizam Məmmədov inzibati qaydada həbs…
“3-cü arvadıyam, heç cür boşana bilmirəm”

“3-cü arvadıyam, heç cür boşana bilmirəm”

Aktrisa Cəmilə Tağızadə Türkiyə vətəndaşı Murad Temizlə boşanma prosesinin uzanmasından şikayətlənib. Aktrisa bu haqda “Elgizlə izlə” verilişində danışıb. O bildirib…
Gənc qadının kənd istirahəti kabusa çevrildi – Kürəyində görün nə tapdılar

Gənc qadının kənd istirahəti kabusa çevrildi – Kürəyində görün…

Türkiyənin Eskişehir şəhərində bayram tətilində kəndə istirahətə gedən qadının başına gözlənilməz bir hadisə gəlib. Kənd ərazisinə gedən qadının belinə gənə…
“Döymələrim görünməyən yerlərdədir”

“Döymələrim görünməyən yerlərdədir”

Dilarə Kazımova maraqlı açıqlamlar verib. Döymələrindən danışan Avroviziya təmsilçimiz onların özü üçün mənalarını sadalayıb. “13 döyməm var. Hələ ikisi də…
Stüardessa təyyarədəki gizli otağı GÖSTƏRDİ – VİDEO

Stüardessa təyyarədəki gizli otağı GÖSTƏRDİ – VİDEO

Stüardessa sərnişinlərin görə bilmədiyi təyyarənin “gizli zonası”nın harada yerləşdiyini açıqlayıb. Jurnalistlər qeyd edirlər ki, uzaqməsafəli reyslərdə təyyarələrdə ekipaj üzvləri üçün…
Bəhram Rəcəbzadə dəhşətli zərbə ilə nokaut oldu – VİDEO

Bəhram Rəcəbzadə dəhşətli zərbə ilə nokaut oldu – VİDEO

“Glory” gecəsində Bəhram Rəcəbzadə 3-cü qrupda döyüşüb. “Qızıl Qurd” Asdren Qaşini 1-ci raundda nokaut edərək, yerə sərib. Mari Kromah –…
Prokurorluğun vəzifəli şəxsi vəfat etdi

Prokurorluğun vəzifəli şəxsi vəfat etdi

Cəlilabad rayon prokurorunun müavini Fazil Həsənov vəfat edib. Bu barədə İqtisadiyyat.az-a onun yaxınları məlumat verib. Onun ölüm səbəbi isə açıqlanmayıb.…
İrandan KRİTİK ADDIM: Ən böyük kabus gerçəkləşdi – FOTO

İrandan KRİTİK ADDIM: Ən böyük kabus gerçəkləşdi – FOTO

İran, İsrailin Təl-Əviv şəhərini ballistik raketlərlə vurmasının ardından Hürmüz boğazını gəmi hərəkətinə bağladığını elan edib. Milli.Az xəvər verir ki, bu…
Prezident İlham Əliyevdən MÜHÜM AÇIQLAMA

Prezident İlham Əliyevdən MÜHÜM AÇIQLAMA

Ədalətli dünya nizamının tərəfdarı olduğunu hər zaman əməli fəaliyyəti ilə nümayiş etdirən Azərbaycan nəinki yerləşdiyi Cənubi Qafqaz regionunun, həm də…
İsrail Xameneini də vuracaq – rəsmən elan edildi: “Qadağan olunan hədəf deyil”

İsrail Xameneini də vuracaq – rəsmən elan edildi: “Qadağan…

ABŞ-ın nüfuzlu “Wall Street Journal” nəşri İsrailin İranla bağlı planları barədə sensasion məlumat yayıb. Musavat.com xəbər verir ki, Jurnalda dərc edilən xəbərə…
Artıq bir gün 25 saat olur – Alimlər AÇIQLADI

Artıq bir gün 25 saat olur – Alimlər AÇIQLADI

Yerin fırlanması yavaşlayır, ona görə də gələcəkdə bəşəriyyət 25 saatlıq sutka şəraitində yaşaya bilər. 24 saatlıq gün haqqında həqiqət Əslində…
Tiktoker “Əfi” həbs olundu

Tiktoker “Əfi” həbs olundu

Sosial şəbəkələrdə qeyri-etik paylaşımları ilə diqqət çəkən “Əfi” ləqəbli tiktoker Əflatun Rüstəmov həbs edilib. Proses.az qafqazinfo-ya istinadən xəbər verir ki,…