- 16.09.2023 20:09
Kamilə Babayeva yeni mövsümdə məşhur verilişin aparıcısı olacaq

şhur aparıcı Kamilə Babayevanın yeni iş yeri bəlli olub.
PROSES.AZ-ın əldə etdiyi məlumata görə, tanınmış aparıcı bundan sonra fəaliyyətini İctimai Televiziyada (İTV) davam etdirəcək.
Kamilə sözügedən kanalda yayımlanan “Dikdaban” verilişinin aparıcılarından biri olacaq.
Qeyd edək ki, Kamilə Babayeva ötən mövsüm Azərbaycan Dövlət Televiziyasında (AzTV) “Görüş yeri” proqramının aparıcısı olub.