- 17.09.2023 13:18
Nəsrin Cavadzadə yeni serialda

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin yeni layihəsi bəlli olub.
PROSES.AZ “axşam.az”a istinadən xəbər verir ki, aktrisa “Şahane hayatım” serialında rol alacaq.
O, layihədə “Melissa” obrazına həyat verəcək.
Qeyd edək ki, serialın baş rollarını Hilal Altınbileklə Onur Tuna canlandıracaq.