• 17.09.2023 15:15

Ceyhun Bayramov Abdullahianla danışdı

Ceyhun Bayramov Abdullahianla danışdı

Xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.

Bu barədə PROSES.AZ-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Nazirlər ikitərəfli və regional gündəlikdə duran məsələləri, eləcə də postmünaqişə dövründə cari regional vəziyyəti müzakirə ediblər.

Telefon danışığı zamanı Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədrləri arasında keçirilmiş son görüşlərdən irəli gələn məsələlər və atılacaq növbəti addımlar nəzərdən keçirilib.

Bununla yanaşı, son həftələrdə iki ölkə arasında baş prokurorlar, eləcə də hərbi sahədə yüksək səviyyəli görüşlərin və qurumlararası təmasların Azərbaycan-İran münasibətlərinin inkişafı istiqamətinə verdiyi töhfə yüksək qiymətləndirilib.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ölkəmizdə iyul ayının əvvəli keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun Nazirlər İclasında iştirak məqsədilə ölkəmizə səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşünü bir daha məmnunluqla xatırlayıb.

Nazirlər arasında eyni zamanda, iki ölkə arasında münasibətlərin tam normallaşması üçün atılması zəruri olan addımlar müzakirə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycan tərəfindən irəli sürülmüş sülh təkliflərinə, bölgədə münasibətlərin normallaşmasına xidmət edən təşəbbüslərə baxmayaraq, Ermənistan rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam etdirdiyi hərbi-siyasi təxribatların bu səylərə zərbə vurduğunu diqqətə çatdırıb. Ermənistan Baş naziri Nikol Paşinyanın 2 sentyabr tarixində qondarma rejimə ünvanladığı təbrikin onun tərəfindən Qarabağ bölgəsi daxil Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsi barədə bəyanatlarla tam ziddiyyət təşkil etdiyini vurğulayıb. Bununla yanaşı, Ermənistanın yaratdığı qondarma rejimin “seçki” adı altında qanunsuz fəaliyyətinin pislənməsinin əhəmiyyəti qeyd edilib. Bölgədə ən böyük təhdidin 10 mindən yuxarı erməni silahlı qüvvələri olduğu xatılanıb, onların ərazilərimizdən çıxarılmasının və tərksilah edilməsinin zəruri olduğu bildirilib.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

DİGƏR XƏBƏRLƏR

Hadise çılpaq fotosunu yaydı – FOTO

Hadise çılpaq fotosunu yaydı – FOTO

Yeni mahnısını dinləyicilərinə təqdim etməyə hazırlaşan türkiyəli müğənni Hadisə cəsarətli fotoları ilə gündəmə damğasını vurub. PROSES.AZ  lent.az-a istinadən bildirir ki,…
Xankəndidə dəhşətli partlayışı kimlər törədib? – Planın üstü açılır…

Xankəndidə dəhşətli partlayışı kimlər törədib? – Planın üstü açılır…

Xankəndidə yanacaq məntəqəsində baş verən partlayış nəticəsində çoxsaylı yaralıların olduğu iddia edilir. Artıq Bakıdan Xankəndiyə tibbi yardım da göndərilib. PROSES.AZ…
Tezliklə ŞANSI dəyişəcək BÜRCLƏR

Tezliklə ŞANSI dəyişəcək BÜRCLƏR

Yeni bir dövrə qədəm qoyduqda, bu yüksələn bürclərdə şanslar ön plana çıxır. Oktyabr ayının başlanğıcı ilə bu yüksəliş bürcünə sahib…
Xankəndidə idarəetmə BELƏ OLACAQ – Polis və digər qurumlar bu tarixdən…

Xankəndidə idarəetmə BELƏ OLACAQ – Polis və digər qurumlar…

Ötən həftə baş tutan anti-terror əməliyyatlarından sonra ağ bayraq qaldıran və danışıqlarla başlayan separatçıların qanunsuz “idarəetmə” fəaliyyətləri demək olar ki,…
Paşinyana 10 gün vaxt verildi

Paşinyana 10 gün vaxt verildi

Ermənistanda müxalifət liderləri baş nazir Nikol Paşinyana istefa üçün oktyabrın 5-dək vaxt veriblər. Bu barədə İrəvanda hökumət evi qarşısında keçirilən…
Gecə saatlarında DƏHŞƏTLİ XƏBƏR GƏLDİ: Sürücü yanaraq öldü – VİDEO

Gecə saatlarında DƏHŞƏTLİ XƏBƏR GƏLDİ: Sürücü yanaraq öldü –…

Cəlilabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi rayonun Qarazəncir kəndi ərazisində qeydə alınıb.…
Milli Kitabxanada qalmaqal – Əməkdaşlar işə çıxmaqdan imtina edir

Milli Kitabxanada qalmaqal – Əməkdaşlar işə çıxmaqdan imtina edir

Azərbaycan Milli Kitabxanasının əməkdaşları bu gün işə çıxmamağa qərar veriblər. PROSES.AZ-ın xəbərinə görə, buna səbəb Gülüstan sarayında keçiriləcək Milli Kitabxananın…
Azərbaycanda “TikTok” nə zaman açılacaq? – Rəsmi cavab

Azərbaycanda “TikTok” nə zaman açılacaq? – Rəsmi cavab

Bildiyimiz kimi, Azərbaycanda “TikTok” sosial şəbəkəsi Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı məhdudlaşdırılıb. Belə ki, buna səbəb “TikTok”da…
Qənirə Paşayevadan üzücü xəbər – Süni tənəffüs aparatından ayırdılar

Qənirə Paşayevadan üzücü xəbər – Süni tənəffüs aparatından ayırdılar

Ötən gün komaya düşən Milli Məclisin deputatı Qənirə Paşayevanın vəziyyəti pisləşib. Bakupost.az -ın əldə etdiyi məlumata görə, həkimlər onu süni tənəffüs…
İranda zavodda partlayış baş verib

İranda zavodda partlayış baş verib

İranın cənubunda neft emalı zavodunda partlayış baş verib. PROSES.AZ  xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb. Bildirilib ki,…
Rusiyadan Türkiyəyə qarşı ŞOK İTTİHAM – Nazirlik TƏCİLİ açıqlama yaydı

Rusiyadan Türkiyəyə qarşı ŞOK İTTİHAM – Nazirlik TƏCİLİ açıqlama…

Rusiya Daxili İşlər Nazirliyindən Türkiyəyə qarşı maraqlı ittiham səsləndirilib. Musavat.com xəbər verir ki, nazirliyin iddiasına görə, ölkədə bazara çıxarmaq üçün hazırlanan…
Kürdəmirdə qaz balonu partladı: Xəsarət alanlar var

Kürdəmirdə qaz balonu partladı: Xəsarət alanlar var

Kürdəmir rayonunda evdə qaz balonu partlayıb, xəsarət alanlar var. Məlumata görə, hadisə rayonun Çöhranlı kəndində qeydə alınıb. Partlayış zamanı ev…
Naxçıvanda Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü başlayıb

Naxçıvanda Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü başlayıb

Sentyabrın 25-də Naxçıvanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü başlayıb. Bu barədə…
Ərdoğanın Naxçıvana səfəri başlayıb – CANLI YAYIM

Ərdoğanın Naxçıvana səfəri başlayıb – CANLI YAYIM

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri başlayıb. AFN.az xəbər verir ki, dövlət başçısının təyyarəsi Naxçıvan hava limanına enib. *** Türkiyə…
Erməni sakin: “Bizim rəis azərbaycanlı idi…”

Erməni sakin: “Bizim rəis azərbaycanlı idi…”

“Xankəndidə yaşayırdım. İşıqlarımız yox idi, sağ olsunlar, dünən verildi”. PROSES.AZ report-a istinadən xəbər verir ki, bunu Qarabağın erməniəsilli sakini Valodya Stepanyan…