- 18.09.2023 15:07
Baydenin Təhlükəsizlik Şurasının genişləndirilməsini istəyir – SƏBƏB
ABŞ prezidenti Co Baydenin Rusiya və Çinə qarşı çıxmaq üçün BMT Təhlükəsizlik Şurasının genişləndirilməsinə çağıracağı gözlənilir.
“Ölkə.Az” xəbər verir ki, bu barədə “The Telegraph” yazır.
Nəşrin yazdığına görə, Bayden Hindistan, Braziliya, Almaniya və Yaponiya da daxil olmaqla, “beş-altı” yeni daimi üzv üçün səy göstərir. Onların veto hüququnun olub-olmayacağı hələ məlum deyil.
“Bayden gələn həftə bu barədə daha ətraflı məlumat verəcək. Hesab edirik ki, təşkilat daha inklüziv və əhatəli olmalıdır. Fikirləşirik ki, Təhlükəsizlik Şurasının arxitekturasını müzakirə etməyin vaxtı çatıb. Düşünürəm ki, Bayden və Birləşmiş Ştatlar daha çox üzvlərin əlavə edilməsini dəstəkləyəcəklər”, – Ağ Evin Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi “The Telegraph”a açıqlamasında deyib.