- 19.09.2023 09:22
Füzulidə ağır qəza: Üç polis öldü, altısı yaralandı

Sentyabrın 19-da saat 01 radələrində Füzuli rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in mətbuat xidmətindən PROSES.AZ-a bildirilib ki, yük avtomobilinin aşması nəticəsində DİN-in üç əməkdaşı hadisə yerində həyatını itirib, 6 əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəsarət alan polis əməkdaşları xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır.