- 20.09.2023 11:17
SON DƏQİQƏ! Müdafiə Nazirliyi daha bir məlumat yaydı
Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən Laçın yolu ilə Rusiya sülhməramlı kontingentinin müşayiəti altında hərəkət edən mülki kolonun atəşə tutulması barədə yayılan məlumatın heç bir əsası yoxdur və dezinformasiya xarakteri daşıyır.
Bu barədə PROSES.AZ Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
“Bu əsassız iddianı qəti surətdə təkzib edirik”, – nazirlikdən qeyd olunub.