Bəzi kafelərdə, sanitar qaydalara riayət edilməyən obyektlərdə satılan dönərlərdən zəhərlənmə ehtimalı böyükdür. Zəhərlənməyə səbəb ətə vurulan əlavə qatqılar və saxlama şəraitinə əməl olunmamasıdır.
Proses.az xəbər verir ki, bunu Trend-ə Qida texnoloqu Ağa Salamov deyib.
Texnoloq bildirib ki, fikir versəniz bəzi dönərxanalarda dönərlər çox ucuz qiymətə insanlara satılır. Bəzi insanlar keyfiyyəti qoyub, ucuz qiymətə satılan yerlərdən dönər alırlar.
“Bəzən görürük ki, dönər əti saxlanan yerlər yaxşı olmur. Bir rulon dönər ətini sata bilməyəndə qalan əti götürüb dondururlar növbəti gün yenidən satışa çıxarılır. İkinci dəfə əti qızdırmış olurlar. Bu da qida zəhərlənmələrinə gətirib çıxardır. Dönərə vurulan mayonez, ketçup və digər ədviyyatlar düzgün istifadə edilmədiyi, son istifadə tarixi keçdiyi təqdirdə də zəhərlənmə ola bilər. Dönərxanalarda saxlanma şəraitinin düzgün olmaması da insanların zəhərlənməsinə səbəb olur. Bəzi yerlərdə satılan dönər ətinin mənşəyi məlum deyil. Bəzi işbazların marağı az pul xərcləyib çox qazanmaqdır”, – deyə A.Salamov qeyd edib.
Qeyd edək ki, bu gün Bakıda kütləvi zəhərlənmə hadisəsi baş verib. Hadisə Nəsimi rayonu, metronun “28 May” stansiyasının yaxınlığında, “28 Mall” Ticarət Mərkəzinin qarşısındakı dönər evində baş verib. Səhər saatlarında 8 nəfər zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti orta ağırdır.
295 baxış sayı
SON XƏBƏRLƏR
Ermənistan Azərbaycanla sərhəddə 3 buraxılış məntəqəsi açmağı planlaşdırır
FHN əməkdaşlarının intim videolarını yayan polkovnik HƏBS EDİLDİ
Parkda müəmmalı ölüm – Putin əleyhdarı olan iş adamı həyatını itirdi
İşsizlərin NƏZƏRİNƏ! Dövlət boş iş yerlərini açıqladı – 1500 AZN maaş
“Paşinyan yalan danışır, amma o demişdi ki, Azərbaycan…” – ŞOK İDDİA
10 gündür itkin düşən qadının anası kürəkənini İTTİHAM ETDİ: Ya mənim uşağımı öldürüb, ya da… – VİDEO
Ermənilərin PUA-sını endirən hərbçimiz danışdı- VİDEO
General “Qalaaltı”dakı yanğınla bağlı təcili müşavirə keçirdi – FOTOLAR
İntim videolar nə vaxt çəkilib? – Sirlər açıldı – FOTOFAKTLAR