PROSES.AZ

XƏBƏR SAYTI

“Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi ali və orta ixtisas təhsili müəssisələrinə səfər etməyə başlayıb.

Birlik ilk olaraq Azərbaycan Texniki Universitetinin daha sonra isə 1 Nömrəli Bakı Tibb Kollecinin tələbələri ilə görüşüb. Görüşlərdə ümumilikdə 350 nəfər iştirak edib.

“Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi səfərlər zamanı gənclərə birliyin fəaliyyət istiqaməti, həyata keçirdiyi layihələr və birliyə qoşulmağın yolları haqqında ətraflı məlumat verib.

Görüşlər zamanı interaktiv müzakirələr aparılıb və tələbələrin sualları cavablandırılıb.

 

 

 

 

 

 255 baxış sayı

Paylaşın
XƏBƏR GÖNDƏR
Siz də, şahidi olduğunuz və ya əldə etdiyiniz xəbərləri bizə göndərə bilərsiniz.