Azərbaycana fərdi qoruyucu zirehli geyimlərin, alətlərin, minaaxtaran itlərin, partlayıcı və pirotexniki vasitələrin idxalı 5 il müddətinə vergidən azad edilir.
Bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə və “Gömrük tarifi haqqında” qanuna təklif olunan əlavələrdə öz əksini tapıb.
Beləliklə, Məcəlləyə və qanuna əlavə olunan yeni maddəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan və partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi çərçivəsində bütün növ texnikanın, avadanlıqların, texniki vasitələrin və qurğuların, onların ehtiyat hissələrinin, fərdi zirehli qoruyucu geyimlərin, alətlərin, minaaxtaran itlərin, partlayıcı və pirotexniki vasitələrin idxalı 15 oktyabr 2021-ci ildən 15 oktyabr 2026-cı ilə qədər vergidən azad edilir.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq ikinci oxunuşda təsdiq edilib.
417 baxış sayı
SON XƏBƏRLƏR
Ermənistan Azərbaycanla sərhəddə 3 buraxılış məntəqəsi açmağı planlaşdırır
FHN əməkdaşlarının intim videolarını yayan polkovnik HƏBS EDİLDİ
Parkda müəmmalı ölüm – Putin əleyhdarı olan iş adamı həyatını itirdi
İşsizlərin NƏZƏRİNƏ! Dövlət boş iş yerlərini açıqladı – 1500 AZN maaş
“Paşinyan yalan danışır, amma o demişdi ki, Azərbaycan…” – ŞOK İDDİA
10 gündür itkin düşən qadının anası kürəkənini İTTİHAM ETDİ: Ya mənim uşağımı öldürüb, ya da… – VİDEO
Ermənilərin PUA-sını endirən hərbçimiz danışdı- VİDEO
General “Qalaaltı”dakı yanğınla bağlı təcili müşavirə keçirdi – FOTOLAR
İntim videolar nə vaxt çəkilib? – Sirlər açıldı – FOTOFAKTLAR