İtaliyada COVID-19 infeksiyası əleyhinə peyvənd edilənlərin 12 yaşdan yuxarı əhaliyə nisbəti 85,5 faizi ötüb.
AZƏRTAC xəbər verir ki, ötən il dekabrın 27-dən etibarən aparılan vaksinasiya kampaniyası çərçivəsində bu günədək ölkədə 108 milyon 385 min 663 doza peyvənd vurulub (12 yaşdan yuxarı əhaliyə nisbəti 88,77 faizdir). Peyvəndlərini tamamlayanların sayı isə 46 milyon 217 min 395 nəfərdir (peyvənd olunanların 12 yaşdan yuxarı əhaliyə nisbəti isə 85,57 faizdir).
İtaliyada sentyabrın 20-dən etibarən xərçəng xəstələri və immuniteti zəif olan şəxslərə üçüncü doza peyvənd vurulur. İndiyədək 48 milyon 335 min 947 əlavə peyvənd tətbiq edilib.
Qeyd edək ki, bu vaxtadək İtaliyada koronavirusa yoluxanların sayı 5 milyon 647 min 313-ə, virusun qurbanlarının sayı isə 136 min 611-ə çatıb. Hazırda ölkədə 516 min 839 aktiv COVID-19 xəstəsi var, reanimasiya şöbəsində olanların sayı isə 1089 nəfərdir.
323 baxış sayı
SON XƏBƏRLƏR
Ermənistan Azərbaycanla sərhəddə 3 buraxılış məntəqəsi açmağı planlaşdırır
FHN əməkdaşlarının intim videolarını yayan polkovnik HƏBS EDİLDİ
Parkda müəmmalı ölüm – Putin əleyhdarı olan iş adamı həyatını itirdi
İşsizlərin NƏZƏRİNƏ! Dövlət boş iş yerlərini açıqladı – 1500 AZN maaş
“Paşinyan yalan danışır, amma o demişdi ki, Azərbaycan…” – ŞOK İDDİA
10 gündür itkin düşən qadının anası kürəkənini İTTİHAM ETDİ: Ya mənim uşağımı öldürüb, ya da… – VİDEO
Ermənilərin PUA-sını endirən hərbçimiz danışdı- VİDEO
General “Qalaaltı”dakı yanğınla bağlı təcili müşavirə keçirdi – FOTOLAR
İntim videolar nə vaxt çəkilib? – Sirlər açıldı – FOTOFAKTLAR