Cenevrə şəhərində təşkil olunan Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının XXIII Baş Assambleyası davam edir.
Proses.az xəbər verir ki, plenar iclaslar zamanı eyni zamanda Beynəlxalq Federasiyanın Gənclər Hesabatı təqdim olunub.
Azərbaycan QAC-nin gənc nümayəndəsi Nigar Rüstəmzadə çıxış edərək öncə Milli Cəmiyyətlərin gənclərinə belə böyük və əhəmiyyətli bir arenada çıxış etmək imkanı verdiklərinə görə Beynəlxalq Federasiyaya öz təşəkkürünü bildirib. O qeyd edib ki, Azərbaycan Milli Cəmiyyətində gənclər həmişə diqqət mərkəzində olub və rəhbərlik tərəfindən daim dəstək və inamla qarşılanıb. O həmçinin, Fövqəladə Mobil Könüllü Dəstələrin fəaliyyəti barədə məlumat verərək bu modelin uğurunu vurğulayıb.
Görüşlərin gedişatı zamanı Milli Cəmiyyətin Prezidenti Novruz Aslanov ikitərəfli görüşlərə davam edib. Görüşlər zamanı Milli Cəmiyyətlər arasında mövcud olan qarsılıqlı əməkdaşlıq və tərəfdaşlıq imkanlarının genişləndirilməsinin vacibliyi müzakirə edilib.
Qeyd edək ki, XXIII Baş Assembleya bugün yekunlaşacaq və Nümayəndələr Şurasının iclası sabahdan işə başlayacaq.
Proses.az
288 baxış sayı
SON XƏBƏRLƏR
Azərbaycanda universitet tələbəsi vəfat edib
Ərzurumda iki minik avtomobili toqquşdu, doqquz nəfər xəsarət aldı – ANBAAN VİDEO
Ermənistan himninə görə kürsünü tərk edən güləşçimizin medalı alındı
Polisə tabe olmayan “KamAZ” sürücüsü həbs edildi – VİDEO
DTX-nin həbs etdiyi gömrükçülər barəsində həbs qətimkan tədbiri seçilib
Bakı sakini oğurlanıb, buraxılması üçün 500 manat tələb olunub
Rusiyada anbarda güclü yanğın – VİDEO
Rusiya iyulun 15-dən quru sərhədini açır
Deputatlara verilən bəzi pul təminatları LƏĞV EDİLDİ