PROSES.AZ

XƏBƏR SAYTI

Azərbaycanda karantin rejimi ləğv olunacaq? – Nazir açıqladı

“Qapalı məkanlarda maska istifadəsi tələbi artıq ləğv olunub, bəzi məhdudiyyətlər qalıb. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, payız aylarında ayıq-sayıq olmalıyıq”.
Bunu səhiyyə naziri Teymur Musayev Azərbaycanda xüsusi karantin rejiminin tamamilə ləğv olunması ilə bağlı təkliflərə münasibət bildirərkən deyib.
“Şərt o deyil ki, hər hansı sıçrayış olsun. Çünki koronavirus yeni ştamları meydana çıxır. Gələcəkdə də yeni mutasiyaların olub-olmayacağını bilmədiyimiz üçün bir qədər gözləməyi xahiş edirəm”.

 112 baxış sayı

Paylaşın
XƏBƏR GÖNDƏR
Siz də, şahidi olduğunuz və ya əldə etdiyiniz xəbərləri bizə göndərə bilərsiniz.