PROSES.AZ

XƏBƏR SAYTI

Avroviziya təmsilçimizin keçmiş qayınanası vəfat etdi – FOTO

Aktrisa Fərqanə Quliyeva vəfat edib.

Bu barədə BAKU.WS-ə aktrisanın üzvü olduğu Azərbaycan Kinematoqrafçılar İttifaqından bildirilib. Aktrisanın uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdiyi vurğulanıb.

Fərqanə Quliyeva 29 aprel 1957-ci ildə anadan olub. O, 1975-1979-cu illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsində təhsil alıb.

Aktrisa Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Bakı Xoreoqrafiya Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olub. Teatr və kino sənətinə aid bir çox sahələr üzrə dərs deyib. Onun filmoqrafiyası da kifayət qədər zəngindir.

Fərqanə Quliyeva (“Gözlə məni” (1980), “Gümüşü furqon” (1982), “Qaladan tapılan mücrü”(1982), “Tilsim” (2005) adlı filmlərdədə rol alıb.

Məlumat üçün bildirək ki, Fərqanə xanım “Avroviziya-2012” təmsilçimiz, Əməkdar artist Səbinə Babayevanın keçmiş qayınanasıdır. Səbinə aktrisanın rejissor oğlu Cavidan Şərifovla evli olub. Daha sonra onlar boşanıblar.

 804 baxış sayı

Paylaşın
XƏBƏR GÖNDƏR
Siz də, şahidi olduğunuz və ya əldə etdiyiniz xəbərləri bizə göndərə bilərsiniz.