Aktirsa Mənsumə Babayeva çalışdığı teatrdan çıxarılıb. 

Proses.az xəbər verir ki, Gənc Tamaşaçılar Teatrının keçmiş işçisi bu barədə “Xəzər xəbər”ə danışıb. Aktrisanın sözlərinə görə, o yaşı ilə əlaqədər çalışdığı teatrdan zorla çıxarılıb:

“Oyunlarım qalıb. Məni o dərəcəyə çatdırdılar ki, ərizəni yazmağa məcbur oldum. Hüquqşünas da başımın üstdə dayanıb ki, ərizəni yazın, yoxsa filan səbəbə görə sizi işdən çıxarırıq. Necə məni işdən çıxarırsan? Teatrda ömrüm gedib. Mən tək deyiləm, mənimlə bərabər 9 nəfər işdən uzaqlaşdırılıb. Təqaüdlə dolana bilmirəm, bunlar da işə çağırmırlar. Nə olsun ki, müqavilə ilə adım gedir. Amma tamaşaları kimlərsə oynayır. Deyirlər, yaşlısan, təqaüddəsən bitdi, titulların yoxdu. Mənim titulum siz müdiriyyətdən asılı olub ki, qiymətləndirəsiz”.

Xalq artisti Valeh Kərimov da Mənsumə Babayevanın başına gələn problemlə qarşılaşıb. Müdriyyət ona yaşı ilə əlaqədər işdən çıxarıldığını bidlirib.

Ətraflı videoda: