PROSES.AZ

XƏBƏR SAYTI

“5 ildir ki, “YUĞ” teatrının binası yoxdur”

“5 ildir ki, “YUĞ” teatrının binası yoxdur”.

Proses.az xəbər verir ki, bu sözləri sözügedən teatrın aktrisası Zümrüd Qasımova sosial şəbəkə hesabında yazıb.

O, Mədəniyyət Nazirliyinin A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında yoxlamalar aparmasına belə münasibət bildirib: “5 ildir bizə doğma qapısını açan Kukla Teatrının direktoru, sevimli Rəşad Əhmədzadədir. Bu 5 il ərzində bizi öz teatrından ayırmadı. Hətta “YUĞ” teatrının ən kritik dövründə bizi yenidən birləşdirdi, barışdırdı, doğmalaşdırdı. 5 il ərzində iki kollektiv arasında doğmalıq yaratdı. Bizi başqa teatra yerləşdirsəydilər, heç vaxt bu mehribançılıq, dostluq olmazdı. Peşəkar insan, əziz və sevimli Rəşad müəllim, hər şey üçün çox sağ olun. Var olun və hər zaman bizimlə olun”.

Qeyd edək ki, noyabrın 18-dən Mədəniyyət Nazirliyi A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında yoxlamalar aparır. Yoxlamanın keçirilməsinə rejissor Səidə Haqverdiyevanın mətbuatda səsləndirdiyi fikirlərin səbəb olduğu iddia olunur. S.Haqverdiyeva bildirib ki, mədəniyyət nazirinin sabiq birinci müavini Elnur Əliyev teatrda biletlərin qiymətinin artırılmasını təklif edib. Keçmiş məmur təklifini Kukla Teatrının ötən ilin dekabr ayında keçirilən 90 illik yubleyində səsləndirib. Rejissorun sözlərinə görə, teatrın direktoru Rəşad Əhmədzadə təklifə etiraz edib. Bu isə Elnur Əliyevin xoşuna gəlməyib. Həmin görüşdən sonra teatrın illik plan proqnozu 50 faiz artırılıb.

 48 baxış sayı

Paylaşın
XƏBƏR GÖNDƏR
Siz də, şahidi olduğunuz və ya əldə etdiyiniz xəbərləri bizə göndərə bilərsiniz.