PROSES.AZ

XƏBƏR SAYTI

EDHO serialı məhkəməyə verildi

İllərdir Türkiyənin ATV telekanalında yayımlanan və yeni mövsümü gözləndiyi vaxtda efirə getməyən reytinqli “Eşkiya Dünyaya Hükümdar Olmaz” (EDHO) serialının internet televiziyası üzərindən yayımını bərpa edəcəyi açıqlanmışdı.

Proses.az “qafqazinfo”-ya istinadən xəbər verir ki, bu məlumatdan sonra ATV telekanalı serialı çəkən şirkəti və ssenaristi məhkəməyə verib.

Belə ki, serialın başqa platformada yayımlanacağı xəbərindən sonra ATV serialı çəkən “BVB Film Production” şirkəti və ssenarist Bahadır Özdenerə 165 milyon lirəlik təzminat davası açıb.

Bildirilib ki, EDHO serialının bütün hüquqları ATV-dədir: “Bu serialı buna bənzər hər hansı ad və ya formada başqa heç bir kanal və ya şirkətin hazırlayıb yayımlaması mümkün deyil”.

Qeyd edək ki, bir neçə gün əvvəl yayılan məlumata görə, ekran işinin yeni seriyaları “BluTV”də təqdim olunacaqdı.

 50 ümumi baxış sayı,  2 bu günkü baxış sayı

Paylaşın
XƏBƏR GÖNDƏR
Siz də, şahidi olduğunuz və ya əldə etdiyiniz xəbərləri bizə göndərə bilərsiniz.