PROSES.AZ

XƏBƏR SAYTI

Tünzalə Ağayeva: “Əli silahlı şəxs qışqırdı ki, yerə uzanın” – VİDEO

Xalq artisti Tünzalə Ağayeva “Nərgiz” jurnalına müsahibə verib.

Proses.az xəbər verir ki, sənətçi 29 il əvvəl tələbəlik illərində Gəncə hadisələri zamanı başına gələn təhlükəli anlardan danışıb:

“Birinci kurs tələbəsi idim. Gəncədə çox qorxulu hadisələr baş verirdi. Dərsim bitdi. Fortepiano müəllimim dedi ki, “Tünzalə, evə get, şəhərdə vəziyyət təhlükəldir”. Mən onun sözlərinə qulaq asmadım və evə getmədim. Dərsdən çıxdıq, rəfiqələrimlə Sabir küçəsinə getdik. Bir də baxdıq ki, bizdən başqa heç kim yoxdur. O anı xatırlayıram ki, hərbi maşın gəlirdi. Oradan əli silahlı şəxs qışqırdı ki, yerə uzanın”.

Ətraflı videoda:

 1,586 baxış sayı

Paylaşın
XƏBƏR GÖNDƏR
Siz də, şahidi olduğunuz və ya əldə etdiyiniz xəbərləri bizə göndərə bilərsiniz.