PROSES.AZ

XƏBƏR SAYTI

“Sənin həyatını heç bir qadına arzulamıram” – Şəbnəm Nüşabəyə zəng etdi

Müğənni Nüşabə Musayeva ilə Şəbnəm Tovuzlu arasındakı qalmaqal daha da böyüyüb.

Proses.az xəbər verir ki, Şəbnəm onun haqqında “İndi vatsapda blokdadır. Ondan zəhləm gedir” sözlərini söyləyən Nüşabəyə zəng edib.Telefona cavab verməyən Nüşabə həmin an ekranın görüntüsünü çəkərək sosial şəbəkədə paylaşıb.

“Xanım, dincəlirəm. Xoşuna gəlməyən nüans varsa, get dediyin kimi şikayət elə. Hətta əlindən gələni ardına qoyma, nə demişəm əcəb etmişəm. Dediklərimin də arxasındayam. Qaldı “mənə paxıllıq edir” deməyinə, mən də sual verirəm – nəyinə, harana, kiminə? Mənə lazım olacaq hər şeyə yüksək səviyyədə sahibəm. Nəyin var, özünə qismət. Sənə aid olan həyatı heç bir qadına, nə də özümə arzu etmirəm” deyə, Nüşabə paylaşımında yazıb.

Qeyd edək ki, Nüşabə Şəbnəmlə bağlı qalmaqallı açıqlamanı prodüser-aparıcı Tarix Əliyevin “Tam səmimi” yutub layihəsində deyib.

 3,652 baxış sayı

Paylaşın
XƏBƏR GÖNDƏR
Siz də, şahidi olduğunuz və ya əldə etdiyiniz xəbərləri bizə göndərə bilərsiniz.