Bütün dünya sərhədləri açıb, qapıbir qonşumuz Gürcüstan lap çoxdan açıb. Yay, turizm vaxtı… Gürcüstanın da çörəyi turizmdən çıxır. Deyirlər, ovu bərədə vurarlar. Biz o ovu çoxdan qaçırtmışıq. Söhbət turistdən gedir.
Srağagün dəniz kənarındaydım, bulvarda gəzirdim. Həmişə bu vaxtlar dəniz kənarı İrandan, Cənubi Azərbaycandan gələn turistlərdən aşıb-daşırdı. Eləcə də ərəb ölkələrindən.
Türkiyədə 20 min azərbaycanlı tələbə oxuyur. Bu yay onların evlərinə gəlməsi sual altındadı. Bunun nə qədəri «çerez» Naxçıvan gələ bilər? Uzaqbaşı beş-on faizi. Türkiyə ingiltərə deyil, Fransa deyil, Almaniya deyil, Amerika deyil ki, orda təyyarə bileti almağa imkanı olan varlı ailələrin uşaqları oxusun. Qardaş ölkədə təhsil alanlar əsasən kasıb-kusubun balalarıdı.
Qəzetlərdə, saytlarda da tez-tez yazırlar: «Şad xəbər! Sərhədlər açılacaq. Açıqlama»; «Sərhədlər açılır» və sair və ilaxır. Heç biri də rəsmi açıqlama deyil. Ya bir ekspertin fikridi, ya da bir deputatın fərziyyəsidi.
Deyəsən, sərhədlərin açılmasına kimsə möhkəm söyüş qoyub, özü də pis söyüş. Ona görə də Operativ Qərargah sərhədləri açmaqdan çəkinir, söyüş sahibi olmaq istəmir.
Uşaq vaxtı belə bir şey vardı – biri o birisinə söyəndə söyülən tez bir dəmir parçasından tutub deyirdi: «Əlim dəmirdə». Mənası o idi ki, yəni əlim dəmirdədisə söyüş mənə yox, söyənə çatır.
İndi Operativ Qərargah, bəlkə siz də əlinizi dəmirə qoyasınız, sərhədləri açasınız.
Turistlərin xətrinə yox ey, Azərbaycandan kənarda qalan və Vətənə gəlmək üçün ləlöy döyən kasıb-kusub soydaşlarımızın xətrinə.
Zəngəzur dəhlizi də hələ açılmır ki, gedək İrəvandan uçaq.
198 baxış sayı
SON XƏBƏRLƏR
Azərbaycanda universitet tələbəsi vəfat edib
Ərzurumda iki minik avtomobili toqquşdu, doqquz nəfər xəsarət aldı – ANBAAN VİDEO
Ermənistan himninə görə kürsünü tərk edən güləşçimizin medalı alındı
Polisə tabe olmayan “KamAZ” sürücüsü həbs edildi – VİDEO
DTX-nin həbs etdiyi gömrükçülər barəsində həbs qətimkan tədbiri seçilib
Bakı sakini oğurlanıb, buraxılması üçün 500 manat tələb olunub
Rusiyada anbarda güclü yanğın – VİDEO
Rusiya iyulun 15-dən quru sərhədini açır
Deputatlara verilən bəzi pul təminatları LƏĞV EDİLDİ