PROSES.AZ

XƏBƏR SAYTI

Ləçəyinin təriylə öpüşmək istəyirəm…

Proses.az-ın bu dəfəki yazar qonağı gənc və istedadlı xanım, yazar Aysel Cəfərlidir. Aysel xanım gənc olmağına baxmayaraq şeirləriylə oxucuların qəlbinə yol tapmağı bacarıb, onun incə ruhulu şeirlərini oxuduqca xəyallara dalmamaq mümkün olmur….

“İstəyirəm…”

Hərkəsdən gizlətdiyim lap balaca dünyam var.
Hərdən yalnız orada, yaşamaq istəyirəm.
Götürüb qucağıma, səhvlərimi, düzümü
Biryolluq bu dünyadan daşınmaq istəyirəm.

Əbədi məskən salıb kəpənəklər bağında,
Ömürlərinə min gün artırmaq istəyirəm.
Ümidimdən, sevgimdən cüt qanad düzəldərək,
Onların dəstəsinə qatılmaq istəyirəm.

Güllərlə sevişərək, rənglərlə ötüşərək,
Bülbülün ahənginə dönüşmək istəyirəm.
Cəh-cəh vurub, dolanıb öz gülümün başına
Ləçəyinin təriylə öpüşmək istəyirəm.

Hər kəsdən gizlətdiyim, əlçatmaz bir röyam var
Onunçün gerçəkləri unutmaq istəyirəm.
Aldadıb ürəyimi, şeirimlə, sözümlə,
O gün gələcək deyə ovutmaq istəyirəm

 1,352 baxış sayı

Paylaşın
XƏBƏR GÖNDƏR
Siz də, şahidi olduğunuz və ya əldə etdiyiniz xəbərləri bizə göndərə bilərsiniz.