• 07.10.2023 12:54

Ruslar Qarabağdan gedir, yerini BMT missiyası tutacaq? – Qərbin “çəhrayı” arzusu

Ruslar Qarabağdan gedir, yerini BMT missiyası tutacaq? – Qərbin “çəhrayı” arzusu

Siyasi ekspert: “BMT-nin missiyasının Azərbaycan ərazisində yerləşdirilməsi mümkün deyil, Azərbaycan dövləti buna razılıq verməz, çünki buna heç bir əsas və hüquqi mexanizm yoxdur”

“Biz Azərbaycanın güc tətbiqini pisləmişik və onu mülki şəxslərin müdafiəsini təmin etməyə çağırmışıq. Düşünürəm ki, hamı üçün Qarabağın bütün erməni əhalisinin cəmi bir neçə günə oranı tərk edə biləcəyini proqnozlaşdırmaq kifayət qədər çətin idi. Erməni əhalinin təhlükəsizliklə bağlı əsaslı narahatlığı var və Bakı bu məsələni prioritet məsələ kimi həll etməlidir”.

“Yeni Müsavat” xəbər verir ki, bu qərəzli fikri Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi (Şarl Mişelin təmsilçisi) Toivo Klaar erməni mediasına Bakının 19-20 sentyabrdakı legitim antiterror tədbirləri ilə bağlı danışarkən deyib. Klaar erməni əhalinin könüllü gedişini “etnik təmizləmə” adlandırmasa da, ardınca yenə ikibaşlı ifadə işlədib: “Aydındır ki, 30 ildən artıq davam edən münaqişədən sonra insanlar qorxdular və getməyə qərar verdilər. İndi sual ondan ibarətdir ki, onların bir çoxu geri qayıtmağa hazır olacaqmı və hansı şərtlərlə? Bizim üçün vacib elementlərdən biri Dağlıq Qarabağda uzunmüddətli çoxmillətli missiyanın və ya BMT missiyasının yaradılması ola bilər ki, bunun sayəsində qayıtmaq istəyən insanlar özlərini daha inamlı hiss edə biləcəklər. Bu kontekstdə biz 2023-cü il oktyabrın 1-də Qarabağda keçirilən ilk BMT missiyasının təcrübəsini nəzərə alırıq”.

Belə çıxır, Qarabağda Rusiya sülhməramlı kontingenti BMT missiyası əvəzləyə bilər, təki erməni əhali qayıtsın? Bakı buna razı olarmı? Yağışdan çıxıb yağmuramı düşəcəyik?

Qeyd edək ki, bu arada Rusiya hərbi kontingentinin Qarabağdan vaxtından əvvəl çıxacağı barədə ehtimal və gözləntilər artıb. O sırada erməni bloger Mika Badalyan iddia edib ki, Rusiya sülhməramlıları hətta bu il noyabrın 1-dək Qarabağı tamamilə tərk edəcəklər.

“Rusiya sülhməramlılarının Qarabağdakı mövcudluğuna sayılı günlər qalıb. Rusiyanın sülhməramlı kontingentinin müdafiə edəcəyi heç kimi qalmayıb”. Bunu da Rusiya Dumasının ermənipərəst deputatı Konstantin Zatulin söyləyib. Üstəlik bu zat Azərbaycanı Rusiyanın mövqelərinə “zərbə vumaq”da və onun güclü dövlət kimi statusuna “kölgə salmaq”da ittiham edib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə srağagün bildirib ki, sülhməramlıların məsələsi Bakı ilə müzakirə predmeti ola bilər.

Qeyd edək ki, oktyabrın 5-də Rusiya sülhməramlıları Qarabağın bir sıra bölgələrində yerləşən müvəqqəti müşahidə məntəqələrini bağlayıblar. Sülhməramlılar Əsgəran, Ağdərə və Şuşa rayonlarındakı postları tərk ediblər.

Yeganə Hacıyeva: "Başda Fransa olmaqla Aİ Qarabağdakı ermənilərdən istifadə  edir"

 Yeganə Hacıyeva

Politoloq Yeganə Hacıyeva isə “Yeni Müsavat”a bildirdi ki, bu gün BMT-nin hər hansı bir qüvvəsinin Azərbaycanda yerləşməsinin heç bir mexanizmi yoxdur. BMT indiyə qədər hər hansı hüquqi mexanizmi olsaydı onu çoxdan istifadə edərdilər: “Məsələnin bu mərhələsində istifadə olunası bu mexanizmin formalaşdırılması üçün cəhdlər edilir. Bu cəhdləri aktif formada Fransa, Avropa Birliyi Şurasının sədri Şarl Mişel, Almaniya, ABŞ etməkdədirlər. Amma ümumi bir qanunauyğunluğa diqqət etmək lazımdır. Məsələ ondadır ki, burada proseslərin çox qəribə tərzdə cərəyan etməsi müşahidə olunur. Məsələn, ABŞ bir tərəfdən beynəlxalq hüquqa əsaslanan mövqe yanaşma ortaya qoysa da daha sonra Qarabağdakı ermənilərin maraqları çərçivəsində addımlar atdı. Bundan sonra Avropa Birliyinin mövqeyində dəyişiklik baş verdi-Şarl Mişelin Bakı tərəfindən qəbuledilməz açıqlaması oldu. Proseslərin sürətlə dəyişməsini, bir mövqedən tamamilə başqa mövqeyə keçid edilmələri izləməkdəyik. Proseslərin ABŞ-dən başlayan dəyişməsi Avropa Birliyini də mövqeyini dəyişməyə məcbur etdi. Lakin bütün bunlar heç bir halda reallıqları dəyişə bilməz. Azərbaycan öz ərazisində separatizmə, terrorçuların fəaliyyətinə son qoyub. Heç bir beynəlxalq təşkilatın və dövlətin buna qarşı beynəlxalq hüquqa əsaslanan mövqe ortaya qoyması mümkün deyil. Ermənilərin Qarabağdan çıxıb getməsi həmin insanların öz seçimi idi. Azərbaycan onları çıxarmadı. Əksinə, Azərbaycan dəfələrlə çağırış etdi ki, köçüb getməsinlər. Azərbaycan erməniləri güc yolu ilə, zorla burada saxlaya bilməzdi. Bunu etmək həmin ermənilərin hüquqlarını pozmaq olardı”.

Ekspert fikrini belə yekunlaşdırdı ki, bütün bunlara görə də hansısa beynəlxalq təşkilatların, o cümlədən BMT-nin missiyasının Azərbaycan ərazisində yerləşdirilməsi mümkün deyil, Azərbaycan dövləti buna razılıq verməz. Çünki buna heç bir əsas və hüquqi mexanizm yoxdur: “Artıq Rusiya sülhməramlı qüvvələrinin Qarabağda müşahidə məntəqələrinin fəaliyyətinin dayandırılması prosesi başlayıb. Təhlükəsizliyi Azərbaycanın müvafiq orqanları yüksək səviyyədə təmin edirlər. Odur ki, heç bir kənar qüvvənin Qarabağa yerləşməsi üçün hüquqi əsaslar yoxdur. Qarabağdan köçən ermənilər Ermənistan pasportu daşıyırlar. Onlar vətəndaşı olduqları ölkəyə-Ermənistana qayıdıblar. Onlar qaçqın deyillər. Heç bir beynəlxalq təşkilat və dövlət bu faktı gözardı edə, başqa ölkənin vətəndaşlarını Azərbaycan ərazisinə qanunsuz yerləşdirə bilməz”.

DİGƏR XƏBƏRLƏR

8 yaşlı qızı zorladıqdan sonra öldürməklə hədələyib – Azərbaycanda DƏHŞƏT

8 yaşlı qızı zorladıqdan sonra öldürməklə hədələyib – Azərbaycanda…

8 yaşlı qızın köməksiz vəziyyətindən istifadə etməklə ona qarşı zor tətbiq edib, onunla təbii yolla cinsi əlaqədə olaraq zorlayan şəxs…
DTX-nin həbs etdiyi hakerə hökm oxundu

DTX-nin həbs etdiyi hakerə hökm oxundu

“ZeroMap” MMC-nin yerli və xarici şirkətlərə kiberhücumlar təşkil etmə ittihamı ilə həbs edilmiş icraçı direktoru Tural Əliyevin cinayət işi üzrə…
Paytaxtda piyadavurma ilə nəticələnən dəhşətli qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ

Paytaxtda piyadavurma ilə nəticələnən dəhşətli qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ

Müşahidələr və təhlillər deməyə əsas verir ki, paytaxt yollarında baş verən qəzaların əsas səbəblərindən biri də nəqliyyat vasitəsini idarə edərkən…
15 yaşlı şagird məktəbin 3-cü mərtəbəsindən yıxıldı

15 yaşlı şagird məktəbin 3-cü mərtəbəsindən yıxıldı

Bərdə rayonunda yeniyetmə qız məktəbdə xəsarət alıb. Hadisə iyunun 2-si saat 12 radələrində Bərdə şəhərində 5 saylı tam orta məktəbdə…
Azərbaycanlı deputat qalmaqallı çıxışdan sonra ölkədən qaçdı

Azərbaycanlı deputat qalmaqallı çıxışdan sonra ölkədən qaçdı

Xantı-Mansiysk Muxtar Dairəsinin (XMAO) Dumasında təmsil olunan azərbaycanlı deputat Xalid Tağızadə miqrantlarla bağlı qalmaqallı çıxışından sonra Rusiyanı tərk edib. Siyasi…
19 yaşlı model çəkiliş zamanı faciəli şəkildə can verdi – VİDEO

19 yaşlı model çəkiliş zamanı faciəli şəkildə can verdi…

Monteneqroda reklam çəkilişi zamanı 19 yaşlı serbiyalı model Tiyana Radonjiç faciəvi şəkildə həyatını itirib. Milli.Az xəbər verir ki, hadisə Budva…
İki uşaq anasının ölümünə səbəb olan həkimə hökm oxundu – FOTO

İki uşaq anasının ölümünə səbəb olan həkimə hökm oxundu…

Bakıda iki uşaq anasının ölümündə təqsirləndirilən həkimə hökm oxunub. Binəqədi Rayon Məhkəməsində ehtiyatsızlıqdan adam öldürməkdə təqsirləndirilən həkim-anestezioloq Babək Mahmudovun cinayət işi üzrə…
“Sherlock”da hesab üstündə dava – Xanım müştəri həbs edildi

“Sherlock”da hesab üstündə dava – Xanım müştəri həbs edildi

Bakı şəhəri Nizami rayonu Şirin Mirzəyev küçəsində yerləşən “Sherlock Music Pub” iaşə obyektində insident baş verib. “Qafqazinfo”nun əldə etdiyi məlumata…
Şəhərin mərkəzində söküntü – Sakinlər verilən puldan narazıdır – VİDEO

Şəhərin mərkəzində söküntü – Sakinlər verilən puldan narazıdır –…

Şəhərin Nizami, Rza Quliyev, Nabat Aşırbəyova, Çingiz Mustafayev və Mirzə Ağalıyev küçələrində başlayan söküntü işləri davam edir. Proses.az İTV-yə istinadən…
Bakıda gözəllilk salonunda qadınlar saçyolduya çıxdılar

Bakıda gözəllilk salonunda qadınlar saçyolduya çıxdılar

Bakıda gözəllik salonunda qadınlar arasında dava olub. Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Hövsan qəsəbəsi ərazisindəki gözəllik salonunda baş verib. Həmin…
Qabil Məmmədov və digərləri barəsində həbs qərarı verildi

Qabil Məmmədov və digərləri barəsində həbs qərarı verildi

Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən barələrində qiyabi icraat başlanaraq istintaqa çağırılan İmaməddin Əlimanov, Süleyman Süleymanlı, Elşad Məmmədov, Məhəmməd Mirzəli, Qabil…
Ermənilər Azərbaycanın neft-qaz kəmərlərini PARTLATMAQ İSTƏYİB – VİDEO

Ermənilər Azərbaycanın neft-qaz kəmərlərini PARTLATMAQ İSTƏYİB – VİDEO

Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar müharibə zamanı müharibə qanunlarını pozması bir daha sübut olunub. Azərbaycana və xalqımıza qarşı çoxsaylı cinayətlər…
Uşaqlar Günündə uşaqlara sayğısızlıq – Bakı bulvarında özbaşınalıq

Uşaqlar Günündə uşaqlara sayğısızlıq – Bakı bulvarında özbaşınalıq

Bakı bulvarındakı “Wonder Park”dan şikayət var. Musavat.com xəbər verir ki, bu barədə bu gün Beynəlxalq Uşaqlar Günündə balacalarla əylənməyə çıxan valideynlər…
3 yaşlı Mehdinin təcili köməyə ehtiyacı var – FOTO

3 yaşlı Mehdinin təcili köməyə ehtiyacı var – FOTO

Abbaslı Mehdi Rafil oğlunun köməyə ehtiyacı var. Musavat.com-a müraciət edən ailə bildirir ki, övladları neyroblastoma adlı xəstəlikdən əziyyət çəkir. Mehdi…
Bu həftədən bayram tətili başlayır

Bu həftədən bayram tətili başlayır

Azərbaycanda bu həftədən etibarən bayram tətili başlayır.  İş vaxtı norması və istehsalat təqviminə əsasən, iyunun 6 və 7-si Qurban bayramı,…