• 07.10.2023 13:00

“Müqəddəs torpaq”larda bitməyən savaş – İsrail və Fələstin yenidən toqquşdu

“Müqəddəs torpaq”larda bitməyən savaş – İsrail və Fələstin yenidən toqquşdu

Yenidən alovlanmış Fələstin-İsrail münaqişəsindən qısa yazmaq və bütün önəmli təfərrüatlardan bəhs etmək mümkün deyil. Söhbət 76 illik tarixi olan bir münaqişədən gedir.

Bu illər ərazində o qədər hadisələr olub, o qədər gərginliklər yaşanıb, o qədər qan tökülüb ki, az qala hərəsi bir kitabın mövzusudur.

Qısa şəkildə onu demək olar ki, bu, təkcə torpaq, ərazi münaqişəsi deyil, həm də müəyyən coğrafi bölgədə mövcudluq uğrunda mübarizədir.

Yəhudilər və ərəblər 1947-ci ilə qədər Fələstin torpaqlarında milli dövlətçiliyə malik olmadan, Britaniyanın mandatı altında yaşayıblar. Həmin il yeni yaradılmış BMT bu torpaqlarda iki dövlət yaratmaq istəyib. Biri İsrail, o biri Fələstin dövləti olacaqmış. Qüds və onun ətrafı isə beynəlxalq nəzarət altında qalmalı imiş. Plan yəhudi liderlər tərəfindən qəbul edilib. Ancaq ərəb liderlər israr ediblər ki, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bu regionda heç bir yəhudi dövləti yaradılmamalıdır. Ərəb Ali Komitəsinin rəhbəri Camal Əl-Hüseyni deyib ki, yəhudilər Fələstinin hər hansı bir hissəsini alarsa, bölgə od və qan içində qalacaq. Onun dediyi xeyli dərəcədə doğrulub. 76 ildir ki, Fələstin od və qan içindədir.

44433.JPG (35 KB)

Ancaq II dünya müharibəsindən böyük itkilərlə çıxan, bir çox ölkələrdə təqiblərə, qətliam və talanlara, soyqırıma məruz qalan yəhudi xalqının artıq öz mövcudluğunu qorumaq üçün milli dövlətçiliyə malik olması zərurəri dünya dövlətləri tərəfindən qəbul edilib. Ona görə də beynəlxalq birlik kiçik yəhudi dövlətinin vaxtilə, eramızdan əvvəl onlara məxsus olmuş bərəkətsiz, yaşayış üçün o qədər də əlverişli olmayan (bununla belə, müqəddəs sayılan) torpaqlarda dövlət qurmasına yaşıl işıq yandırıb.

Beləcə, ərəb-yəhudi müharibəsi (1947-1949) başlayıb. Bu müharibə nəticəsində BMT-nin ərəb dövləti üçün ayırmağı təklif etdiyi ərazilərin təxminən yarısı, eləcə də Qərbi Qüds yeni yaranmış İsrail dövlətinin nəzarətinə keçib.

Eyni zamanda Şərqi Qüds də daxil olmaqla İordan çayının qərb sahili fürsətdən istifadə edən İordaniya tərəfindən işğal edilib və 1950-ci ildə ona ilhaq olunub. Qəzza zolağı Misir tərəfindən tutulub. Nəticədə Fələstin ərəbləri torpaqsız və dövlətsiz qalıblar.

Müharibənin digər nəticələri o olub ki, fələstinli ərəb qaçqınlar İsraildən qovulub, həmçinin yəhudilər digər müsəlman ölkələrindən deportasiya edilib. Ərəb ölkələrindən qovulan və evlərini itirən yəhudilər İsrail və digər dövlətlərin vətəndaşlığını ala biliblər, lakin 1952-ci ildə Ərəb Liqasının qərarı ilə fələstinli ərəb qaçqınlar bütün ərəb ölkələri tərəfindən vətəndaşlıqdan məhrum edilib. Yalnız qərb sahilində olan fələstinlilər bu ərazini ilhaq edən İordaniyadan vətəndaşlıq alıblar.

1967-ci ildə baş verən və tarixə “altı günlük müharibə” kimi düşən hərbi əməliyyatlar zamanı bəzi ərəb dövlətləri birləşərək İsraili məhv etmək istəsələr də, bu, alınmayıb, İsrail onlara ağır zərbə vurub, Qəzza zolağını Misirdən, İordan çayının qərb sahilini isə İordaniyadan, Colan təpələrini Suriyadan alıb. BMT Təhlükəsizlik Şurası 242 saylı qətnamə ilə İsraildən qoşunlarını geri çəkməyi və müharibənin nəticələrini ləğv etməyi tələb edib. SSRİ və Ərəb Dövlətləri Liqası da İsrailin ən azı 1949-cu il sərhədlərinə qədər geri çəkilməsini istəyib.

slide-2.jpg (104 KB)

O vaxtdan bəri lokal toqquşmalar davam edir. Fələstin ərəblərinin yaratdığı Fələstin Azadlıq Təşkilatı gah siyasi mübarizəni gücləndirir, “İntifada” elan edir, gah da terror aktlarına əl atırdı. İsrail FAT-ın, “Həmas” və “Hüzbullah” təşkilatlarının həyata keçirdiyi terror aktlarına sərt cavablar verir, terrorçuları tək-tək məhv edirdi.

1993-cü ilin sentyabrında bir-birini tanıyan Fələstin Azadlıq Təşkilatı və İsrail danışıqlara başlayıb və Oslo sazişləri (1993-1995) bağlanıb, nəticədə Qəzza zolağı və İordan çayının qərb sahilinin böyük bir hissəsi FAT-ın tam və ya qismən nəzarəti altına keçib. Fələstin administrasiyası terroru dayandırmağı öhdəsinə götürüb. Lakin FAT-ın lideri Yasir Ərəfat Oslo müqavilələrini imzalamaqla Fələstin terrorunu və onun təbliğatını dayandıra bilməyib. Terror daha da güclənib, Oslo razılaşmalarından sonra İsrailin vəziyyəti pisləşib.

Ancaq İsrail İordan çayının qərb sahilində yaşayış məntəqələrinin və yeni yəhudi məskənlərinin tikintisini davam etdirib. Fələstin tərəfi bu cür fəaliyyətləri “torpaq qəsbi”, “etnik təmizləmə” və “soyqırım” adlandırır, İsrailin İordan çayının qərb sahilinin hər hansı bir hissəsinin birtərəfli ilhaqını rədd edir. Bəzi fələstinlilərin fikrincə, mübahisəli ərazilərdə İsrail yaşayış məntəqələri “iki xalq üçün iki dövlət” həlli imkanını məhv edib, çünki ərəb və yəhudi yaşayış məntəqələri indi qarışıqdır və bu, yeni dövlətin sərhədlərinin çəkilməsini çətinləşdirir.

2005-ci ildə İsrail qoşunlarının Qəzza zolağından birtərəfli şəkildə tamamilə çıxarılması da münaqişənin deeskalasiyasına gətirib çıxarmayıb. Əvəzində tezliklə, 2006-cı il parlament seçkilərində Qəzza zolağında “Həmas” terror təşkilatı qalib gəlib. Bu təşkilat 2007-ci ildə bölgədə hakimiyyəti tamamilə ələ keçirərək İsrailə raket hücumlarını gücləndirib.

O vaxt İsrail cəmiyyətində belə bir qənaət hasil olub ki, düşmən qarşısından bir addım da olsa geri çəkilmək qarşı tərəfin iştahını qabardır, təcavzünü genişləndirir. Fələstinlilərin əksəriyyəti isə hesab edirlər ki, İsrailin dizini yalnız terror yolu ilə yerə gətirmək olar.

xamas.jpg (93 KB)

Rəy sorğuları da göstərir ki, Fələstin ərəbləri daha çox radikal “Həmas” təşkilatına etimad göstərirlər.

İndi İsrailin üzərinə hücuma keçən məhz “Həmas”dır. Bu təşkilat Fələstin ərəbləri adından çıxış etmək mandatı qazandığına görə, yeni münaqişə də “İsrail-“Həmas” müharibəsi deyil, yenə də Fələstin-İsrail münaqişəsidir.

Münaqişənin yenidən alovlanmasının əsas səbəbi odur ki, İsrail radikal terror qrupları ilə əməkdaşlıq kontekstində sülh prosesini davam etdirməkdən imtina edib.

Fələstin pezidenti Mahmud Abbas 2018-ci ildə Oslo razılaşmalarının “ölü” olduğunu, “İsrailin onları öldürdüyünü” söyləyib.

55544.JPG (28 KB)

Bu gün İsrailin cənubunun və mərkəzinin güclü raket atəşinə tutulması, bir qrup silahlı şəxsin Qəzza zolağına bitişik yaşayış məntəqələrinə soxulması, yəhudi əsgərləri öldürməsi və girov götürməsi hadisəsi Yaxın Şərqdə sülh prosesinə vurulan ağır zərbədir. İsrail bunun qisasını 3-5 qat artıqlaması ilə almayınca sakitləşməyəcək.

“Həmas” terror təşkilatının rəhbərlərinin növbəti dəfə səhv etdiklərini düşünənlər haqlıdır. Çünki hər belə gərginlikdən sonra fələstinlilər böyük itki verirlər, ərazi və xeyli insan itirirlər.

“Həmas”ın bu cür həmlələri ilə İsrail dövləti özünü buraxan, bütün yəhudilərə başqa ölkələrə köçməyi təklif edən deyil. İsrail ərazisinə (20 770 kvadrat/kilometr) görə dünyanın 149-cu ölkəsi olsa da, hərbi gücünə görə dünyanın 10 qüdrətli ölkəsindən biridir (nüvə silahına malik olması da nəzərə alınmaqla).

DİGƏR XƏBƏRLƏR

Uşaqlar Günündə uşaqlara sayğısızlıq – Bakı bulvarında özbaşınalıq

Uşaqlar Günündə uşaqlara sayğısızlıq – Bakı bulvarında özbaşınalıq

Bakı bulvarındakı “Wonder Park”dan şikayət var. Musavat.com xəbər verir ki, bu barədə bu gün Beynəlxalq Uşaqlar Günündə balacalarla əylənməyə çıxan valideynlər…
3 yaşlı Mehdinin təcili köməyə ehtiyacı var – FOTO

3 yaşlı Mehdinin təcili köməyə ehtiyacı var – FOTO

Abbaslı Mehdi Rafil oğlunun köməyə ehtiyacı var. Musavat.com-a müraciət edən ailə bildirir ki, övladları neyroblastoma adlı xəstəlikdən əziyyət çəkir. Mehdi…
Bu həftədən bayram tətili başlayır

Bu həftədən bayram tətili başlayır

Azərbaycanda bu həftədən etibarən bayram tətili başlayır.  İş vaxtı norması və istehsalat təqviminə əsasən, iyunun 6 və 7-si Qurban bayramı,…
Prezident milli komandanın üzvlərini qəbul etdi – Foto

Prezident milli komandanın üzvlərini qəbul etdi – Foto

Bu gün Prezident İlham Əliyev Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib. Proses.az…
Daha bir gənc müəllim qəfil vəfat etdi – FOTO

Daha bir gənc müəllim qəfil vəfat etdi – FOTO

Bakı şəhəri 183 saylı orta məktəbin müəllimi 34 yaşlı Yaşar Aliyarlı qəfil vəfat edib. Məktəbin fiziki tərbiyə müəllimi ötən gün…
Bu küçədə kababxana səkini zəbt edib – VİDEO

Bu küçədə kababxana səkini zəbt edib – VİDEO

Bakı şəhər Nərimanov rayonu Montin qəsəbəsi Mayakosvki küçəsində antisanitar vəziyyət hökm sürür. Sakinlər bildiriblər ki, bir neçə ildir Mayakovski küçəsi…
Xəstəxanaya yerləşdirilən əməkdar artistdən xəbər var

Xəstəxanaya yerləşdirilən əməkdar artistdən xəbər var

Bir müddət əvvəl ağciyər çatışmazlığı səbəbilə xəstəxanaya yerləşdirilən Əməkdar artist Vahid Əliyev artıq evə buraxılıb. Aktyor vəziyyətinin qənaətbəxş olduğunu bildirib.…
“Oğluma deyiblər ki, anandan pul götür gəl”

“Oğluma deyiblər ki, anandan pul götür gəl”

Aparıcı Aytən Səfərova açıqlaması ilə diqqət çəkib. Proses.az xəbər verir ki, o, övladının başına gələn hadisədən danışıb. “Nə dərəcədə sırtlıq…
Bakı Metropoliteni rəhbərliyinin səhlənkarlığı və DƏHŞƏTLİ ANLAR -VİDEO

Bakı Metropoliteni rəhbərliyinin səhlənkarlığı və DƏHŞƏTLİ ANLAR -VİDEO

Xəbər verdiyimiz kimi, 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Bakı Metropolitenində sərnişinlər, xüsusilə də uşaqlı ailələr çətin anlar yaşayıb.…
Messi çempion olan Azərbaycan millisini təbrik etdi – VİDEO

Messi çempion olan Azərbaycan millisini təbrik etdi – VİDEO

Argentina yığması və “İnter Mayami” klubunun ulduz futbolçusu Lionel Messi minifutbol üzrə Azərbaycan milli komandasını təbrik edib. Bu barədə iş…
Bu şəxsləri dərhal blok edin – DİN-dən əhaliyə XƏBƏRDARLIQ

Bu şəxsləri dərhal blok edin – DİN-dən əhaliyə XƏBƏRDARLIQ

31 may-1 iyun tarixlərində ayrı-ayrı vətəndaşların bank hesablarından 1351, 1323, 1000, 900, 500, 450 və 55 manat məbləğində vəsaitin dələduzluq…
Qurban bayramının namaz vaxtı açıqlanıb – RƏSMİ

Qurban bayramının namaz vaxtı açıqlanıb – RƏSMİ

İyunun 6-sı günü Qurban bayramı qeyd olunacaq. Dövlət səviyyəsində 2 gün bayram elan olunub, şəriət qaydasında insanlar 3 gün də,…
“İçkilisən dedilər, ərizə yazıb İTV-dən çıxdım” –  Jurnalist Nəzrin Hüseynzadə

“İçkilisən dedilər, ərizə yazıb İTV-dən çıxdım” – Jurnalist Nəzrin…

Jurnalist Nəzrin Hüseynzadə  İTV ilə bağlı şok iddia yayıb. Proses.az olay-a istinadla xəbər verir ki, jurnalist rəqs videosunu paylaşaraq təhsil…
Qaraciyər piylənməsinin qarşısını alan 3 TƏSİRLİ ÜSUL – MÖCÜZƏDİR

Qaraciyər piylənməsinin qarşısını alan 3 TƏSİRLİ ÜSUL – MÖCÜZƏDİR

Qaraciyər yağlanması dünyada ən çox yayılmış və sürətlə yayılan xroniki qaraciyər xəstəliklərindən biridir. Musavat.com xəbər verir ki, son illərdə ölkəmizdə və…
Daha bir itkin şəhidimiz dəfn olunacaq – FOTO

Daha bir itkin şəhidimiz dəfn olunacaq – FOTO

Sabah daha 1 itkin şəhid dəfn ediləcək. Proses.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar…