• 15.10.2023 12:07

Blinken o sözləri deyibsə…

Blinken o sözləri deyibsə…

ABŞ sputnik vasitəsilə hər hansı bölgədə hərbi hərəkətliliyi anında fiksə etmək imkanına malikdirsə, dövlət katibinin ermənipərəst konqresmenlərin fərziyyələrinə inanması qeyri-ciddi səslənir

ABŞ dövlət katibi Entoni Blinkenin ermənipərəst baxışları ilə tanınan Konqres üzvləri Nensi Pelosi, Anna Eş, Frenk Pallone və daha iki konqresmenə istinadən “Politico”nəşrinin yaydığı məlumatı öncə dəqiqləşdirməyə ehtiyac var.

POLİTİKO.jpg (73 KB)

“Turan”ın xəbərinə görə, Dövlət Departamenti Blinkenin “yaxın həftələrdə Azərbaycanın Ermənistanın cənubuna hücumunu mümkün hesab edir” və “ABŞ-ın Bakıya hərbi yardım göstərməsinə imkan verən sazişi (907-ci düzəliş) yeniləməyəcəyi” barədə nəşrin yazdıqlarını şərh etməkdən imtina edib, lakin qurumun “Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə”, münaqişənin “birbaşa danışıqlar” yoluyla həllinə sadiq olduğunu qeyd edib.

Blinkenin qeyri-rəsmi görüşdə, həm də üzbəüz deyil, konqresmenlərlə telefonla danışığında dedikləri əlbəttə ki, rəsmi mövqe sayıla bilməz. Əgər bu danışığın stenoqramı yayılsaydı, hansısa nəticələr çıxarmaq daha asan olardı. Aydındır ki, bu konqresmenlər erməni lobbisinin züy tutanlarıdır, Blinkenlə məsafəli görüşdə Azərbaycan haqda hədyanlar və yalanlar püskürüblər. Amma ABŞ kimi dövlət konqresmenlərinin və ya kimlərinsə fərziyyələri əsasında qərarlar qəbul etmir. Bu ölkənin kəşfiyyatı, Pentaqon kimi nəhəng hərbi strukturu var ki, bu cür “hücum” məlumatları orada hazırlanır. Üstəlik, ABŞ sputnik vasitəsilə hər hansı bölgədə hərbi hərəkətliliyi anında fiksə etmək imkanına malikdir. O halda, dövlət katibinin konqresmenlərin fərziyyələrinə uyuyub “Dövlət Departamenti tezliklə Azərbaycanın Ermənistana girə biləcəyini mümkün sayır” deməsi qeyri-ciddi səslənir.

“Azərbaycan ağlını o qədər itirməyib ki, başqa ölkənin ərazisi sayılan torpağa hərbi güc yeritsin”

“Mümkün sayır” sürüşkən ifadədir, baxmayaraq ki, diplomatik dildə tez-tez istifadə olunur. Amma “mümkün sayır” deyib, ardınca “ABŞ-ın Bakıya hərbi yardım göstərməsinə imkan verən sazişi (907-ci düzəliş) yeniləməyəcəyi” deyilə bilməz. Çünki biri fərziyyədir, reallaşmamış, baş verməmiş “hadisədir”, amma “907-ci düzəliş yeniləməyəcəyi” dəqiq mövqe ifadə edir. O halda, Blinken məsələn, Ermənistan haqda belə bir mövqe də sərgiləyə bilər: “ABŞ Ermənistanın sülh müqaviləsini imzalamasını mümkün sayır, amma imzalamasa belə, biz onun arxasındayıq”. Absurd səslənir, deyilmi? O səbəbdən hər şeydən öncə “Politico”da ermənipərəst konqresmenlərə istinadən yazılanları dəqiqləşdirməyə ehtiyac var. Çünki bu iddia təsdiqlənərsə, Azərbaycan-ABŞ münasibətlərində gərginlik qaçılmaz olacaq.

POLİT SON .png (180 KB)

Əvvəl “The Politico” kimi tanınan jurnalistika şirkəti 2007-ci ildə təsis edilib. Konqresə yaxınlığı ilə tanın şirkətin veb saytı, televiziyası, çap qəzetləri, radioları var, əsas fəaliyyəti həm də lobbiçilikdir. İlkin dövrdə əsas oxucu kontingenti respublikaçılar olub, indi “hara işlədikləri” haqda dəqiq bilgi yoxdur.

Amerikanın Qafqazda Ermənistan üzərindən son həmlələri bəllidir və hələ ki, uğursuzdur. Azərbaycan Vaşinqtonun sülh müqaviləsinin imzalanmasında vasitəçiliyini dəfələrlə müsbət qiymətləndirib, Blinkenin birbaşa vasitəçiliyi ilə təşkil edilən danışıqlarda da həmişə iştirak edib. Sülh sazişinin niyə hələ də Paşinyanın və digər maraqlı dövlətlərin kabinetində “yatdığının” bəlli səbəbləri var. ABŞ sülh sazişinin imzalanmasında o səbəbdən maraqlıdır ki, Rusiyanın bu regiondakı təsirlərini azaltsın. Yəni bu fəallıq sülh istəyindən daha çox ABŞ-ın geosiyasi maraqlarına hesablanıb. Azərbaycan Prezidenti son çıxışlarında regiona kənar(uzaq) dövlətlərin müdaxilə cəhdlərinə toxunub və onları buradan uzaq durmağa çağırıb. Bu çağırışda ABŞ-ın “payı”nın nə qədər olduğunu biz deyə bilmərik, bu, dövlətlər arasında olan məsələdir. Amma Laçın postu qoyulandan ABŞ-ın narahatlığı aşkar görünməkdə idi, Blinkenin Bakıya zəngləri də səhv etmirəmsə, elə o zamandan daha da intensivləşdi. Amerikanın istəkləri Azərbaycanın suveren maraqlarından heç vaxt üstün ola bilməz və Prezident Əliyevin Blinkenlə telefon danışıqları haqda yayılan rəsmi məlumatlar bunun bariz nümunəsidir.

ABŞ Baydenin prezidentliyi dönəmində yeni dünya düzəni yaratmaq arzusuna düşüb ki, bunun nəticələri heç də yaxşı deyil. Dünya bir xaos əhval-ruhiyyəsinə girib, bunun son qanlı nümunəsi hazırda Yaxın Şərqdə baş verənlərdir.

DUNYA SON.jpg (89 KB)

ABŞ-ın Ermənistanı son ilyarımda ciddi himayə cəhdləri, sanki bu ölkənin ərazisinə hansısa təhlükə olduğu barədə ara-sıra səslənən bəyanatlar da bunun siqnallarıdır. Rusiyadan üz döndərmiş kimi görünən İrəvan Amerikanın və Fransanın himayəsi altına sığınmaq istəyir. Bu, hər bir dövlətin öz istəyidir, təhlükəsizliyini möhkəmlətmək də Ermənistanın haqqıdır. Amma bu onun himayəçilərinə, başda Fransa olmaqla Azərbaycana qarşı beynəlxalq təzyiq yaratmaq, qarayaxma kampaniyası aparmaq səlahiyyəti vermir. Amerika əlbəttə ki, Fransanın tayı deyil, Makron bu ölkəni çox pis vəziyyətə qoyub və nüfuzunu çox zədələyib. ABŞ Azərbaycanla münasibətlərdə “Makronluq” iddiasına düşərsə, bu, hər iki ölkənin maraqlarına ziddidir.

Azərbaycanın son 3 ildə etdiyi cəhdlər Qafqazda təməlli sülhə hesablanmış addımlardır, bunu Ermənistan və onun havadarlarının necə təqdim etməsindən asılı olmayaraq, əksini iddia etmək korazehinlikdir. Elə Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanın mövqeyinə bölgədə sülhü möhkəmlətmək cəhdi kimi baxmaq lazımdır. Ermənistan bunu istəmirsə, cəhənnəmə, Azərbaycan ağlını o qədər itirməyib ki, başqa ölkənin ərazisi sayılan torpağa hərbi güc yeritsin. Alınmırsa, alınmır. Amerika Ermənistanın inkişafını istəyirsə, onu bu dəhlizi açmağa razı salmalıdır. Prezidentin hansısa sitatını kontekstdən çıxarıb “Azərbaycanın Zəngəzura qoşun yeritmək” istəyi kimi izah etmək də yenə ölkəmizə qarşı qarayaxma, imicinə zərbə vurmaq cəhdindən başqa bir şey deyil.

Qarabağda son antiterror tədbirlərində ələ keçirilən silahlar bir regionu qana bulamaq gücdə olub. Bəs, necə olur ki, İsrailə terror hücumunu pisləyən, “mən bir yəhudu kimi İsrailin yanındayam” deyən Blinken Qarabağdakı terror yuvasının məhv edilməsinə görə Azərbaycandan incik düşsün? HƏMAS necə Qəzzada zavallı xalqı girova çeviribsə, Qarabağdakı xunta rejimin də eyni fəaliyyəti olub. Niyə İsrail xalqının yanında olmaq olur, Azərbaycanın isə yox? Bu, nə yanaşmadır, nə ədalətdir? Antiterror tədbirləri zamanı bir mülki erməni ölmədi, erməni xalqını Qarabağdan heç kim qovmadı, bir adam yoxdur burnu qanasın. Amma İsrail 1,5 milyon ərəbə vaxt qoyur ki, buradan köçün. ABŞ bunun üçün ədalətli izah tapır, bizə gələndə hansısa zorla köçürülmədən danışmağa üzləri olur…

Hazırda Yaxın Şərqdə davam edən savaş bizim müharibə deyil, bizim qarışacağımız məsələ heç deyil. Amma belə ikili, üçlü standartlarla ədalət carçısı olmaq mümkün deyil. Amerika o ədalət tərəzisini çoxdan itirib, çox da uzaq olmayan keçmişdə İraqa qoşun yeridəndə, şəhərləri bombalayanda…\\musavat.com

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…