• 01.11.2023 14:22

“Yer altındakı şəhər” niyə batır? – “Ziyanla işləyənlər”in zəngin həyatı

“Yer altındakı şəhər” niyə batır? – “Ziyanla işləyənlər”in zəngin həyatı

Bakı Metropolitenindən növbəti dəfə açıqlama verilib ki, bir sərnişinin daşınması 68 qəpiyə başa gəlir.

İldə ən azı 4 dəfə belə informasiya yayılır. Bunda iki məqsəd var: dövlətdən daha çox dotasiya almaq və daşınma qiymətinin artırılmasına nail olmaq.

Bu açıqlamanın yayılmasının təşəbbüskarları və onlara tərəfdar çıxanlar xarici ölkələrdə metro tariflərinə istinad edir və deyirlər ki, orada metro nəqliyyatından istifadə haqqı 1-2 avro arasındadır.

Bəzi ölkələrdə doğrudan da elədir. Amma bu məsələdə hər ölkə öz əhalisinin rifah halına və ölkədəki digər xidmətlərin qiymətinə, eləcə də orta statistik zəhmətkeşlərinin aylıq məvaciblərinin həcminə baxır.

Həmin ölkələrdə metro işçilərinə yüksək maaş verilir. Məsələn, 5 min nəfər metro zəhmətkeşi varsa, onlar ölkənin digər əməkçiləri kimi yüksək maaşlar alırlarsa, bu, son nəticədə özünü 1 sərnişinin daşınmasının qiymətində göstərir.

Bizdə isə metro zəhmətkeşlərinin maaşı yüksək deyil, üstəlik, qiyməti artırıb 1 manat etsələr belə, yenə onların maaşı Belçikadakı, İsveçdəki, Almaniyadakı həmkarlarının maaşının 15-20 faizi qədər etməyəcək. Bu halda o pullar hara gedəcək, nəyə sərf olunacaq?

Bu, demaqogiyadır. Neytral iqtisadçılar oturub gün ərzində metrodan istifadə edənlərin sayını, onların ödədiyi pulun miqdarını, metro qatarlarının iş intervalının intensivliyini, sərnişinlərə xidmət edən maşinist və bələdçilərin, eləcə də stansiya rəhbərliyində təmsil olunanların maaşlarını, qatarlara texniki qulluğa ayrılan vəsaitləri hesablasalar, bölüb-çıxsalar, məlum olar ki, heç də bir sərnişinin daşınma qiyməti 68 qəpik etmir, bəlkə də heç 30 qəpiyə də çatmır.

Necə olur ki, benzinlə və ya dizel yanacağı ilə işləyən 1 manatlıq taksilər 4 nəfəri 15-20 kilometr məsafəyə daşıyır, hər dəfəsində ən azı 2 manat qazanc əldə edə bilirlər, amma minlərlə sərnişini 1 reysdə eyni məsafəyə daşıyan metro qatarları ziyan edir? Bu, mümkün deyil. Metro qatarları daha ucuz yanacaq sərf edir.

Pik saatlarda metro vaqonlarında nəinki ayaq basmağa, hətta adamın yuxarı qaldırdığı əlini öz cibinə aparmağa imkan olmur. Bu, 350 nəfərlik tutumu olan bir vaqona 400-500 insanın doluşması deməkdir və onların hamısı qatara süvar olmaq üçün pul (40 qəpik) ödəyib. Bu da o deməkdir ki, hər stansiyada dolub-boşalan bir vaqon A. nöqtəsindən B. nöqtəsinə çatana qədər azı 1000 manat qazanc gətirir. O biri vaqonlar da o qədər. Onların ardınca gələn qatarlar da o cümlədən. Beləcə, səhər saat 6—dan gecə saat 12-yə qədər pul, demək olar ki, sel kimi gəlir. Amma axırda ziyan olur.

Bu, həmin metrodur, həmin qatarlardır, sovet vaxtı 5 qəpiyə işləyirdi və heç vaxt “metro ziyanla işləyir” söhbəti qalxmırdı. Dövlət heç də tam ziyana getmirdi, xərclərin bir hissəsini ödəyirdi.

İndi isə vəziyyət bu həddədir. Ona görə də ictimaiyyət metropolitendə böyük yeyintilərin, maxinasiyaların, mənimsəmələrin olmasından şübhələnir.

Metropolitenin sabiq rəisi Tağı Əhmədovun ləğv edilmiş MTN-nin idarə rəisi general Akif Çovdarova 3 milyon xərac verməsi hadisəsini hələ unudulmayıb (deyəsən o, öz “halal pulu”nu hələ də geri almayıb). Ziyanla işləyən bir müəssisənin rəhbərində o qədər pul haradan idi? Necə olmuşdu ki, adamın rəhbərlik etdiyi müəssisə borcun, xərcin içindədir, rəhbərin özü milyonçudur?

Bir o deyil, ziyanla işlədiklərini bəyan edən istənilən dövlət konserninin, şirkətin, ASC-lərin, QSC-lərin maliyyə hesabatları diqqətlə təftiş edilsə, məlum olar ki, əslində heç biri ziyanla işləmir, yaxud işləməyə bilər. Paytaxt Bakı və ölkənin dilbər guşələri sayılan rayonlarda o “ziyanla işləyən” obyektlərin 1-ci, 2-ci, 3-cü, hətta 5-ci vəzifəlilərinin tikdirdiyi villalar böyür-böyürə söykənib, hərəsinin ailəsində azı 4 lüks avtomobil var. Bunlar “ziyanla işləyən” müəssisələrdən oğurlanmış vəsaitlər hesabına alınıb. Bəlkə elə deyil?

Son vaxtlar bir sıra özəl biznes obyektləri də “ziyanla işləyənlər”in cərgəsinə qoşulub – dövlətə vergi verməmək üçün.

Uzun sözün kəsəsi, “ziyanla işlədiklərini” bəyan edənlər hesabat verməlidirlər: ayda nə qədər gəlirləri, nə qədər xərcləri var, hara nə qədər ödəyirlər, haradan nə qədər alırlar, hamısı bir-bir və saxtakarlıq olmadan göstərilməlidir. Yoxsa hamısı dövlətin büdcəsindən bir vaqon pul qamarlamaq istəyir…

Xalid Kazımlı,
Musavat.com

DİGƏR XƏBƏRLƏR

“Analar oğlunun barda tanış olduğu qızı gəlin etməyə razıdı, boşanmış qadını yox”

“Analar oğlunun barda tanış olduğu qızı gəlin etməyə razıdı,…

Dövrümüzün aktual problemlərindən biri də sayı sürətlə artan boşanmalardır. Azərbaycanda boşanmalarla bağlı statistik rəqəmlər artır. Rəsmi məlumata görə, son 10…
Məşhur müğənninin qızı narkoman olduğunu etiraf etdi

Məşhur müğənninin qızı narkoman olduğunu etiraf etdi

Məşhur müğənni Ozzi Osbornun qızı Kelli narkoman olduğunu açıqlayıb. Proses.az lent.az-a istinadən bildirir ki, o, uşaqlıqda həkimlərdən arkotik tərkibli dərmanlar…
Xəzəri üzərək Azərbaycana gələn səyyah: “Dəhşətli fırtınalar olurdu” – VİDEO

Xəzəri üzərək Azərbaycana gələn səyyah: “Dəhşətli fırtınalar olurdu” –…

“Mən o qədər də aktiv insan deyiləm. 6 il yarım ərzində dünyanı gəzdim, bəlkə yenə quru yolu ilə nələrsə edərəm.…
Pezeşkian kürəkəninə yüksək vəzifə verdi – FOTO

Pezeşkian kürəkəninə yüksək vəzifə verdi – FOTO

İran Prezidenti Məsud Pezeşkianın kürəkəni Həsən Məcidi sentyabrın 18-də ölkənin Prezident Administrasiyası rəhbərinin icraçı köməkçisi vəzifəsinə təyin olunub. Proses.az bizim.media-ya…
SON DƏQİQƏ! Elman Paşayev HƏBS OLUNDU

SON DƏQİQƏ! Elman Paşayev HƏBS OLUNDU

Moskva Qarnizonu Hərbi Məhkəməsi külli miqdarda dələduzluqda şübhəli bilinən keçmiş vəkil Elman Paşayev barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.…
Bu maşınlar kəskin BAHALAŞDI – Satmaq üçün əla fürsətdir

Bu maşınlar kəskin BAHALAŞDI – Satmaq üçün əla fürsətdir

Ölkəmizdə son 1 il ərzində hibrid mühərrikli avtomobillərin qiymətində artım müşahidə olunur. Rəqəmlərə əsasən, 1 ədəd hibrid avtomobiln orta ixrac…
Zümrüd ARB-dən getdi, bu kanalda çalışacaq

Zümrüd ARB-dən getdi, bu kanalda çalışacaq

Aparıcı Zümrüd Bədəlova ARV TV-i ilə yollarını ayırıb. Proses.az axşam.az-a istinadən xəbər verir ki, bu haqda o, özü məlumat yayıb.…
Azərbaycanlı aktyora AĞIR İTKİ – FOTO

Azərbaycanlı aktyora AĞIR İTKİ – FOTO

Bakı Bələdiyyə teatrının aktyoru İlqar Musayevə ağır itki üz verib. Proses.az olay-a istinadən xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib.…
İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayevin həbsinin detalları məlum  olub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, İlqar Mustafayev iki…
Bu ərazidə hərəkət tam məhdudlaşdırılacaq

Bu ərazidə hərəkət tam məhdudlaşdırılacaq

19 sentyabr saat 06:00-dan etibarən Bakı şəhəri, Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində aparılacaq təmir işləri ilə…
Bakıda məşhur avtosalonun sahibi həbs edildi

Bakıda məşhur avtosalonun sahibi həbs edildi

Bakı şəhərində fəaliyyət göstərən məşhur “Dubai Cars” avtosalonlarının sahibi həbs edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1975-ci il təvəllüdlü Zaur…
Dünya Bakıda çəkilmiş bu görüntülərdən danışır: İnanılmazdır! – VİDEO

Dünya Bakıda çəkilmiş bu görüntülərdən danışır: İnanılmazdır! – VİDEO

Sosial şəbəkələrdə milyonlarla izləyicisi olan “Nas Daily” adlı dünyaca məşhur kontent yaradıcısının Azərbaycanla bağlı hazırladığı video gündəm olub. Proses.az Globalinfo.az-a…
İş və istirahət günlərinin yerləri dəyişdirildi

İş və istirahət günlərinin yerləri dəyişdirildi

İş və istirahət günlərinin yerləri dəyişdirilib. Proses.az bildirir ki, Nazirlər Kabineti bu barədə qərar verib. İş və istirahət günlərinin ardıcıllığını…
İradə Süleymanovaya Qarabağ Universitetində vəzifə verildi

İradə Süleymanovaya Qarabağ Universitetində vəzifə verildi

Qarabağ Universitetində yeni təyinat olub. Proses.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı ali təhsil müəssisəsinin rektoru Şahin Bayramov müvafiq…
Quru sərhədlərlə bağlı ŞAD XƏBƏR – Açıla bilər!

Quru sərhədlərlə bağlı ŞAD XƏBƏR – Açıla bilər!

Rəsmilər nə təkzib, nə təsdiq edir; təhlükəsizlik eksperti: “Müvəqqəti olaraq açılacağı ilə bağlı məlumatlar doğrudur, amma…” COVİD-19 pandemiyası ilə əlaqədar…