• 20.01.2024 08:18

20 Yanvar faciəsindən 34 il keçir

20 Yanvar faciəsindən 34 il keçir

Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 34 il keçir.

Proses.az xatırladır ki, bununla bağlı Azərbaycanda Ümumxalq Hüzn Günüdür.

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi surətdə qətlə yetirilib.

Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıblar.

Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə – yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib.

Hadisələr nəticəsində 150 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.

1990-cı il yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb.

Artan xətt üzrə davam edən gərginliyin qarşısını almaq əvəzinə, Sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayət işlədib.

29 mart 1994-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Milli Məclisi 20 Yanvar faciəsi ilə bağlı xüsusi qərar qəbul edib.

Azərbaycan xalqı dördüncü ildir ki, 20 Yanvar hadisələrini qalib xalq kimi yad edir.

Azərbaycanın hökumət və dövlət nümayəndələri, diplomatik korpusun təmsilçiləri, sıravi vətəndaşlar 20 Yanvar faciəsinin qurbanlarının dəfn olunduğu Şəhidlər xiyabanını ziyarət edəcəklər.

Dünya ictimaiyyətinin diqqətini Qanlı Yanvar faciəsinə yönəltmək üçün Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, Azərbaycan icmaları tərəfindən də müvafiq tədbirlər həyata keçirilir.

Yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da ölkə ərazisində şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad ediləcək, gəmilər, avtomobillər və qatarlar səs siqnalları verəcək.

Həmin gün ölkə ərazisində matəm əlaməti olaraq Azərbaycanın dövlət bayraqları endiriləcək.

DİGƏR XƏBƏRLƏR

Ailəsini qətlə yetirən Əhmədin yeni görüntüləri üzə çıxdı – VİDEO

Ailəsini qətlə yetirən Əhmədin yeni görüntüləri üzə çıxdı –…

5 nəfər ailə üzvünü qətlə yetirən Əhməd Əhmədovun yeni görüntüləri ortaya çıxıb. Proses.az news24.az-a istinadən bildirir ki, yayılan görüntülərdə Əhmədin…
Prezident İlham Əliyev Liderlər Sammitində çıxış edir – CANLI YAYIM

Prezident İlham Əliyev Liderlər Sammitində çıxış edir – CANLI…

Bakıda noyabrın 12-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilir. Proses.az xəbər…
İlham Əliyev Ərdoğan və xanımını belə qarşıladı – FOTOLAR

İlham Əliyev Ərdoğan və xanımını belə qarşıladı – FOTOLAR

Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilir. Proses.az…
Eldar Əzizov açıqladı: Bu binalar söküləcək

Eldar Əzizov açıqladı: Bu binalar söküləcək

“Bakıda qəzalı vəziyyətdə olan, öz resursunu başa vurmuş çoxmənzilli yaşayış binalarının inventarizasiyası və bu binalarda yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi…
Çılpaq qadın heykəli görün niyə götürülüb: “Azərbaycan müsəlman ölkəsi deyil”

Çılpaq qadın heykəli görün niyə götürülüb: “Azərbaycan müsəlman ölkəsi…

Xəbər verdiyimiz kimi, Bakıda tanınmış italiyalı heykəltaraş Lorenso Kuinnin “Təbiətin gücü” (Force of Nature) adlı heykəli sökülüb. Sözügedən heykəllə bağlı…
Araik 2,6 milyon manatı kimə verib? – “Azərbaycan Ordusu Füzulidə əməliyyat zamanı…”

Araik 2,6 milyon manatı kimə verib? – “Azərbaycan Ordusu…

Ermənistanın 3-cü prezidenti Serj Sərkisyanın “pulqabısı” sayılan “Fleş” şirkətinin sahibi Barseq Beqlaryan keçmiş qondarma rejimdən 600 milyon dram (təxminən, 2,6…
Pensiyalar artırılacaq! – Nazir ŞAD XƏBƏRİ elan etdi

Pensiyalar artırılacaq! – Nazir ŞAD XƏBƏRİ elan etdi

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən növbəti ildə həyata keçiriləcək yeni sosial paket çərçivəsində minimum əməkhaqqı və pensiyalar artırılacaq. Proses.az xəbər…
“Nə olur olsun, burada ev almalıyam” – Abel Məhərrəmov

“Nə olur olsun, burada ev almalıyam” – Abel Məhərrəmov

BTV-nin “Həyatımda nələr oldu” verilişinin bu dəfəki qonağı Bakı Dövlət Universitetinin sabiq rektoru, akademik Abel Məhərrəmov olub. Fatma Zahidqızının aparıcılığı,…
Dünya liderləri Bakıda sammitə toplaşırlar – CANLI YAYIM

Dünya liderləri Bakıda sammitə toplaşırlar – CANLI YAYIM

Dünya liderləri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində baş tutacaq İqlim Fəaliyyəti Sammitində iştirak…
Prezident Beçiroviç və Tsviyanoviçlə görüşdü

Prezident Beçiroviç və Tsviyanoviçlə görüşdü

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Denis Beçiroviç və üzvü Jelka Tsviyanoviç ilə görüşüb.…
Leysan, QAR, dolu – Sabahla bağlı XƏBƏRDARLIQ

Leysan, QAR, dolu – Sabahla bağlı XƏBƏRDARLIQ

Abşeron yarımadasının bəzi yerlərində noyabrın 12-də gün ərzində fasilələrlə çiskinli yağış yağacağı ehtimalı var, mülayim şimal-şərq küləyi əsəcək. Milli Hidrometrologiya…
İlham Əliyev Monqolustan prezidenti ilə görüşdü

İlham Əliyev Monqolustan prezidenti ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux ilə görüşüb. Proses.az xəbər verir ki, dövlətimizin başçısı Monqolustan Prezidentini…
İlham Əliyev İraq prezidenti ilə görüşdü

İlham Əliyev İraq prezidenti ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşüb. Proses.az xəbər verir ki, bu barədə…
Flora Kərimovadan Qənirə Ataşovaya DƏSTƏK: “Nə qədər insanı eybəcərlikdən qurtardınız…”

Flora Kərimovadan Qənirə Ataşovaya DƏSTƏK: “Nə qədər insanı eybəcərlikdən…

Xalq artisti Flora Kərimova bu günlərdə saxta diplom və sertifikasiyalı həkimlər barəsində danışan Qənirə Ataşovaya dəstək olub. Musavat.com bildirir ki, Xalq…
Valeh Rəfiyev VƏFAT ETDİ – FOTO

Valeh Rəfiyev VƏFAT ETDİ – FOTO

1991-ci ildə yaradılan Azərbaycanın ilk hərbi hissəsi olan 701 saylı hərbi hissənin komandiri olmuş veteran hərbçi Valeh Rəfiyev vəfat edib.…