• 09.07.2024 13:50

Liposaksiya zamanı ölən iki uşaq anasının həkiminin ali təhsili yox imiş – Ailəsindən İDDİA

Liposaksiya zamanı ölən iki uşaq anasının həkiminin ali təhsili yox imiş – Ailəsindən İDDİA

“Reo-Med” klinikasına liposaksiya üçün müraciət edən və komaya düşərək vəfat edən 29 yaşlı Aybəniz Almuradovanın ailəsi həkimlərdən şikayətçidir.

Oxu.Az-a açıqlama verən A.Almuradovanın bacısı Gülər Əliyeva mərhumun ölümündə həkimləri günahlandırıb.

Onun sözlərinə görə, bacısı sosial şəbəkədə tanınan həkim Mətanət Eyvazovaya yazaraq liposaksiya olunmaq istədiyini bildirib. Həkim də cavabında əməliyyatın çox yüngül proses olduğunu bildirərək, klinikaya dəvət edib. İyunun 11-də Aybəniz Almuradovanı əməliyyat etmək üçün anesteziya edilib. Hər şey də bundan sonra başlayıb:

“Əməliyyat otağında anestezioloq Babək Mahmudov iynəni vurub, iynənin düzgün vurulub-vurulmadığı sual altındadır. Çünki xəstəxananın kameraları sındırılıb. Ona görə də əməliyyat otağında nə baş verdiyini dəqiq bilmirəm. Xəstəxananın direktoru Əli Hüseynov, anestezioloq Babək Mahmudov və həkim Mətanət Eyvazova – hamısının əli var bu işdə. Bacım komada olanda öyrəndik ki, Mətanət Eyvazovanın heç bir ali təhsili yox imiş. Həmin şəxs lazeroloq işləyirmiş, 6 aydır ki, bu işi kursa gedərək öyrənib. Sadəcə əlində kurs sertifikatı olan bir adam həkim kimi işləyib. Heç bir səlahiyyəti olmadan… Biz ondan diplomunu tələb etdik, gətirmədi. Anestezioloq B.Mahmudovdan da tələb elədik. Mənə gətirdiyi diplom odur ki, adam müalicə işi üzrə keçən il universitet bitirib. Onun anesteziologiya üzrə heç bir təcrübəsi yoxdur”.

Mərhumun bacısının sözlərinə görə, xəstəxana da qanunsuz fəaliyyət göstərirmiş:

“Əli Hüseynov da “Reo-Med” klinikasını qanunsuz işlədirmiş. Binəqədi Rayon Prokurorluğundan bildirdilər ki, bizim o xəstəxanadan xəbərimiz yox idi. Bir ay əvvələ kimi biz o xəstəxananı bağlı bilirdik. Oradan şikayət olunub. Bir xanım əməliyyat olunub, bədənində çürümə gedir. Düzdür onu Mətanət etməyib. Başqa həkim edib, amma o xəstəxanada olub. Biz şikayətə gedəndən sonra bildik ki, qanunsuz şəkildə işlədilib. Tibb bacılarının, həkimlərinin ali savadı yoxdur “.

Gülər Əliyeva deyir ki, bacısına ilkin tibbi yardım göstərilməyib:

“Qan analizi alınıb. Başqa analiz alınmayıb. Amma başqa analizlər də alınmalıydı. Əməliyyat otağında ilkin tibbi yardım göstərilməyib. Süni tənəffüs aparatı olmayıb. Sübutla, faktla bunlar mənim əlimdə var.

Digər klinikadan gələn komanda soruşdu ki, niyə bu aparatlara qoşulmayıb? Deyiblər ki, yox idi. Əgər yoxdursa, niyə sən məsuliyyətsizlik edib əməliyyat edirsən? Kimsə bilməsin deyə xəstəxanada 4 saat yubadılıb. Baxıblar ki, əlac yoxdur. Sonra müraciət ediblər. Əvvəlcə başqa klinikaya aparıblar. Daha sonra Neftçilər xəstəxanasına köçürülüb. 21 gün komadan sonra iyulun 2-də vəfat edib. Bildiyimizə görə, həkim hələ də xəstə qəbul edir və əməliyyatlar aparır.

Mətanət Eyvazova deyə bilər ki, bacıma əli dəyməyib, anestezioloq edib, amma o məsuliyyət daşıyırdı. Niyə xəstəni təcrübəsi olmayan anestezioloqa əmanət edirsən? Kimlərisə bədbəxt edirsən. Ona həkim deyilməməlidir, o lazeroloqdur. Biz xəstəxanadan da, həkimlərdən də şikayətçiyik. Bacımın iki balası yetim qaldı. Hər gün analarını soruşurlar. Nə cavab verəcəyimizi bilmirik. Həmin şəxslər qanun qarşısında cavab verəcəklər”.

DİGƏR XƏBƏRLƏR

Bayrağın bu formada asılmasını tənqid etdi – Foto

Bayrağın bu formada asılmasını tənqid etdi – Foto

Aparıcı Leyla Quliyeva Bakıda lentə aldığı görüntünü paylaşaraq bayrağın ütülənməmiş formada asılmasını tənqid edib. Axşam.az xəbər verir ki, bu barədə…
Azərbaycanı “Miss Universe”də o təmsil etdi – FOTOlar

Azərbaycanı “Miss Universe”də o təmsil etdi – FOTOlar

Türkiyədə Miss Universe” gözəllik müsabiqəsi keçirilib. Proses.az gecce.az-a istinadən xəbər verir ki, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfovanın təşəbbüsü ilə Azərbaycanı…
Həmin klinika cərimələndi

Həmin klinika cərimələndi

“Medera Hospital” MMC gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə cərimələnib. Proses.az bildirir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Dövlət…
COP29 dönəmində bu şəxslərə ictimai nəqliyyat pulsuz olacaq

COP29 dönəmində bu şəxslərə ictimai nəqliyyat pulsuz olacaq

COP29 dönəmində qonaqlar, o cümlədən akkreditasiyadan keçən yerli vətəndaşlar ictimai nəqliyyatdan pulsuz istifadə edəcək. Proses.az APA-ya istinadən bildirir ki, bu…
Azərbaycanlı aparıcı ölümlə ÜZ-ÜZƏ QALDI: başından və qolundan ZƏDƏ ALIB – VİDEO/FOTO

Azərbaycanlı aparıcı ölümlə ÜZ-ÜZƏ QALDI: başından və qolundan ZƏDƏ…

Aparıcı Xəyalə Hüseynlinin başına iş gəlib. Milli.Az xəbər verir ki, onun at minmək həvəsi aparıcıya baha başa gəlib Belə ki,…
Qətlə yetirilən Elnurun FOTOları

Qətlə yetirilən Elnurun FOTOları

Ötən gün Lənkəran şəhərində 1990-cı il təvəllüdlü Elnur Cəfərov kəsici alətlə qətlə yetirilib. Cinayəti törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü…
Vəzifəli şəxs yol qəzasında ÖLDÜ

Vəzifəli şəxs yol qəzasında ÖLDÜ

Cəbrayılda ağır yol-nəqliyyat hadisəsi baş verib. Proses.az report-a istinadla xəbər verir ki, hadisə bu gün rayonun Soltanlı kəndində qeydə alınıb.…
Bakıda yaşlı kişi küçələrdə yaşayır: “Burada daha rahat və azad oluram” – VİDEO

Bakıda yaşlı kişi küçələrdə yaşayır: “Burada daha rahat və…

Bakıda yaşlı kişi günlərdir ki, küçələrdə yaşayır. Proses.az Xəzər TV-yə istinadən bildirir ki, 70 yaşlı Nazim Əsgərzadə deyir ki, ali…
Pensiya alanların NƏZƏRİNƏ: Artım olacaq

Pensiya alanların NƏZƏRİNƏ: Artım olacaq

“Azərbaycanda minimum pensiya artırılacaq. Bununla bağlı cənab prezidentin göstərişi var. Hazırda minimum pensiya 280 manatdır və artımlardan sonra növbəti ildən…
Qəbələdə iki nəfərin qətlə yetirilməsinin TƏFƏRRÜATI

Qəbələdə iki nəfərin qətlə yetirilməsinin TƏFƏRRÜATI

Dünən saat 20 radələrində Qəbələnin Zərgərli kəndində 2 nəfərin güllələnərək öldürülməsi, 1 nəfərin isə xəsarət alması hadisəsinin təfərrüatları üzə çıxıb.…
Raman Saleyin həyat yoldaşı: “O, medalsız da mənim üçün çempiondur” – VİDEO

Raman Saleyin həyat yoldaşı: “O, medalsız da mənim üçün…

“Ramanla qürur duyuram, mənim üçün o, medalsız belə çempiondur. İdmançı ilə yaşamaq çox çətindir. Çünki bu, bütün həyatın intizamla keçməlidir…
Azərbaycanda tələbə qəfil ÖLDÜ – FOTO

Azərbaycanda tələbə qəfil ÖLDÜ – FOTO

Azərbaycanda tələbə ürəktutmadan qəfil vəfat edib. Proses.az bildirir ki, bu barədə BAKU.WS-in “qaynar xətti”nə mərhumun sinif yoldaşı Kənan Yunisli məlumat…
Ruben Vardanyan barədə QƏRAR VERİLDİ

Ruben Vardanyan barədə QƏRAR VERİLDİ

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində Ruben Vardanyan barədə davam edən cinayət işi üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qərar…
Gəncədəki partlayışdan belə xilas edildilər – VİDEO

Gəncədəki partlayışdan belə xilas edildilər – VİDEO

Xəbər verdiyimiz kimi, Gəncədə binada partlayış baş verib. Proses.az bildirir ki, Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında partlayış baş…
Mehriban Əliyevadan Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım

Mehriban Əliyevadan Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib. Proses.az paylaşımı təqdim edir: