• 23.08.2023 00:56

Maşınları kim alır

Maşınları kim alır

“Həsən də qəlyan çəkər,

Hüsən də qəlyan çəkər.

Tənbəki bol olanda

Siçan da qəlyan çəkər”

(Azərbaycan ata sözü)

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-iyun aralığında Azərbaycana ümumilikdə 753 milyon 304 min dollar dəyərində 48373 ədəd avtomobil idxal olunub. Bu, çoxdurmu, azdırmı, öyrənmək asandır: 2022-ci ilin uyğun dövründə 460 milyon 889 min dollar dəyərində 35 min 173 ədəd avtomobil almışıq. Deməli, keçən ilə nisbətən artım 13200 ədəd, yaxud 37,5 faizdir.

Əlbəttə, bu artım nəyin hesabına yaranıb, müxtəlif versiyalar irəli sürmək olar. İlk növbədə adamın ağlına Rusiyanın məruz qaldığı beynəlxalq embarqo gəlir. Həmin qadağalara görə, keçən ildən Rusiya bir çox ünlü avtomobil brendlərinin məhsulunu almaqdan məhrum olunub. Ona görə ruslar gizli yollara, qaçaqmalçılığa məcbur qalmışlar. Xarici, xüsusən də elitar, bahalı, lüks brendlərə məxsus avtomobilləri “ikinci əldən” – başqa ölkələr vasitəsiylə alırlar. Qazaxıstan, Türkiyə, Ermənistan , Gürcüstan kimi ölkələr üzərindən. Mümkündür ki, bizim işbazlar da bu hər anlamda qara, çirkli prosesə qoşulmuşlar, çünki hazırda Rusiyanın dəyirmanına su axıtmaq həm birbaşa, həm dolayısı ilə Azərbaycana balta çalmaqdır.

Ancaq mən iş adamlarımızın (əslində məmurların, çünki bizdə başqa iş adamları yoxdur) vətənpərvərliyinə şübhə etmək istəmirəm və bu versiyanı rədd edirəm. Bu halda da başqa sual ortaya çıxır: millət niyə yalandan ağlaşma qurur?

Axı bəzilərinin dediyi kimi, kasıbçılıq, işsizlik, sosial problemlər içindəyiksə, bu avtomobilləri kim gətirir, kim minir, kim sürür? Ya komitə rəqəmləri şişirdib, ya camaat artistlik edir, ya da mən dəli olmuşam. Dördüncü variant yoxdur.

Tək bu deyil ki… Dövlət Statistika Komitəsi də o yanda qılıncını sıyırıb üstümüzə gəlir: bu ilin 6 ayında 3 229,18 ton – 13 milyon 244,64 min dollarlıq mal əti almışıq.  Ötən ilin eyni dövründə mal əti idxalımız 5 milyon 451,92 min dollar dəyərində 1 233,13 ton olmuşdur. Beləliklə, mal əti idxalında çəki ifadəsində 2,6 dəfədən çox, dəyər ifadəsində isə 2,4 dəfədən çox artım var. Sitatın sonu. Diri qoyun idxalında da 3 dəfəyə yaxın artım varmış.

Doğrudur, ət yemək üzrə biz dünyada o qədər yaxşı yer tutmuruq. Geniş yayılmış təsəvvürlərə (“ətyeyən camaatıq”) baxmayaraq. Bizdə rəsmi statistikaya əsasən, hər adamın illik ət yeməsi miqdarı 42 kiloqramdır. Müqayisə üçün, ət yemək üzrə rekord Lüksemburqa məxsusdur: orda hər vətəndaş ildə 136 kilo əti həzmi-rabedən keçirir. 2-ci yerdə, düşünürəm bunu zənn etmək o qədər çətin olmaz, ABŞ gəlir: hər amerikalı ildə 125 kilo əti basmarlayır. Ruslar 60, belaruslar 72 kilo ət yeyir və sairə. Dünya Səhiyyə Təşkilatının normalarına görə, sağlamlıq üçün hər insan ildə minimum 73 kilo ət yeməlidir.

Lakin bu normaları-filanı müvəqqəti qırağa qoysaq, mal-qoyun ətində idxalın artması, eyni zamanda ətin bahalaşması xalqın ət almağa davam etdiyini göstərir. Hökumət bu istiqamətdə nəsə yeni islahatlar aparmalıdır: necə edək ki, bunlar daha ət almasınlar?

Zarafat edirəm, əlbəttə, bizdə hökumətin elə pis məqsədləri olmaz. Sadəcə, mənzərə düşündürücüdür. Birdən görürsən qərar çıxdı, taksini sənədsiz sürməyin cəriməsi, 20 min manat oldu. Qanunsuz siyasi partiyaya girmək 5 min. Nə bilim, müxalifət liderini yol polisi saxlayır, deyirlər maşının təkcə cəriməsi 4700 manatdır. Camaat kasıbdırsa, bu qədər pullar hardandır?

Ortada xeyli maraqlı statistika dolaşmaqdadır. Mütləq tədbir görülməlidir.

Zamin HACI

DİGƏR XƏBƏRLƏR

Tarixi problemin həlli-Antiterror tədbirlərindən bir il ötür – FOTO, VİDEO

Tarixi problemin həlli-Antiterror tədbirlərindən bir il ötür – FOTO,…

Bu gün – sentyabrın 19-u Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi lokal xarakterli antiter­ror tədbirlərindən bir il ötür. Əvvəlcə onu qeyd…
20 Sentyabr iş günü olacaq? – Rəsmi

20 Sentyabr iş günü olacaq? – Rəsmi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 20 Sentyabr Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. Məsələ ilə…
AHİK sədri daha bir baş həkimi İŞDƏN ÇIXARDI

AHİK sədri daha bir baş həkimi İŞDƏN ÇIXARDI

Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin “Abşeron” Mədə-Bağırsaq Sanatoriyasının baş həkimi Fəxrəddin Kazımov vəzifəsindən azad edilib.…
“Analar oğlunun barda tanış olduğu qızı gəlin etməyə razıdı, boşanmış qadını yox”

“Analar oğlunun barda tanış olduğu qızı gəlin etməyə razıdı,…

Dövrümüzün aktual problemlərindən biri də sayı sürətlə artan boşanmalardır. Azərbaycanda boşanmalarla bağlı statistik rəqəmlər artır. Rəsmi məlumata görə, son 10…
Məşhur müğənninin qızı narkoman olduğunu etiraf etdi

Məşhur müğənninin qızı narkoman olduğunu etiraf etdi

Məşhur müğənni Ozzi Osbornun qızı Kelli narkoman olduğunu açıqlayıb. Proses.az lent.az-a istinadən bildirir ki, o, uşaqlıqda həkimlərdən arkotik tərkibli dərmanlar…
Xəzəri üzərək Azərbaycana gələn səyyah: “Dəhşətli fırtınalar olurdu” – VİDEO

Xəzəri üzərək Azərbaycana gələn səyyah: “Dəhşətli fırtınalar olurdu” –…

“Mən o qədər də aktiv insan deyiləm. 6 il yarım ərzində dünyanı gəzdim, bəlkə yenə quru yolu ilə nələrsə edərəm.…
Pezeşkian kürəkəninə yüksək vəzifə verdi – FOTO

Pezeşkian kürəkəninə yüksək vəzifə verdi – FOTO

İran Prezidenti Məsud Pezeşkianın kürəkəni Həsən Məcidi sentyabrın 18-də ölkənin Prezident Administrasiyası rəhbərinin icraçı köməkçisi vəzifəsinə təyin olunub. Proses.az bizim.media-ya…
SON DƏQİQƏ! Elman Paşayev HƏBS OLUNDU

SON DƏQİQƏ! Elman Paşayev HƏBS OLUNDU

Moskva Qarnizonu Hərbi Məhkəməsi külli miqdarda dələduzluqda şübhəli bilinən keçmiş vəkil Elman Paşayev barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.…
Bu maşınlar kəskin BAHALAŞDI – Satmaq üçün əla fürsətdir

Bu maşınlar kəskin BAHALAŞDI – Satmaq üçün əla fürsətdir

Ölkəmizdə son 1 il ərzində hibrid mühərrikli avtomobillərin qiymətində artım müşahidə olunur. Rəqəmlərə əsasən, 1 ədəd hibrid avtomobiln orta ixrac…
Zümrüd ARB-dən getdi, bu kanalda çalışacaq

Zümrüd ARB-dən getdi, bu kanalda çalışacaq

Aparıcı Zümrüd Bədəlova ARV TV-i ilə yollarını ayırıb. Proses.az axşam.az-a istinadən xəbər verir ki, bu haqda o, özü məlumat yayıb.…
Azərbaycanlı aktyora AĞIR İTKİ – FOTO

Azərbaycanlı aktyora AĞIR İTKİ – FOTO

Bakı Bələdiyyə teatrının aktyoru İlqar Musayevə ağır itki üz verib. Proses.az olay-a istinadən xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib.…
İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayevin həbsinin detalları məlum  olub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, İlqar Mustafayev iki…
Bu ərazidə hərəkət tam məhdudlaşdırılacaq

Bu ərazidə hərəkət tam məhdudlaşdırılacaq

19 sentyabr saat 06:00-dan etibarən Bakı şəhəri, Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində aparılacaq təmir işləri ilə…
Bakıda məşhur avtosalonun sahibi həbs edildi

Bakıda məşhur avtosalonun sahibi həbs edildi

Bakı şəhərində fəaliyyət göstərən məşhur “Dubai Cars” avtosalonlarının sahibi həbs edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1975-ci il təvəllüdlü Zaur…
Dünya Bakıda çəkilmiş bu görüntülərdən danışır: İnanılmazdır! – VİDEO

Dünya Bakıda çəkilmiş bu görüntülərdən danışır: İnanılmazdır! – VİDEO

Sosial şəbəkələrdə milyonlarla izləyicisi olan “Nas Daily” adlı dünyaca məşhur kontent yaradıcısının Azərbaycanla bağlı hazırladığı video gündəm olub. Proses.az Globalinfo.az-a…