• 14.09.2023 14:20

Marşala “qatilsən” dedi, azərbaycanlı gənclər küçədə bıçaqladı… – Bəstəkar Arif Məlikovun HƏYATI

Marşala “qatilsən” dedi, azərbaycanlı gənclər küçədə bıçaqladı… – Bəstəkar Arif Məlikovun HƏYATI

Dünən bəstəkar Arif Məlikovun doğum günü idi. O, 13 sentyabr 1933-cü ildə Bakı şəhərində anadan olub.

Musavat.com Sfera.az-a istinadən dahi bəstəkarla bağlı maraqlı məlumatları təqdim edir.

Məlikov 1960-cı ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını Qara Qarayevin bəstəkarlıq sinfi üzrə bitirib. Həmin ildən orada dərs deməyə başlayıb və ömrünün sonuna kimi Dövlət Konservatoriyasında professor, o cümlədən bəstəkarlıq kafedrasının müdiri kimi çalışıb. Yazdığı ilk böyük əsəri – “Məhəbbət Əfsanəsi” baleti ona dünya şöhrəti qazandırıb.

Üzeyir Hacıbəyovu qarabaqara izləyən bəstəkar…

Məlikovun Ü.Hacıbəyovu ilk görüşü çox maraqlı olub. Belə ki, Asəf Zeynallı adına musiqi məktəbində oxuyan zaman Məlikov küçədə təsadüfən Üzeyir Hacıbəyovu görüb. 15 yaşlı gənc bəstəkarın arxasınca qarabaqara gedib. Gözlərini Hacıbəyovdan ayırmayan Arif yolda kiməsə toxunub və “korsan?” sualını eşidib. O günləri bəstəkar belə yada salıb: “Mən kor deyildim, görürdüm, mən canlı Hacıbəyovu görürdüm”.

“Hansısa güc məni vadar etdi ki, Nazim Hikmətə yaxınlaşım və…”

Bəstəkarın Nazım Hikmətlə yaxın dostluğu var idi.  Övladından ayrı düşmüş şair Arifi oğlu Mehmet qədər sevirmiş. A.Məlikov müsahibələrinin birində belə deyib:

“1958-ci il idi. O zaman mən cavan bir oğlan idim. Hansısa gözəgörünməz güc məni vadar etdi ki, Nazim Hikmətə yaxınlaşıb, əsərinə musiqi bəstələmək istədiyimi deyim. İndinin özündə də baş aça bilmirəm ki, o güc mənə hardan gəlmişdi? Nazim Hikmətin gəncliyin fövqəladə gücünə böyük inamı vardı. Mənə olan münasibəti də bu inamdan qaynaqlanırdı. Get-gedə isnişdik, doğmalaşdıq, məni oğul gözündə gördü. İndinin özündə də dərin təəssüf hissi ilə xatırlayıram; Moskvaya növbəti səfərim zamanı ona bir az gec zəng etmişdim. Bunu biləndə ürəyinin ağrısı tutmuşdu. Ziyarətinə gec getdiyim üçün ərklə “Səni oğul sayıram, amma sən bir telefon zəngini də qıymırsan mənə” – deyib məni tənbeh etdi. İstənilən vaxt bağına gedib-gələ bilmək səlahiyyətim var idi. Birlikdə kabab çəkər, arxayınlıqla deyib-gülərdik. Bəzən türk kababını özü hazırlayardı”.

Nazim Hikmətin librettosu əsasında yazdığı ilk böyük əsəri — “Məhəbbət Əfsanəsi”si Arif Məlikova böyük şöhrət qazandırdı. Baletə böyük həyəcanla baxan Nazim Hikmət tamaşadan sonra jurnalistlərə verdiyi müsahibələrinin birində belə söyləyib: “Arif Məlikov mənə deyəndə ki, “Məhəbbət əfsanəsi” baleti yazmaq istəyirəm, çox şad oldum. Bu gün gördüklərim təsdiqlədi ki, mən nahaq yerə sevinməmişəm. Bir daha əmin oldum ki, balet muzey incəsənəti deyil, bu, müasir incəsənətdir”.

Deputatlığa görə bıçaqlanıb, marşala “Sən qatilsən!” deyib…

Məlikovun başına qəribə hadisələr də gəlib. Hər zaman açıqsözlü olan bəstəkar 1990-cı il 20 Yanvar hadisələrindən sonra, Ali Sovetin deputatı olan zaman SSRİ Ali Sovetinin tribunasına çıxaraq, marşal Yazova “Sən qatilsən!” deyib. Bu barədə o, müsahibələrində belə deyib:

“Mən Qorbaçova çox söz demişəm. Təbii ki, təhqir etmişəm. SSRİ Ali Sovetinin tribunasına çıxıb dedim ki, Yazov, qatilsən… Dünyanın çox ölkələrində əsərlərim tamaşaya qoyulurdu, o cümlədən Rusiyanın böyük teatrlarında. Yəqin ona görə məni öldürə bilmədilər. Tanıdığım adamlar arasında elələri olub ki, kabinetində anasını da söymüşəm, özünü də. Mərkəzi Komitənin katibi olmasından belə qorxmamışam”.

“Bir də gördüm ki, köynəyim qan içindədir”

Məlikov hətta bir qrup gənc tərəfindən bıçaqlanıb. Bu isə deputatlıqdan imtina etmədiyinə görə baş verib: “Azərbaycanlılardan ibarət bir rup gənc mənə yaxınlaşdı ki, SSRİ Ali Sovetinin deputlığından imtina elə. Dedim: “Axı niyə?” Dedilər: “Biz onlarla qurtardıq”.

Dedim: “Biz də onlarla qurtarmışıq. Amma SSRİ Ali Soveti fikirlərimizi deməyə şərait yaradır”. Gənc oğlanın biri dedi ki, yox, biz belə istəyirik”. Dedim: “Yekə oğlansan, demaqoqluq eləmə, get işinlə məşğul ol”. Elə bu sözü demişdim ki, arxada dayanan gəncin biri döş qəfəsimin altına bıçaq soxdu. Bir də gördüm ki, ağ köynək qan içindədir. Barmağımı üstünə qoyub yavaş-yavaş aşağıda yerləşən poliklinikaya düşdüm. Nə isə, yaranı təmizlədilər. İndi də həmin bıçaq hadisəsindən bədənimdə nazik iz qalıb. Çünki bıçaq bədənimi kəsib doğramamışdı”.

Heydər Əliyev mənə dedi ki…

Ulu öndər Heydər Əliyev  də Arif Məlikovun yaradıcılığını yaxından izləyib, sevib… Bəstəkarın onunla çox maraqlı xatirələri var. Bunlardan biri də 1994-cü ildə ümummilli lider Heydər Əliyevin Arif Məlikovu özü ilə birlikdə Məkkə ziyarətinə aparması idi. Bəstəkar o zamanları belə xatırlayıb:

“Ziyarət zamanı Heydər Əliyev mənə dedi ki, Arif, bilirsən səni bura niyə gətirmişəm? İstəyirəm ki, sən buraları da görəsən və bunun təsiri altında bir simfonik əsər yazasan. Geri döndükdən sonra “Əbədiyyət simfoniyası”nı yazdım. Mən o əsəri Heydər Əliyevə həsr etdim. Təəssüf edirəm ki, “Əbədiyyət simfoniyası”nı dinləmək ona qismət olmadı. Həmin simfoniya o böyük insanın ildönümündə Filarmoniyada səsləndirildi”.

Bəstəkar 9 may 2019-cu ildə 86 yaşında vəfat edib.  O, I Fəxri Xiyabanda dəfn olunub.

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…