• 16.09.2023 10:42

Azərbaycanlıların soyqırımı Osmanlı arxivində

Azərbaycanlıların soyqırımı Osmanlı arxivində

Başbakanlık Osmanlı Arxivində 494/36 inventar nömrəsi ilə qorunan sənəd 12 avqust 1905-ci ildə silahlı erməni dəstələrinin Bakı şəhəri, Balaxanı kəndi, Şuşa və Ağdam şəhərlərində dinc müsəlman əhaliyə qarşı törətdikləri soyqırım və təxribatlardan bəhs edir.

Axar.az xəbər verir ki, bu barədə AMEA-nın Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Din və ictimai fikir” şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev qeyd edib.

Alim bildirib ki, sənəddə əks olunan məlumatlar Osmanlı Dövlətinin Tiflis Nümayəndəliyinin 6 sentyabr 1905-ci ildə Xarici İşlər Nazirliyinə göndərdiyi məlumatlar əsasında tərtib olunmuşdur:

“1905-ci il avqust ayında baş vermiş erməni təxribatları haqqında bəhs edən bu sənəd, müxtəlif vaxtlarda göndərilmiş dörd səhifəlik məktubdan ibarətdir.

Həmin məktubun əhəmiyyət kəsb edən bəzi hissələrini transliterasiya edilmiş şəkildə təqdim edirəm:

“…Ağustosun on ikinci günü Şuşada ermənilər, erməni məhəlləsində sakin müsəlmanlara birdənbirə hücumla cümləsini qətl etdikdən sonra qırx xanəli (ev) bir müsəlman qəryəsini (kənd) kamilən ihraq (yanğın törətmək) eyləmişlərdir…

…Ermənilər məhəll-i vəqayə (hadisə yeri) gələn güvernor (qubernator) Baranovskiyi dəxi cərh (yaralamaq) etmişlərdir. Müsəlmanlar məcruh (yaralanmış) olan güvernoru şəhrə nəql etmiş və bu haldan münfəil (təsirlənən) olan əhali ermənilərə müqabələyə başlamışdır…

…Ağustosun iyirmisindən bəri Şuşa şəhərində nisbətlə hali-sükut hökm-fərma isə də civar qəryələrdə (kənd) müsadəmət (qarşıdurma) davam etməkdədir. Məqtulin (qətlə yetirilənlər) və məcruhinin (yaralananlar) ədədi iki yüz təxmin olunduğu kimi ol miqdarda xanə (ev) muhtəriq (yanmış) olmuşdur…

…Nəfs-i Baküdə ağustosun iyirmi ikisinə qədər məqtulinin ədədi iki yüz yetmiş müsəlman və yüz otuz miləl-i müxtəlifə (digər dinlərin nümayəndələri) əfradından (şəxslər) ibarətdir…

…Cəraid-i məhəlliyənin (yerli qəzet) bəyanatına nəzərən Balaxanıda əsgər tərəfindən top istimal (istifadə) olunmuşdur…

…Şiə şeyxi Şuşadan “Ermənilər müsəlmanları qətliam ediyorlar, tədabir-i müqtəziyəyə (qəti tədbirlər) təvəssül (icra) ediniz” məalında (məzmununda) bir teleqrafnamə əxz eyləmişdir (qəbul etmişdir)… Ağdam ilə Şuşa arasındakı qırx kilometrlik teleqraf xəttinin təxrib (xarab) edildiyi zənn olunuyor…”

Sənəddən göründüyü kimi, erməni mütəşəkkil silahlı dəstələri planlaşdırılmış şəkildə Azərbaycanın müxtəlif şəhərlərində müsəlman azərbaycanlılara hücum edərək, qətliamlar və təxribatlar törədir, regionda mürəkkəb və qarışıq bir vəziyyət yaratmaqla öz mənfur və çirkin məqsədlərinə nail olmaq istəyirdilər. Hətta erməni cinayətləri o qədər böyümüşdü ki, hamiləri Rusiya Çarlığının təyin olunmuş qubernatoru Baranovskiyə hücum etməkdən belə çəkinmirdilər”.

DİGƏR XƏBƏRLƏR

Rəqsanəni “pul yağışı”na tutdular – VİDEO

Rəqsanəni “pul yağışı”na tutdular – VİDEO

Müğənni Rəqsanə İsmayılovanın məclisdə çəkilən görüntüsü diqqət çəkib. Gürcüstan toyunda iştirak edən müğənni sənətçinin oğlunun kirvəsi onu “pul yağışı”na tutub. Pulların…
Əməkdar artisti vəfat etdi – FOTO

Əməkdar artisti vəfat etdi – FOTO

Naxçıvanın Əməkdar artisti vəfat edib. Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Axundov Zöhrab Kəndli oğlu vəfat edib. Qeyd edək ki, o…
Vahid Əliyev Röyanı tənqid etdi: Atan soğan, anan sarımsaq… – FOTO

Vahid Əliyev Röyanı tənqid etdi: Atan soğan, anan sarımsaq……

Lent.az-ın müsahibi Əməkdar artist Vahid Əliyevdir. – Vahid müəllim, xəstəxanadan bir neçə gündür çıxmısız, özünüzü necə hiss edirsiz? – Pis…
Qurban ətindən kabab etmək olarmı? – Çoxlarını maraqlandıran cavab

Qurban ətindən kabab etmək olarmı? – Çoxlarını maraqlandıran cavab

Sabahdan Qurban bayramı başlayır. Proses.az  xəbər verir ki, Hicri-qəməri təqvimlə zilhiccə ayının 10-u, miladi tarixlə 6 iyun Qurban bayramı qeyd…
Faciəvi şəkildə ölən 4 gəncin FOTOSU – yenilənib

Faciəvi şəkildə ölən 4 gəncin FOTOSU – yenilənib

Xəbər verdiyimiz kimi, Baş Dövlət Yol Polisi İdarəsi Qazaxda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. Bu barədə…
84 yaşlı Xalq artisti bahalı maşınında GÖRÜNTÜLƏNDİ

84 yaşlı Xalq artisti bahalı maşınında GÖRÜNTÜLƏNDİ

Xalq artisti Niyameddin Musayev yeni videosu ilə diqqət çəkib. Milli.Az xəbər verir ki, 84 yaşlı müğənni bahalı avtomobilini idarə edərkən görüntülənib. Sözügedən anlar…
İlham Əliyev Qurban Bayramı münasibətilə paylaşım edib – FOTO

İlham Əliyev Qurban Bayramı münasibətilə paylaşım edib – FOTO

Prezident İlham Əliyev Qurban Bayramı münasibətilə paylaşım edib. Proses.az paylaşımı təqdim edir: “Hörmətli həmvətənlər! Sizi müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir,…
Azərbaycanda Qurban bayramı qeyd olunur

Azərbaycanda Qurban bayramı qeyd olunur

Azərbaycanda Qurban bayramı qeyd olunur. Nazirlər Kabinetinin qərarına əsasən bu il iyunun 6, 7-si Qurban bayramı günləri müəyyən edilib. Qafqaz…
Sabah Bakıda leysan yağacaq, şimşək çağacaq – XƏBƏRDARLIQ

Sabah Bakıda leysan yağacaq, şimşək çağacaq – XƏBƏRDARLIQ

Bakı və Abşeron yarımadasında iyunun 6-sı səhərdən 7-si gündüzədək fasilələrlə yağış yağacağı gözlənilir. Proses.az xəbər verir ki, bu barədə Milli…
Ərdoğan Paşinyanla telefonla danışdı

Ərdoğan Paşinyanla telefonla danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub. Bu barədə məlumatı Ermənistanın Nazirlər…
Nazirlik rəqs edən həkimlə bağlı ARAŞDIRMAYA BAŞLADI – RƏSMİ

Nazirlik rəqs edən həkimlə bağlı ARAŞDIRMAYA BAŞLADI – RƏSMİ

Sosial şəbəkələrdə mammoloq-radioloq Günel Qəmbərovanın rəqs etdikdən sonra müəyyən tibbi prosedurlar həyata keçirdiyinə dair görüntülər yayılıb. Maraqlıdır, bəs, həkimin bu…
Lerikdəki qətllə bağlı ŞOK DETALLAR – RƏSMİ

Lerikdəki qətllə bağlı ŞOK DETALLAR – RƏSMİ

Lerik Rayon Polis Şöbəsi və prokurorluq əməkdaşlarının birgə fəaliyyəti nəticəsində mayın 31-də itkin düşmüş Lerik şəhər sakini, 1990-cı il təvəllüdlü…
Azərbaycanda zorakılığa məruz qalan 74 yaşlı qadın öldü – saxlanılan var

Azərbaycanda zorakılığa məruz qalan 74 yaşlı qadın öldü –…

Gədəbəydə 74 yaşlı qadına qarşı törədilmiş zorakılıq və quldurluq cinayəti üzrə bir nəfər saxlanılıb. Proses.az xəbər verir ki, bu barədə…
Məşhur müğənni sərxoş vəziyyətdə saxlanıldı – Sürücülük vəsiqəsi əlindən alındı

Məşhur müğənni sərxoş vəziyyətdə saxlanıldı – Sürücülük vəsiqəsi əlindən…

Türkiyədə yol polisinin Beşiktaşda keçirdiyi reyd zamanı müğənni Fatma Turqutun avtomobili sərxoş vəziyyətdə idarə etdiyi ortaya çıxıb. BAKU.WS xəbər verir…
Bu xəstəxanaya baş həkim TƏYİN OLUNDU

Bu xəstəxanaya baş həkim TƏYİN OLUNDU

Sultan Mirzəliyev Babək Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsinə təyin olunub. Proses.az “Report”a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası səhiyyə…