- 21.09.2023 10:13
İki rayonda qaz olmayacaq
![İki rayonda qaz olmayacaq](https://proses.az/wp-content/uploads/2023/09/1695270669_resize-1.jpg)
“Azəriqaz” İstehsal Birliyi Oğuz və Balakən sakinlərinə müraciət edib.
“Azəriqaz”dan bildirilib ki, “Qaz İxrac” İdarəsinin sifarişi əsasında QPS-lərdə ölçü qovşaqlarının giriş və çıxışlarında quraşdırılmış istismara yararsız siyirtmələrin dəyişdirilməsi ilə bağlı bu gün saat 09:00-dan təmir işləri başa çatanadək “Oğuz (Yaqublu)” ölçü qovşağından və “Balakən 1 və 2 xətt” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri aparılan müddətdə Oğuz rayonun tam olaraq, Balakən rayonunun isə böyük hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.