• 29.09.2023 14:00

“Gələcəkdə ermənilər Azərbaycan şəhidlərinə rəhmət oxuyacaq” – siyasi şərhçi

“Gələcəkdə ermənilər Azərbaycan şəhidlərinə rəhmət oxuyacaq” – siyasi şərhçi

“Qarabağda Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi antiterror tədbirlərinin əsas səbəbi Zəngəzur dəhlizi ilə bağlı idi”.

Bu sözləri Musavat.com-a siyasi şərhçi Heydər Oğuz deyib.

 

Onun fikrincə, bir çox siyasi xadim və mütəxəssislər antiterror tədbirlərini şərh edərkən nədənsə bu amili görməzlikdən gəlirlər.

“Halbuki əsas məqsəd Zəngəzur dəhlizinin açılması istiqamətində ən mühüm keçid nöqtəsini maneələrdən təmizləmək idi. Son tədbirlərə İranın, Rusiyanın, Qərbin, ümumiyyətlə, dünya dövlətlərinin passiv reaksiyası bundan qaynaqlanırdı. Çünki bu layihənin həyata keçirilməsi bütün dünyanın maraqlarına uyğundur və Qarabağ ermənilərinin etirazları həmin marşrutun işə salınmasında ciddi maneə kimi dayanırdı. Təsadüfi deyil ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan antiterror tədbirlərindən sonra verdiyi bəyanatında Ermənistanı Zəngəzur yolunu açmağa çağırdı, əks halda o xəttin İrandan keçəcəyini diqqətə çatdırdı”, – Heydər Oğuz bildirib.

Bəs İranın iştirak edəcəyi, Çindən başlayıb Avropada tamamlanacağı düşünülən “Bir Yol, Bir Kəmər” nəqliyyat dəhlizinin Cənubi Qafqaz ayağı olan Zəngəzur dəhlizinin reallaşmasına Qərb ölkələri, xüsusilə ABŞ niyə razılıq verdi? Axı ABŞ və Böyük Britaniya kimi dövlətlər açıq şəkildə Çini və İranı özünün ən ciddi rəqibi olaraq elan edib və “Bir Yol, Bir Kəmər” layihəsinin reallaşmaması istiqamətində bir sıra addımlar atırlar. Üstəlik, Rusiya niyə özünü kənarda qoyan bu layihənin reallaşmasına təmkinlə yanaşır?

 

Bu sualları cavablandıran Heydər Oğuzun fikrincə, Zəngəzur dəhlizinin məqsəd və məramları barədə cəmiyyətdə yanlış təsəvvürlər var:

“Əvvəla, bu marşrutun Çinin “Bir Kəmər, Bir Yol” layihəsinə aid nəqliyyat dəhlizi ilə birbaşa deyil, dolayısıyla əlaqəsi var. Bilirsiniz ki, SSRİ hələ yeni dağılanda, konkret olaraq 1993-cü ildə Avropa İttifaqının təşəbbüsü ilə yeni bir layihə ortaya atıldı – “TRASEKA. Avropa-Cənubi Qafqaz-Orta Asiya Nəqliyyat Dəhlizi” anlamına gələn bu layihə 5 Orta Asiya, 3 Cənubi Qafqaz ölkəsinin iqtisadi cəhətdən Avropaya inteqrasiyasını nəzərə tuturdu. Daha sonra bu layihəyə Ukrayna, Türkiyə, Moldova, Balkan ölkələri də qoşuldu. Səhv etmirəmsə, həmin sazişə 1993-cü ildə Ermənistan da imza atmışdı. Ancaq Qarabağ problemi və Ermənistanla Azərbaycan arasında münaqişənin davam etməsi qonşu dövlətin əslində qurucusu olduğu bu layihədən kənarda qalmasını şərtləndirirdi. Qarabağ problemi həll olunmayana qədər Ermənistanın bu layihəyə aktiv şəkildə qoşulması da mümkün deyildi. Görünür, dünya dövlətləri artıq ermənilərin pozucu fəaliyyətindən bezdiyinə görə məsələnin kökündən həllinə seyrçi qalmağa razılıq veriblər”.

Həmsöhbətimiz onu da qeyd edib ki, 1993-cü ildə ortaya atılmış TRASEKA layihəsinə Çin 2013-cü ildə qoşulub:

“Yəni 21 ildən sonra. Çin lideri Si Cinpinin 2013-cü ildə Qazaxıstana səfəri zamanı bəyan etdiyi “Bir Yol, Bir Kəmər” layihəsi ilə bu prosesə qoşulması əslində Qərb ölkələrini də sevindirmişdi. Çünki layihə ortaya atıldıqdan sonra onun rentabelliyi mübahisələndirilməyə başlanmışdı. Rusiyanın özündən yan keçən bu layihənin baş tutmaması üçün Orta Asiya ölkələrinin inkişafına mane olması, TransXəzər enerji xəttinin reallaşmasına açıq-aşkar qarşı çıxması istər-istəməz TRASEKA layihəsinin də əhəmiyyətini azaldırdı. Çinin prosesə qoşulması ilə bu problem ortadan qalxdı. Bu baxımdan layihəni Çinin layihəsi adlandırmaq doğru deyil. Layihə əslində Avropa İttifaqına aiddir və uzun illərdən sonra Çin bu layihəyə qoşulmaqla sadəcə onun rentabelliyini artırıb”.

 

İranın 2019-cu ildə TRASEKA layihəsinə qoşula biləcəyini açıqladığını xatırladan Heydər Oğuzun fikrincə, ortada narazı olan yeganə ölkə Rusiya qalmışdı: “Çünki bu nəqliyyat dəhlizi ilk növbədə Rusiyanı təcrid etmək məqsədi daşıyırdı. Amma ötən il başlayan Ukrayna savaşından sonra bütün Avropa ölkələrinin Rusiya ilə hava, su, quru əlaqələrini bağlaması onu da faktiki olaraq bu dəhlizə ümid yeri kimi baxmağa vadar etdi. Ona görə ki, Rusiyanın hazırda Qərbə açılan yeganə qapısı Azərbaycandan keçib Türkiyəyə qədər uzanan dəmir yolu xəttidir”.

İrana gəlincə, Heydər Oğuz Hindistanda keçirilən son G-20 sammitində Tehranın da başqa ümidlərinin qalmadığını vurğulayıb: “Çünki İran Hindistandan başlayıb İran-Ermənistan-Gürcüstan xəttilə Qara dənizinə çıxan Baharat (ədviyyat) yoluna ümid bağlamışdı. Hindistan sammitində isə alternativ marşrut üzərində anlaşma sazişi bağladı. Bu sazişə görə, Yeni Baharat yolu Hindistan-BƏƏ-Səudiyyə Ərəbistanı-İordaniya-İsrail-Yunanıstan üzərindən çəkiləcəkdi. Üstəlik, İraqdan keçib Türkiyəyə açılan bir başqa alternativ də var və bu marşrut üzərində də ciddi işlər gedir. İranın bu zamana qədər “qırmızı cizgisi” hesab etdiyi Zəngəzur xətli Cənub-Şimal marşrutu ətrafında isə ciddi müharibə gedir. Heç bir ciddi dövlət və şirkət bu cür münaqişənin getdiyi marşrut üzərindən nəqliyyat dəhlizinə etimad göstərə bilməz.

Üstəlik, istər TRASEKA, istərsə də Baharat yolunda əsasən dəmir yoluna üstünlük verilir. İranın Türk dünyasını təcrid edəcəyini düşündüyü Ermənistan-Gürcüstan xətli Cənub-Şimal dəhlizində isə dəmir yolu yoxdur və çəkilməsi də müşküldür. Çünki bu xətt dolanbac dağ yollarından və ya 10 km-lərlə uzanan tunellərdən keçməlidir. Bu isə xərcin borcu ödəmədiyi planlaşdırma tələb edir və marşrutun rentabelliyini azaldır. Halbuki, Azərbaycanın İrana təklif etdiyi daha qısa dəmir yolu xətti var və bu yol həm şimala, yəni Rusiyaya, həm də Qərbə, yəni Gürcüstanın Poti limanına uzanır. Üstəlik, İrandan Türkiyəyə, Türkiyədən Avropaya çıxış imkanı da var. Məhz bu səbəbdən Rəcəb Tayyib Ərdoğan Baharat yolu barədə danışarkən “Türkiyədən keçməyən heç bir yol mümkün deyil” demişdi”.

Siyasi şərhçinin iddiasına görə, əslində 2020-ci ildən etibarən İranın ermənipərəst kəsilməsinin səbəbi heç də ermənilərə duyduğu böyük məhəbbətdən irəli gəlmirdi: “Onun məqsədi Yeni Baharat yolunda olduğu kimi, bu gün bir çoxumuzun “Yeni İpək yolu” adlandırğımız TRASEKA nəqliyyat dəhlizi üzərində də tranzit ölkə haqqı qazanmaq idi. Bunun üçün Ermənistan təcrid olunmalı və yenidən oyundankənar vəziyyətə salınmalı idi. Ona görə də İran erməniləri qızışdırır, Azərbaycanla perspektivsiz savaşa sürükləyir və “Qırmızı cizgi”, “şirin quyruğu” bəhanələri ilə Ermənistanı dəstəkləyirdi. Bir çox ermənilər də Tehranın bu məkrli siyasətinə inanır, özləri də bilmədən ölkələrini bədbəxtliyə sürükləyirdilər. Amma təbii ki, ermənilərin də Avropaya inteqrasiyasında maraqlı olan və məhz həm də bu səbəbdən TRASEKA layihəsini ortaya atan Qərb dövlətləri, o cümlədən ABŞ bu məkrli siyasətin fərqində idilər və yeri gəldikcə, Paşinyana hansı təhlükə ilə qarşı-qarşıya qaldıqlarını izah edirdilər”.

Qərb dövlətlərinin təlqinləri ilə Paşinyanın da artıq “haqq yoluna” gəldiyini düşünən siyasi şərhçi İrəvanın Brüssel və Praqa görüşlərində Azərbaycanın ərazi bütövlüyünü tanımasını da bu amillə izah edir. Onun fikrincə, Paşinyan bu bəyanatları verməklə həm İranın, həm də Rusiyanın planlarını pozmağa çalışırdı və Putinin özü də bunu gizlətmir: “Ermənistan baş naziri sonunda başa düşdü ki, köhnə himayədarlarının planları əslində Ermənistanın son tikəsini də əlindən almaqdır. Odur ki, erməni-Türk münaqişəsini bitirməyə, Türkiyə vasitəsilə Avropaya, Azərbaycan vasitəsilə ilə isə Orta Asiyaya bağlanmağa qərar verdi. Onun Zəngəzur dəhlizi məsələsində yeganə iradı həmin xəttin öz suverenliyi altında olmasıdır. Çünki 9 noyabr 2020-ci ildə bağlanan üçtərəfli bəyanata görə, həmin dəhliz Rusiyanın ixtiyarında olmalıdır. Bu isə faktiki olaraq Ermənistanı mənfəətdən məhrum edir və tranzit haqqını Rusiyaya qazandırır”.

 

Paşinyanın bu məsələdə haqsız olmadığını düşünən Heydər Oğuzun fikrincə, Rusiyanı və qismən İranı bölgədən kənarlaşdırmaq məqsədi daşıyan TRASEKA layihəsinə qoşulması üçün İrəvanı ciddi sınaqlar gözləyir:

“O, ilk növbədə Rusiyanın hərbi qüvvələrini öz ölkəsindən çıxarmalı, Moskvaya və Tehrana bağlı qüvvələri zərərsizləşdirməlidir. Əks halda, Paşinyan hakimiyyətinin özü devrilə və Ermənistan bu layihəyə qatılmaq imkanını tamamilə itirə bilər. Halbuki, 1993-cü ildə TRASEKA layihəsi qəbul ediləndə Ermənistanın da bu prosesə qoşulması nəzərdə tutulurdu. Hazırda isə Cənubi Qafqazın iki ölkəsi – Azərbaycan və Gürcüstan Bakı-Tblisi-Qars dəmir yolu, TANAP, Bakı-Ceyhan enerji xətləri ilə faktiki bu layihənin içindədirlər. Orta Asiya-Avropa arasında ticarət həcmi artıqca Bakı və Tblisi bu xətləri daha da genişləndirə bilərlər. Belə olan təqdirdə isə uduzan tərəf yenə İrəvan olacaq. Bu baxımdan Azərbaycanın istər 2020-ci ildə, istərsə də indi Qarabağda apardığı hərbi tədbirlər nəticə etibarilə İrəvanın da maraqlarına xidmət edirdi. Yəqin ki, gələcəkdə erməni tarixçiləri bu əməliyyatlara görə Azərbaycan xalqına və onun şəhidlərinə rəhmət oxuyacaq, öz ölənlərini isə lənətləyəcəklər”.

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…