• 09.10.2023 13:00

Dünyada, xüsusilə də Cənubi Qafqazda siyasi-hərbi vəziyyətin gərgin olduğu dönəmdə Azərbaycanın dövlət başçısı İlham Əliyevin qonşu Gürcüstana səfər etməsi, baş nazir İrakli Qaribaşvili ilə görüşməsi həm tarixi baxımdan, həm də çağdaş dövrün tələbləri prizmasından çox əhəmiyyətlidir.

Bu, ilk növbədə onu göstərir ki, olduqca gərgin bir geosiyasi platformada yerləşən Azərbaycan və Gürcüstan dövlətləri və xalqları arasındakı dostluq, qardaşlıq əlaqələri güclənir və möhkəmlənir. Belə görüşlər ölkələrimizin arasındakı problemlərin sıfır həddində qalmasını təmin edir, ölkələrin bir-birinə daha yaxın olmasına xidmət göstərir.

_106936234_0ed67b92-5dbb-4717-a84e-2922b8b64f26.jpg (97 KB)

Yadınızdadırsa, 5-6 il öncə hansısa məkrli mərkəzlərin təhriki ilə bir qrup naməlum mənşəli millətçi aktivistlər Azərbaycan-Gürcüstan sərhədindəki bir məbədə görə iki ölkə və xalq arasına nifaq salmaq istəyirdilər. Ancaq həm Gürcüstan rəhbərliyinin, həm də Azərbaycan hökumətinin birgə və ağıllı səyləri ilə həmin süni problem sakitcə həll edildi – necə deyərlər, kərə yağından qıl çəkən kimi bir şey oldu.
Ortaya səpilən nifaq toxumu ona görə cücərmədi ki, birincisi, Azərbaycan və Gürcüstan dövlətlərinin rəhbərliyi məsələyə rasional düşüncə ilə, haqq və ədalət prizmasından yanaşdılar və heç biri yanğın üstünə körüklə getmədi, ikincisi, xalqlarımız arasında tarixən mövcud olan mehriban qonşuluq və dostluq münasibətləri öz sözünü dedi. Biz heç zaman etnik-milli zəmində qonşularla münaqişənin tərəfdarı olmamışıq. bizə uzadılan əli hər zaman tutmuşuq, gürcülər də elə edib deyə, qarşılıqlı anlaşma həmişə yüksək səviyyədə olub.

Ermənilərlə münasibətimizin bəlli durumuna bu məsələdən yanaşsaq, problemin hansı tərəfdən qaynaqlandığını çətinlik çəkmədən təsbit etmək olar. Yəni biz qonşulara münasibətdə problemli toplum olsaydıq, onlara qarşı məkrli planlar qursaydıq, bu özünü gürcülərə münasibətdə də göstərərdi. Çünki biz əsrlərdir gürcülərlə də iç-içə yaşayırıq. Xeyli soydaşımız Gürcüstanın Borçalı mahalında yaşayır, eyni zamanda ölkəmizin şimal-qərb zonasında etnik gürcülərin icmaları var. Bu birgə yaşayış ötən əsrin 90-cı illərində ifrata varmış millətçilik dalğasına mətanətlə tab gətirdisə, demək, bundan sonra qarşılıqlı anlaşmaya, dinc, yanaşı yaşayışa elə bir ciddi təhlükə yoxdur.

Samtskhe-Javakheti_region_in_Georgia.svg.png (42 KB)

Eyni optimizmlə Gürcüstanda yaşayan ermənilərlə gürcülərin münasibəti xüsusunda danışmaq mümkün deyil. Hər ikisi eyni dinə mənsub olsa da, ermənilərlə gürcülərin arasında müəyyən nifaq ocaqları var, xüsusilə də Cavaxetiya bölgəsi zaman-zaman barıt çəlləyini xatırladır. Sadəcə, ermənilər Qarabağ məsələsini öz xeyirlərinə həll etmədən Cavaxetiyada gürcülərlə açılışmaq, yeni bir separatizm hərəkatı başlatmaq istəmədilər.

Yeri gəlmişkən, Gürcüstanda separatizm hərəkatına başlayaraq, Gürcüstan dövlətçiliyinə zərbə vurmayan yeganə kompakt toplum Azərbaycan türkləri oldu. Osetinlər də, abxazlar da, bir ara acarlar da Gürcüstanı ”milli mənzillər”ə parçalamaq təşəbbüsü göstərdilər, ona görə də hazırda Gürcüstan sovet dövründə olduğu qədər parlaq tərəqqidə deyil.

Azərbaycan öz qonşusunun dar ayaqda olmasından sui-istifadə etmədi, onun ərazi bütövlüyünü daima qeyd-şərtsiz dəstəklədi. Hətta 2008-ci ildə Gürvüstan Rusiya tərəfindən ciddi basqılara, blokadaya, hətta işğala məruz qaldığı vaxt bu ölkəyə çoxtərəfli yardımlar göstərdi. Bunu eks-prezident Mixail Saakaşvili azı 7-8 dəfə müxtəlif tribunalarda dilə gətirib.

şeavrali.jpg (5 KB)

Yəni Azərbaycan dövləti Gürcüstana münasibətdə mehriban qonşuluq prinsiplərinə daima riayət edib və onun müsbət qarşılığını görüb. Bu münasibətlərin bünövrəsi hələ ötən əsrin əvvəllərində qoyulsa da, sovet dövründə Ulu Öndər Heydər Əliyev və Eduard Şevardnadzenin dostluğu Gürcüstan-Azərbaycan münasibətlərinin yüksək səviyyə çatmasına əməli töhfə verib. Onlar SSRİ dövründə bir-biri ilə sıx təmasda olublar, ittifaq rəhbərliyində Cənubi Qafqazı birlikdə təmsil ediblər.

Cənubi Qafqazda qalıcı sülhün hələlik tam bərqərar olunmadığı bir dönəmdə Gürcüstan ən yaxın və ən etibarlı limandır. Ermənistan və Azərbaycan rəhbərliyi öz problemlərini oturub müzakirə etmək üçün dünyanın o başındakı paytaxtlara getmək zəhmətinə qatlaşmaya bilərlər, rəsmi Tiflis bu görüşlər üçün optimal şərait yaratmaq niyyətini dəfələrlə izhar edib. Azərbaycan tərəfi bu təşəbbüsü məmnunluqla qarşılayıb. Yəqin ki, yaxın vaxtlarda Azərbaycan və Ermənistan rəhbərliyinin görüşləri Gürcüstan paytaxtında keçiriləcək.

Cənubi Qafqazın bu iki ölkəsinin bir arada olması, anlaşması istər-istəməz Ermənistanı da “ümumi Qafqaz evi”nin sakini olmağa təhrik edəcək. Bu, Rusiyanın tərkibində muxtariyyat statusu olan digər Şimali Qafqaz xalqları üçün də cəlbedici mərkəz rolu oynamalıdır. Ümumilikdə planetin ən gözəl guşələrindən olan Qafqaz regionu həm turizm, həm faydalı qazıntılar, həm də kənd təsərrüatı baxımından unikal imkanlara sahib olmasıyla böyük tərəqqi potensialı daşıdğı üçün ona lazım olan ən böyük faktor sülh və əmin-amanlıqdır. Bu nailiyyət bütün Qafqazın çiçəklənməsinə səbəb ola bilər. Bunun etibarlı lokomotivi isə Azərbaycan və Gürcüstandır.

irakilham.jpg (307 KB)

Bu baxımdan Gürcüstan və Azərbaycan arasında əməkdaşlığın dərinləşməsi istiqamətində ciddi layihələr var. Azərbaycan Gürcüstanın yeni infrastruktur layihələrinin yaranmasında iştirak etməyə hazırdır. Bilindiyi kimi, dövlətimiz Anakliya limanı və Kulevi limanı əməkdaşlığını daha da gücləndirəcək. Bakı-Tbilisi-Qars dəmir yolunun yükdaşıma qabiliyyətinin 5 dəfədən çox artırılması da nəzərdə tutulur.

Ümumiyyətlə, Gürcüstan mehriban qonşuluq prinsiplərinə sadiq qalması ilə enerji resurslarının tranzitinin, eləcə də kommunikasiya xətlərinin öz ərazisindən keçməsindən çox faydalanır. Halbuki Ermənistan Azərbaycana qarşı məkrli siyasət yeritməsəydi, o xətlərin azı yarısı Ermənistan ərazisindən keçəcəkdi.

İndinin özündə ermənilər İqdır-Naxçıvan-Bakı yolunun Ermənistan ərazisindən keçməsinə aktiv müqavimət göstərməklə bu ölkə özünü daha bir transmilli layihədən kənarda qoyur. Gürcüstan isə bu cür layihələrdən öz milli mənafeyi üçün bacarıqla istifadə edir.

Bir sözlə, şair Səməd Vurğunun sovet dövründə məşhur olan bir şeirinin sözlərini xatırlayaq. O beləydi:

“Daha da birləşib olsunlar bir can,
Yoldaş Azərbaycan, hinger Hayastan.
Bir də amxanoqo qızıl Gürcüstan.

Budur, qızıl Gürcüstanla qızıl Azərbaycan bir yerdədir, Hayastan isə hələlik axmaqcasına “amxanoqo” olmaq istəmir.

DİGƏR XƏBƏRLƏR

Əri tərəfindən döyülən qadının görüntüsünü paylaşdı

Əri tərəfindən döyülən qadının görüntüsünü paylaşdı

Aparıcı Lalə Azərtaş həyat yoldaşı tərəfindən döyülən qadının görüntülərini yayıb. Proses.az axşam.az-a istinadən bildirir ki, aparıcı üzü döyülməkdən şişən və…
“Yaxşı ki, Fazil kimi atam var, ərimdən 1 manat belə istəməmişəm” – VİDEO

“Yaxşı ki, Fazil kimi atam var, ərimdən 1 manat…

Müğənni Aysun İsmayılova şəxsi həyatı barədə maraqlı açıqlamalar verib. Milli.Az xəbər verir ki , o, “Rəngarəng” verilişində etirafı ilə diqqət…
Türkiyəli gənc müğənni vəfat etdi – FOTO

Türkiyəli gənc müğənni vəfat etdi – FOTO

Türk musiqisinin gənc müğənnilərindən olan solist Duyğu Kiraz dünyasını dəyişib. Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni epilepsiya xəstəliyindən əziyyət çəkirdi.…
Qəribə OLAY: Mühafizəçi “Mall”da dava etdiyi adamın ayağını DİŞLƏDİ – VİDEO

Qəribə OLAY: Mühafizəçi “Mall”da dava etdiyi adamın ayağını DİŞLƏDİ…

Türkiyədə yaşan hadisə görənləri təəccübləndirib. Ölkənin Bursa şəhərində yerləşən alış-veriş mərkəzlərindən birində mühafizəçinin dava etdiyi anların görüntüləri yayılıb. Olayı qəribə edən…
50 minlik saatına toxunmaq istəyən Zaura görün nə dedi… – VİDEO

50 minlik saatına toxunmaq istəyən Zaura görün nə dedi……

Azərbaycanlı müğənninin lüks saatı efirdə müzakirəyə səbəb olub. Milli.Az xəbər verir ki, “Azad Azərbaycan” televiziyasında yayımlanan “Rəngarəng” verilişində Samir Abbasovun qızıl…
“Survivor”un iştirakçısı həbs ediləcək – FOTO

“Survivor”un iştirakçısı həbs ediləcək – FOTO

Paytaxtda maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisələrindən birinin görüntüsü yayılıb. Milli.Az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol…
İlham Bayramova yüksək vəzifə verildi

İlham Bayramova yüksək vəzifə verildi

İlham Bayramov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini təyin edilib. Proses.az xəbər verir ki, bu barədə “APA-Economics”ə Azərbaycan Dövlət…
22 yaşlı nişanlı qızın meyiti tapıldı – Türkiyə bu cinayəti müzakirə edir

22 yaşlı nişanlı qızın meyiti tapıldı – Türkiyə bu…

22 yaşlı tibb bacısının ölümü şübhə doğurub. Milli.Az ntv-yə istinadla bildirir ki, Samsunda 22 yaşlı Kübra Güner yatdığı yerdə qəfil…
ABŞ-də yaşayan azərbaycanlı jurnalisti ölümlə hədələdilər

ABŞ-də yaşayan azərbaycanlı jurnalisti ölümlə hədələdilər

ABŞ-də yaşayan jurnalist Qənirə Ataşovanı ölümlə təhdid edirlər. Proses.az xəbər verir ki, bu barədə o özü məlumat verib. Həmin məlumatı…
Ermənistanın yeni Daxili İşlər Naziri qadın oldu – FOTO

Ermənistanın yeni Daxili İşlər Naziri qadın oldu – FOTO

Ermənistan Daxili İşlər Nazirliyinə nazir müavini postunu tutan Arpin Sarkisyan rəhbərlik edəcək. Milli.Az xəbər verir ki, bu barədə baş nazir…
Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış

Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda səfərdə olmuş konqresmen Frenk Pallone…
“Kişilərin başında mikrofon sındırmışam” – “Niqulya xanım” ilə MÜSAHİBƏ

“Kişilərin başında mikrofon sındırmışam” – “Niqulya xanım” ilə MÜSAHİBƏ

Lent.az hamının “Tamara”, “Niqulya xanım” kimi tanıdığı məşhur müğənni Kəmalə Günəşlidən müsahibə alıb. Proses.az həmin müsahibəni təqdim edir: – Kəmalə xanım,…
Aİ-92 benzini və dizellə bağlı dəyişiklik

Aİ-92 benzini və dizellə bağlı dəyişiklik

Təbii qaz, Aİ-92 markalı avtomobil benzini və dizel yanacağının istehsalçı qiymətlərlə ölkə daxilində satışını həyata keçirən subyektlər tərəfindən enerji effektivliyi…
“Dedi ki, həbsdə tüpürcəyini udmadığı üçün ona vergi verilib”

“Dedi ki, həbsdə tüpürcəyini udmadığı üçün ona vergi verilib”

“Məşədi Dadaş” məscidinin imamı Əli Şərbətova sui-qəsd hazırlamaqda, məscidin xidmətçisinə xəsarət yetirməkdə ittiham olunan Elşən Hüseynovun məhkəməsi davam edir. “Qafqazinfo”nun…
Ərinin xəstəxanada tərk etdiyi Tünzalə Ağayevanın taleyi necə olacaq? (VİDEO)

Ərinin xəstəxanada tərk etdiyi Tünzalə Ağayevanın taleyi necə olacaq?…

Əri tərəfindən xəstəxanada tərk edilən qadın barəsində ARB TV-nin “Günə Son” verilişində ətraflı xəbər verilmişdi. Bildirilirdi ki, 24 həftəlik hamilə…