• 12.10.2023 10:45

Mason işi, “Mossad” izi

Mason işi, “Mossad” izi

 

Heç ola bilərmi ki, dünya miqyaslı bir hadisə baş versin, amma onun pərdəarxası təfərrüatları, gizlin, şübhəli məqamları olmasın və biz bir neçə min kilometr uzaqda ola-ola onları hamıdan dəqiq və hamıdan tez bilməyək.

Son 30 ildə belə bir şey görməmişəm. Dünyanın harasında nə baş verirsə, ilk bizə əyan olur. Birinci biz bilirik ki, heç də hər şey göründüyü kimi deyil, əslində məsələnin alt qatı var.

Göylərdən vəhy gəldiyindəndir, ya da çox oxumuşuq, analitik təfəkkürümüz itidir, ondandır, hər nədəndirsə, baş vermiş hadisənin məğzinə, mahiyyətinə dair ilk dəqiq təsbit bizimkilərdə olur.

Bura qədərki cümlələr sizə sarkazmlı göründüsə, elədir ki, var. Amma qəfildən yadıma 2001-ci ilin sentyabr ayının 11-də baş verən hadisə düşdü.

Bildiyiniz kimi, həmin gün təyyarə qaçıran terrorçular Nyu-Yorkdakı əkiz qüllələrə, Vaşinqtonda Pentaqonun binasına taran etmişdilər.

Bizdə axşam saat 5 radələri idi, redaksiyada oturub əkiz qüllələrə taran edən təyyarələrin törətdiyi böyük yanğından canlı yayın verən telekanallara baxırdıq. Daha dəqiqi, təyyarənin biri göydələnin birinə dəymişdi, ikinci taran hələ baş verməmişdi. Otaqda qızğın müzakirə gedirdi. Birdən əməkdaşlardan biri dedi ki, bu, bin Ladenin işi olacaq. Otaqdakıların çoxu o vaxtacan bin Ladeni tanımırdı. Hətta bir nəfər qayıdıb ona dedi ki, Billaden kimdir, hardan bilirsən. Əməkdaşımız sözünün qəribçiliyə salınacağından çəkinə-çəkinə dedi ki, 3 il əvvəl bin Ladenin adamları partladıcı maddə doldurulmuş yük maşınları ilə Nayrobidə və Dar-əs-Salamda ABŞ səfirliklərini partladıblar, 200-dən çox adam ölüb, bu da onun dəst-xəttinə oxşayır.

Qeyd edim ki, hələ ABŞ tərəfi silsiləvi terror aktlarına görə kimlərdən şübhələndiyini demirdi. Bu əsnada ikinci təyyarə də gəldi, qüllənin əkiz tayına dəydi, iş bitdi. Biz də bir az danışıb-danışıb, dağılışıb, getdik. Evə çatanda və yenidən hadisə yerindən canlı yayınlara tamaşa edəndə gördüm ki, bəli, artıq ad çəkilir, “bin Laden, bin Laden” deyirlər. Sonradan teraktlarda iştirak edənlərin hamsının – kamikadzelərin də, fitva verənlərin də, əməliyyata rəhbərlik edənlərin də adı birbəbir məlum oldu.

Vuran məlum, vurulan bəlli olduğu bir vaxtda tezliklə ortaya çıxdı ki, bu hadisənin pərdəarxası var. Onsuz olmaz axı. O da nə imiş? Terror aktlarını ABŞ özü törədibmiş, heç demə.

İmtahan üçün, bu gün kamera-miktorofon götürün, çıxın bir parka, indiki cavanlardan soruşmayın, onlar bilməzlər, amma gəlib-keçən daha yetkin adamlardan “Sizcə, ABŞ-da 11 sentyabr terrorunu kim törədib” deyə soruşun, azı 75 faizi “ABŞ özü törədib” deyəcək – özü də yüzdəyüz əminliklə. Bəziləri masonları da işə qatacaqlar və deyəcəklər, o hadisədə 3-4 min adam ölüb, amma içində bir yəhudi yoxdur.

Bu, ona görə belədir ki, sui-qəsd nəzəriyyəsi üzrə uzmanlar bir xeyli ölkədə intensiv təbliğat kampaniyası apararaq, o fikri milyonlarla insanın beyninə yeridiblər. İndi təsəvvür edin ki, yazıq ABŞ kəşfiyyatçıları 20-dən çox ərəb terrorçunu o təyyarələri qaçıqmaları, gətirib əkiz göydələnlərə çırpmaları üçün nə qədər dilə tutublar. Başqa necə olsun.

İndi də HƏMAS-ın hücum edərək bir neçə saatın içində 1000-dən artıq İsrail vətəndaşını qətlə yetirməsi hadisəsində “İsrailin öz izi”ni axtarırlar. Hətta ilk dəqiqələrdən “mos-mos” edənlər vardı, axırda “Mossad” dedilər. Hazırda onlar sual qoyurlar ki, necə olub, “Mossad” bunu əvvəlcədən bilməyib. Necə ola bilər, axı o “Mossad”dır, dünya ilə bir ad-sanı var. Bu sualdan sonra belə bir məntiqi nəticə çıxarılır: “Deməli, bu hücum İsrailə sərf edirmiş, bilə-bilə qarşısını almayıblar”. Daha sonra başqa bir məntiqi nəticə ortaya çıxır: “Deməli, hücumu İsrail özü təçkil edib”. Di get.

Təsəvvür edin, dünyanın o başında bir yəhudiyə bir şillə vurulanda dünyanı bir-birinə qatan İsrail 1000-dən çox vətəndaşını qurban verir ki, Qəzza sektorunu darmadağın etsin, cənubdan, şimaldan hücuma məruz qalsın, millət sığınacaqlara doluşsun, abad şəhərlər darmadağın olsun və sair və ilaxır. Belə şey ola bilərmi? “Ola bilər” deyənlər varsa, mən pəs.

P.S. Onu da deyim ki, 11 sentyabr hadisəsindən bir-iki gün sonra Üsamə bin Laden mütəkkəyə dirsəklənərək, qürur duya-duya əkiz qüllələrin onun əmri ilə vurulduğunu bəyan etdi, dedi, ABŞ-ı mən vurdum, lap əcəb elədim. Ancaq sui-qəsd nəzəriyyəçiləri bir qədər müqavimətdən sonra dedilər ki, bin Laden özü də ABŞ-ın adamıdır. Beləcə, o boyda haqq-hesab yenə də Ağ Evin üstündə qaldı.//musavat.com

DİGƏR XƏBƏRLƏR

Nazir şöbə müdirini sədr təyin etdi

Nazir şöbə müdirini sədr təyin etdi

Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Tural Əhmədov Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri təyin olunub.…
Tiktok Azərbaycanda bağlana bilər? – Deputat açıqladı

Tiktok Azərbaycanda bağlana bilər? – Deputat açıqladı

Bütövlükdə Tiktok da daxil olmaqla, heç bir sosial şəbəkənin bağlanmasının tərəfdarı deyiləm. Bağlamaq məsələni həll etmir. Proses.az bildirir ki, bu…
Xoşqədəm: “Baləli, məni əsəbləşdirmə, səni elə itirərəm ki,…”

Xoşqədəm: “Baləli, məni əsəbləşdirmə, səni elə itirərəm ki,…”

“Günaydın Azərbaycan” verilişində maraqlı anlar yaşanıb. Proses.az bakivaxti.az-a istinadən xəbər verir ki, proqramın aparıcısı Xoşqədəm Hidayətqızı Balaəliyə “Baləli, məni əsəbləşdirmə,…
“Kişinin xəyanət edən arvadının videosunu paylaşmağa haqqı yoxdur!”

“Kişinin xəyanət edən arvadının videosunu paylaşmağa haqqı yoxdur!”

Son illər qadın mövzusu medianın, sosial şəbəkənin gündəmindən düşmür. Vaxtaşırı qadın qətlləri, zorakılıq barədə acı xəbərlər yayılır, qadınların xəyanət videoları gündəm…
Xalq artistlərinin HALALLIQ DAVASI: “Zeynəb Xanlarova Ələkbər Tağıyevə dedi ki…”

Xalq artistlərinin HALALLIQ DAVASI: “Zeynəb Xanlarova Ələkbər Tağıyevə dedi…

“Mən ona çox əziyyət çəkmişəm, rusdilli idi, saatlarla tələffüzü üzərində işləyirdim”. Proses.az yenicag.az-a istinadən xəbər verir ki, bu sözləri xalq…
Azərbaycanda şok olay – Kişi arvadının evinə hamilə məşuqəsini gətirir

Azərbaycanda şok olay – Kişi arvadının evinə hamilə məşuqəsini…

ATV-də yayımlanan “Bizimləsən” verilişində gözlənilməz hadisə yaşanıb. Proses.az axşam.az-a istinadən xəbər verir ki, Nigar adlı qadın proqrama gələrək həyat yoldaşının…
Azərbaycanda tanınmış şair VƏFAT ETDİ – FOTO

Azərbaycanda tanınmış şair VƏFAT ETDİ – FOTO

Tanınmış şair Mətləb Məmmədoğlu 58 yaşında vəfat edib. Proses.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat yayılıb. Onun…
Culakyan Qarabağda qalan 30-40 ermənidən danışdı

Culakyan Qarabağda qalan 30-40 ermənidən danışdı

Xəbər verdiyimiz kimi, bu gün Ermənistan parlamentində Qarabağın Azərbaycanın tərkibində tanınmasına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsi müzakirə edilib.…
Azərbaycanda məşhur müğənni toyda dava saldı: Mikrofonu həmkarının başında qırıb

Azərbaycanda məşhur müğənni toyda dava saldı: Mikrofonu həmkarının başında…

“Əsəbləşəndə çox pis səbləşirəm”. Proses.az titul.az-a istinadla xəbər verir ki, bunu “Rəngarəng səhər”in efirində qonaq olan xanım müğənni Sevinc Sarıyeva…
Türkiyədə baş verən güclü zəlzələ anı kameraya düşdü – VİDEO

Türkiyədə baş verən güclü zəlzələ anı kameraya düşdü –…

Türkiyədə Mərmərə dənizinin Gəmlik körfəzində baş verən 5,1 bal gücündə zəlzələ Bursa və İstanbul başda olmaqla bir çox şəhərdə hiss…
Rusiya ordusunun generalı Ukraynada həlak oldu

Rusiya ordusunun generalı Ukraynada həlak oldu

Rusiya ordusunun daha bir generalı Ukraynada həlak olub. BAKU.WS TASS-a istinadən xəbər verir ki, bu barədə Voronej vilayətinin qubernatoru Aleksandr Qusev…
Erməni kilsələri fahişəxanaya çevrilib – Baqdasaryan

Erməni kilsələri fahişəxanaya çevrilib – Baqdasaryan

Moskvada 23 ildən çox işləmiş arxiyepiskop Ezras özünü keşiş kimi təqdim edib və bu ad altında Rusiyada reketçiliklə məşğul olan…
Hava bu tarixdən kəskin dəyişir – XƏBƏRDARLIQ

Hava bu tarixdən kəskin dəyişir – XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında dekabrın 5-i səhərdən 6-dək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir…
Balakəndə faciəvi şəkildə ölən Günayın FOTOları – tanınmış idmançı imiş

Balakəndə faciəvi şəkildə ölən Günayın FOTOları – tanınmış idmançı…

Keçən həftə Balakən rayonunda baş verən ağır yol qəzasında vəfat edən 26 yaşlı Günay İsmayılova barəsində yeni məlumatlar yayılıb. Proses.az…
Razidən saxta bəy və nikah xəbərlərinə reaksiya – VİDEO

Razidən saxta bəy və nikah xəbərlərinə reaksiya – VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün qalmaqallı model Razi Əliyeva (Raziyyat) Nicat adlı bəyə ərə gedib.  Proses.az bizim.media-ya istinadən xəbər verir…