- 13.10.2023 12:13
Türkiyə Qəzzaya humanitar yardım göndərib
![Türkiyə Qəzzaya humanitar yardım göndərib](https://proses.az/wp-content/uploads/2023/10/3e39a1bf-288b-3a9b-9d1a-29a498e87b60_850.jpg)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişinə əsasən, Türkiyədən Qəzzaya humanitar yardım yola salınıb.
PROSES.AZ Türkiyə KİV-nə istinadən xəbər verir ki, humanitar yardım Misir üzərindən Qəzzaya göndəriləcək.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. İsrail ordusu “müharibə hazırlığı vəziyyəti” elan edib və cavab olaraq “Dəmir Qılınclar” əməliyyatına başladığını bildirib.