- 16.10.2023 16:48
Bayden İsrailə GEDİR
![Bayden İsrailə GEDİR](https://proses.az/wp-content/uploads/2023/10/69732d9262b11de3424518285d6f755a.jpg)
ABŞ Prezidenti Cozef Bayden sabah, oktyabrın 17-də İsrailə səfər edəcək.
PROSES.AZ xəbər verir ki, bu barədə İsrail KİV-i məlumat yayıb.
Birləşmiş Ştatlar liderinin İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşü gözlənilir.
C.Baydendən əvvəl ABŞ-nin dövlət katibi Antoni Blinken və müdafiə naziri Lloyd Ostin də İsrailə səfər edib.
Xatırladaq ki, B.Netanyahu daha əvvəl C.Baydeni ölkəsinə səfərə dəvət etmişdi.