• 23.10.2023 13:26

Fransa Ermənistanın başına torba tikir – Maşa dövləti təhlükədə

Fransa Ermənistanın başına torba tikir – Maşa dövləti təhlükədə

Fransa Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalda saxlanıldığı 30 illik dövrdə də,  Azərbaycanın mütləq zəfəri, Ermənistanın isə biabırçı kapitulyasıyası ilə bitən 2-ci Qarabağ müharibəsində də öz kiçik bacısı Ermənistanın yanında idi.  Bu kapitulyasiya təkcə Ermənistanın deyil, həm də onun müttəfiqlərinin biabırçı məğlubiyyətini rəsmiləşdirirdi. Kapitulyasiyadan keçən 3 illik dövrdə də Fransa  öz ədalətsiz və məkrli oyunlarından əl çəkmədi. Hər vasitə ilə Azərbaycanın Müzəffər Ali Baş Komandanı İlham Əliyevin də dediyi kimi artıq gorbagor olmuş “status” məsələsini gündəmdə saxlamağa çalışdı. Müxtəlif üsullarla separatçılara dəstək olmağa çalışdı. Amma bu dəfə də Azərbaycanın mütləq iradəsi qarşısında məğlub duruma düşdü. Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə ordumuzun həyata keçirdiyi  1 günlük antiterror tədbirləri nəticəsində Xankəndidə özlərini “dövlət” adlandıran qondarma qurunun qondarma “rəhbər”ləri ağ bayraq qaldırdılar.

Bütün planlarının baş tutmadığını görən Fransa bu dəfə daha böyük səhfə yol vermək astanasındadır.

Dünən Fransanın müdafiə naziri Sebastyan Lekornu bildirib ki, Fransa və Ermənistan İrəvan tərəfindən fransız silahlarının alınmasına dair razılaşma imzalayacaq.

“Biz Ermənistan Respublikasının fransız istehsalçılarından müəyyən miqdarda silah almasını rəsmiləşdirəcəyik”, – deyə o bildirib.

Yəqin ki Fransanı idarə edən şəxslər hələ də 21-ci əsr olduğunu dərk edə bilmir. Artıq müstəmləkəçiliyin başa çatdığını qəbul etmir. Afrikadakı müstəmləkələrini bir-bir itirən, azad yaşamaq istəyən Afrika xalqları tərəfindən rədd edilən, Afrikadan qovulan Fransa indi də neokolonizalizm yolu ilə və Ermənistanın vasitəçiliyi ilə  Cənubi Qafqazda möhkəmlənməyə çalışır. Bütün bu cəhtlərə baxmayaraq Fransa Afrikadan qovulduğu kimi Cənubi Qafqazdan da qovulacaq.

Fransanın Ermənistanı silahlandırması regionda sülh üçün heç nə vəd etmir. Bu siyasət birbaşa Azərbaycan üçün təhdiddir. Fransanın belə siyasət yürürtməsinə cavab olaraq, demək olar ki Fransa-Azərbaycan əlaqələri dondurulub, bütün təmaslar dayandırılıb.

Afrikada mövqelərini itirən Fransa düşünür k, bu itirilmiş mövqeləri əvəz etməyin ən yaxşı yolu son illər Rusiya ilə münasibətləri heç də, yaxşı olmayan, Gürcüstan və Ermənistanda möhkəmlənməkdir. Bu iki ölkənin Aİ ilə yaxınlaşmaq istəməsi cəhtini fürsət bilən Fransa bölgədə öz nüfuzunu yaymağa çalışır. Lakin Fransa unutmamalıdır ki, onların nə Gürcüstanda, nə Ermənistanda güclənməsinə imkan verilməyəcək

Bir məsələni də Xüsusi vurğulayaq ki Qərbi və xüsusilə də Fransanı bölgəyə gətirmək cəhdi Ermənistana baha başa gələcək, Çünki regionun iki böyük dövləti, Ermənistan uğrunda gizli mübarizə aparan İran və Rusiya bunu bağışlamayacaq. Bu gedişlə Ermənistanı Suriya və Ukraynanın aqibəti gözləyir. Ermənistan dövlətçiliyi artıq sual altındadır, bu təzyiqlər altında Ermənistan müstəqil dövlət kimi yaşaya bilməyəcək.

Bu gün nə Azərbaycan nə də Türkiyə Ermənistan üçün təhlükə deyil. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və istəyinə nail olub. Ermənistanın 30 illik “məğlubedilməzlik” mifini darmadağın edib. Artıq Ermənistanın Azərbaycanla mübarizə aparmaq üçün nə gücü, nə resusu nə də iradəsi qalmayıb.

Amma bu gün əlində olanların çoxunu itirən Ermənistan bunlara da kifayətlənmir.  Yürütdüyü bu Fransa yönümlü siyasəti ilə öz dövlətçiliyini də itirməyə doğru gedir.

Erəmənistan unutmamalıdır ki həm ABŞ, həm Fransa, həm də Aİ Ermənistana dəstək olmaq üçün yox,  bölgədə möhkəmlənmək üçün Ermənistanı istifadə etməyə çalışır. Lakin İran və Rusiyanın təzyiqləri qarşısında nə ABŞ, nə Fransa, nə də Aİ missiyası Ermənistana kömək edə bilməyəcək. Ermənistanın xilası öz əlindədir. Xilas yolu isə Azərbaycanın şərtlərini qəbul etmək və sülh müqaviləsi imzalamaqdan keçir.

 

Rəhman Bayramov

Proses.az

DİGƏR XƏBƏRLƏR

İstanbuldakı zəlzələ Azərbaycana təsir edə bilər? – Qurban Yetirmişlidən AÇIQLAMA

İstanbuldakı zəlzələ Azərbaycana təsir edə bilər? – Qurban Yetirmişlidən…

Xəbər verdiyimiz kimi, qardaş ölkə Türkiyənin İstanbul şəhərində bugün ard-arda bir neçə zəlzələ baş verib. Bəs bu zəlzələnin davam etməsi gözlənilir? …
Bu şəxslər üçün pulsuz göz əməliyyatı olacaq – RƏSMİ

Bu şəxslər üçün pulsuz göz əməliyyatı olacaq – RƏSMİ

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümü münasibətilə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Oftalmologiya şöbəsinin müdiri,…
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI

Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI

Bakıda məşhur şadlıq evləri havaya normadan artıq tullantı atması səbəbindən cərimələnib. Proses.az redaktor.az-a istinadən xəbər verir ki, bu barədə Ekologiya…
Azərbaycanlı rejissor vəfat etdi – FOTO

Azərbaycanlı rejissor vəfat etdi – FOTO

Rejissor Nicat Rzazadə vəfat edib. Proses.az xəbər verir ki, rejissor Nicat Rzazadə bu gün dünyasını dəyişib. Onun ölümü barədə məlumat…
İstanbulda zəlzələ anı – Canlı yayımda studiya belə silkələndi – VİDEO

İstanbulda zəlzələ anı – Canlı yayımda studiya belə silkələndi…

Xəbər verdiyimiz kimi bu gün İstanbulda zəlzələ olub. Milli.Az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir. Baş verən zəlzələ canlı…
Ərdoğan zəlzələyə görə xalqa müraciət etdi

Ərdoğan zəlzələyə görə xalqa müraciət etdi

Xəbər verdiyimiz kimi bu gün İstanbulda 4 güclü zəlzələ baş verib. Proses.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayip Ərdoğan…
SON DƏQİQƏ! GÜCLÜ ZƏLZƏLƏ İstanbulu SİLKƏLƏDİ: İNSANLAR KÜÇƏLƏRDƏ… – VİDEO

SON DƏQİQƏ! GÜCLÜ ZƏLZƏLƏ İstanbulu SİLKƏLƏDİ: İNSANLAR KÜÇƏLƏRDƏ… –…

İstanbulda bir-birinin ardınca iki zəlzələ qeydə alınıb. Musavat.com xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb. Hazırda zəlzələlərin gücü və…
Zaur Kərimov istefa verdi

Zaur Kərimov istefa verdi

Qida Təhlükəsizlik Agentliyinin Bakı Regional bölməsinin rəisi vəzifəsindən istefa verib. Proses.az Manset.az-a istinadən xəbər verir ki, qurumun Bakı Regional bölməsinin…
Zeynəbi öldürüb quyuya atdılar – Azərbaycanda dəhşətli cinayət

Zeynəbi öldürüb quyuya atdılar – Azərbaycanda dəhşətli cinayət

Naxçıvanda quyudan meyiti tapılan 75 yaşlı qadının qətlə yetirildiyi məlum olub. Hadisəni törətməkdə şübhəli bilinən Aypara Əsgərova saxlanılıb. Saxlanılan qadının Zeynəb…
Məhkəmə Səfixanovanı tapa bilmir- 18 nəfər hakimdən şikayət yazdı TƏFƏRRÜAT

Məhkəmə Səfixanovanı tapa bilmir- 18 nəfər hakimdən şikayət yazdı…

Sumqayıtda qadın 18 nəfərə qarşı dələduzluqda ittiham olunaraq məsuliyyətə cəlb edilib. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Musavat.com xəbər…
“Pişik Günel”dən atası haqda: “Məni oğurlamaq istəyirdi” – VİDEO

“Pişik Günel”dən atası haqda: “Məni oğurlamaq istəyirdi” – VİDEO

Müğənni Günel Ələkbərova qalmaqallı açıqlamalar verib. İfaçı atasından gileylənib: “Atam dünyasını dəyişib. Bu haqda danışmaq istəmirəm. Onun həyatda olmamağı məni…
Həkimlər Əli Mirəliyevə vaxt qoydu: “O dərmanı içməsəm…”

Həkimlər Əli Mirəliyevə vaxt qoydu: “O dərmanı içməsəm…”

Müğənni Əli Mirəliyev səhhəti ilə bağlı problem yaşayır. Milli.Az xəbər verir ki, bu barədə məlumatı sənətçi özü verib. Hətta Mirəliyev həkimlərin…
“Bunun üçün 400 min manat XƏRCLƏDİM” – FOTO

“Bunun üçün 400 min manat XƏRCLƏDİM” – FOTO

Müğənni Aygül Səfərova açıqlaması ilə diqqət çəkib. İfaçının etirafı geniş müzakirələrə səbəb olub. Sənətçi tanınmağı üçün 400.000 min manatdan çox…
Daha bir məşhur serial final edəcək – FOTO

Daha bir məşhur serial final edəcək – FOTO

Türkiyənin məşhur serialı “Deha” yaxın zamanda ekran ömrünü başa vuracaq. Hazırkı plana əsasən, əgər son anda yeni bir qərar verilməzsə,…
Hönkür-hönkür AĞLADI: “Nömrəsini oğurlayıb, səsini eşitmək üçün yığırdım”

Hönkür-hönkür AĞLADI: “Nömrəsini oğurlayıb, səsini eşitmək üçün yığırdım”

Müğənni Bahar Lətifqızı kövrək anlar yaşayıb. Milli.Az xəbər verir ki, uşaqlıq hekayəsini danışan sənətçi hönkür-hönkür ağlayıb. O, yaşadığı çətin dönəmləri…