- 30.10.2023 15:03
Qarabağda atəş qurğuları aşkarlandı – Fotolar
Qarabağ bölgəsində əraziyə baxış zamanı qeyri-qanuni erməni silahlı birləşmələrinə məxsus üç ədəd özüyeriyən artilleriya qurğusu aşkar edilib.
Müdafiə Nazirliyindən (MN) verilən məlumata görə, bu zirehli texnika T-72 tankının mühərriki ilə təchiz edilmiş dartıcının üzərinə artilleriya topunun kustar üsulla quraşdırılması ilə hazılanıb.
Qeyd edək ki, bu qurğu 1951-ci ildə istehsal edilmiş mərmilərlə 17.5 km məsəfəyə atəş açmaq imkanına malikdir.
Xankəndi-Şuşa istiqamətində yerləşən atəş mövqelərində aşkar edilmiş bu qurğuların lokal xarakterli antiterror tədbirləri zamanı qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Şuşa şəhərini atəşə tutmaq məqsədilə istifadə edilməsi istisna deyil.
![](https://qafqazinfo.az/uploads/1698660475/e100998933002af112c1b700bb43a083.jpg)
![](https://qafqazinfo.az/uploads/1698660475/ef0323d8881004b26fcddb3f8cf64f24.jpg)
![](https://qafqazinfo.az/uploads/1698660475/f8ac0a090c6bb522248b9a54b29b9ad8.jpg)
![](https://qafqazinfo.az/uploads/1698660475/5fff5fd977989aa14fe9f84283b0035b.jpg)
![](https://qafqazinfo.az/uploads/1698660475/8f072bda5bc063d9cec1e35a9cef6f67.jpg)
![](https://qafqazinfo.az/uploads/1698660475/301399b63ae7858d5745c6714eeef3b6.jpg)
![](https://qafqazinfo.az/uploads/1698660475/bc23089500b65dbbf99b1ea0b4f41a57.jpg)