- 31.10.2023 13:30
Sankt-Peterburqda azərbaycanlıların toy məclisinə silahlı müdaxilə: Saxlanılanlar var – VİDEO
![Sankt-Peterburqda azərbaycanlıların toy məclisinə silahlı müdaxilə: Saxlanılanlar var – VİDEO](https://proses.az/wp-content/uploads/2023/10/822ee7dd8038d4468fda2e6cffaf15661.jpg)
Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən restoranların birində baş tutan azərbaycanlıların toy mərasimi hüquq-mühafizə orqanlarının əməkdaşlarının keçirdiyi əməliyyat səbəbindən qəfil yarımçıq kəsilib.
Bununla bağlı videogörüntülər “Telegram” kanallarında paylaşılıb.
Mərasimin keçirildiyi məkana gələn hüquq-mühafizə orqanları əməkdaşları toyda iştirak edən bütün vətəndaşların sənədlərini yoxlayıblar.
Yoxlama nəticəsində beş nəfərin saxlandığı bildirilir.
İlkin məlumata görə, saxlanılan şəxslərin deportasiya olunacaqları gözlənilir.