- 08.11.2023 03:10
Ağstafa məktəbliləri Zəfər Bayramını qeyd etdi – FOTOLAR + VİDEO

Proses.az xəbər verir ki, Ağstafa şəhər Ə. Hüseynov adına 1 saylı orta məktəbin ibtidai sinif müəllimi Vəfa Qurbanovanın rəhbərlik etdiyi 1″A” sinif şagirdlərinin iştirakı ilə Ağstafa rayon Mədəniyyət mərkəzində 8 noyabr “Zəfər günü” münasibəti ilə təntənəli tədbir keçirilib. Tədbirdə məktəbin müəllim və şagird kollektivi, valideynlər və 44 günlük Vətən Müharibəsində şəhid olmuş məktəbin direktoru Elvin İmaməliyevin atası Elsevər İmaməliyev iştirak edib. Məktəblilər müxtəlif vətənpərvər mahnılar səsləndirib və səhnəciklər nümayiş etdiriblər. Qeyd edək ki, Vətən Müharibəsi başlayanda məktəbin direktoru Elvin İmaməliyev də könüllü olaraq döyüşlərə qatılıb. Noyabrın 9-da Şuşa uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Bu gün övladlarımızın vətənpərvər ruhda böyüməsində müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Vəfa müəllimə də bu məsuliyyətli işi şərəflə daşıyan müəllimlərdəndir. O, öz şagirdlərini vətənpərvər ruhda tərbiyyə etmək üçün müxtəlif tədbirlər təşkil edir. Bu gün təşkil olunan tədbir də şagirdlərin vətənpərvər ruhda böyüməsinə xidmət edən tədbirlərdəndir.
Tədbirdən olan görüntüləri təqdim edirik.