- 13.11.2023 17:17
Zakir Həsənov BƏƏ-yə səfərə getdi

Noyabrın 13-də Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən “Dubai Airshow – 2023” beynəlxalq sərgisində iştirak etmək məqsədilə bu ölkəyə səfərə gedib.
Bu barədə Proses.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Səfər çərçivəsində Z.Həsənovun konfrans və panel müzakirələrdə iştirakı nəzərdə tutulur.