- 15.11.2023 09:32
Tanınmış aparıcı ATV-dən getdi
![Tanınmış aparıcı ATV-dən getdi](https://proses.az/wp-content/uploads/2023/11/9c094adda42679eca6ad55a1b6f70afc.jpg)
Uzun illərdir ki, Azad Azərbaycan telekanalında çalışan aparıcı İlhamə Bədəlova işindən ayrılıb.
Proses.az yenisabah.az-a istinadən xəbər verir ki, “Həkimsən” verilişinin aparıcısı başqa kanalda işə başlayır. Bədəlova artıq “Space” TV-də fəaliyyətini davam etdirəcək.
Bu gün sözügedən proqramın əvəzinə “Bir kişi, bir qadın” serialı yayımlanıb.
Aparıcı “Həkimsən” verilişi ilə yanaşı bir müddət Vüsalə Əlizadəni “7 canlı” proqramında əvəz etmişdi.