• 18.11.2023 09:17

14 yaşında evləndiyi arvadını qanına QƏLTAN ETDİ – Maştağadakı cinayətin TƏFƏRRÜATI

14 yaşında evləndiyi arvadını qanına QƏLTAN ETDİ – Maştağadakı cinayətin TƏFƏRRÜATI

2022-ci il iyunun 29-da Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsi, Axund.M.Əbdülkərim küçəsində qadın və atası bıçaqlanır. Daxil olan məlumatla əlaqədar polis və prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirir və cinayəti törədən şəxsin axtarışlarına başlanılır.

Arvadını və qayınatasını bıçaqlayan Abbas Mirzəyev Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə könüllü gələrək təslim olub.

Bu barədə həmin bölmədən Sabunçu RPİ-yə məlumat verilib.

Sabunçu RPİ İstintaq şöbəsində toplanan ilkin materiallar rayon prokurorluğuna göndərilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Abbas Mirzəyev 1976-cı ildə Bakı şəhərində anadan olub, Səbail Rayon Məhkəməsinin 2004-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə iki il altı ay müdətinə azadlıqdan məhrum olunub.

Lent.az bıçaqlanma hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, Abbas Mirzəyev iyunun 29-u saat 15 radələrində yaşadığı Yasamal rayonu, Nərimanov küçəsi, ev 13-dən bıçaq götürüb qayınatasının yaşadığı evə yollanıb. Cinayətkar niyyətini gizlədib həyat yoldaşı ilə təklikdə danışmaq, guya sonuncu ilə barışmaq və onu öz evinə aparmaq istədiyini söyləyərək, yataq otağına daxil olub.

Şalvarının belindən çıxardığı bıçaqla arvadı Nigar Mirzəyevaya səkkiz dəfə zərbə endirib. Qadının qışqırıq səsinə gələn anası Sevda Seyidova, atalığı Vaqif Seyidov və qardaşı Orxan Məmmədov onun qarşısını almağa çalışıblar. Qarşıdurma zamanı Vaqif Seyidov boyun, sol və sağ əllərindən bıçaq xəsarətləri alıb. Müdaxilə nəticəsində Orxan Məmmədov Abbas Mirzəyevin əlindən bıçağı alıb. Yaranmış səs-küydən və polis əməkdaşlarının gəlməsindən qorxaraq o, hadisə yerindən qaçıb. Zərərçəkmişlərə ixtisaslı tibbi yardım göstərilərək həyatları xilas olduğundan ölən olmayıb.

İş üzrə dindirilmiş Abbas Mirzəyev bildirib ki, 2003-cü ilin fevral ayında bibisi Sevda Seyidovanın qızı Nigar Mirzəyeva ilə evlənib. Yasamal rayonunda yaşayıblar, nikahdan üç övladları dünyaya gəlib:

Abbas Mirzəyev

“2010-cu ildə qız övladlarımdan biri iflicdən öldü. Aramızda baş verən mübahisələrə arvadımın daha yaxşı bəzənmək və geyinmək istəməsi, mənim isə bütün bunlara imkan edə bilməməyim səbəb olub. Arvadım tez-tez valideynlərinin evinə gedərək aylarla orada qalırdı. Mən də hər dəfə gedib hər şeyin qaydasına düşəcəyini söz verərək ondan evə qayıtmasını xahiş edirdim. 2020-ci il fevralın 26-da evimizdə olanda mübahisə zamanı Nigar aramızdakı yaş fərqini dilə gətirərək məni qıcıqlandırdı. Uşaqları sahibsiz qoyub anasının yanına gedəcəyini söyləyəndə özümü saxlaya bilməyib yoldaşımın üzünə zərbələr vurdum. Zərbələrdən Nigarın dodağı qanadı. Buna görə, arvadım anası ilə Yasamal RPİ 26-cı PB-nə gedərək ərizə yazdı. Araşdırma aparılarkən hərəkətimə görə Nigardan üzr istədim, bir daha ona qarşı kobudluq etməyəcəyimə söz verdim. Nəticədə arvadım şikayət ərizəsini geri götürüb mənimlə barışdı.

2022-ci il iyunun 23-də növbəti mübahisə zamanı Nigar boşanmaq və valideynlərinin evinə getmək istədiyini bildirdi. Aramızda münaqişə yaranmağından çəkindiyim üçün bir müddətlik anasıgilə getməsinə razılıq verdim. Ayın 29-u saat 15 radələrində Maştağa qəsəbəsinə yollandım. Həyətdə qayınanam Sevda Seyidova və qayınatam Vaqif Seyidovla danışdım. Sonra yataq otağına daxil olaraq Nigarla danışıb ondan evə qayıtmasını xahiş etdim. Amma arvadım artıq mənimlə yaşamaq istəmədiyini, boşanmaq və öz həyatını yaşamaq istədiyini dedi. Bu sözlərdən qəzəblənərək üzərimdə olan bıçaqla ilk zərbəni arvadımın boğazına vurdum. Nigarın qışqırıq səsinə otağa girən ata-anası və qardaşı əlimdəki bıçağı almağa çalışdılar. Qarşı-qarşıya olan zaman yoldaşımın bədəninin müxtəlif nahiyələrinə zərbələr endirməkdə davam edirdim. Vaqif Seyidov da bıçaq xəsarətləri aldı. Sonra kəsici aləti əlimdən döşəməyə tullayaraq tələsik evdən uzaqlaşdım.
Avtobusdan Zabrat dairəvi yolunda düşərək, taksiyə mindim və 26-cı bölməyə getdim. Növbətçiyə hadisə barədə məlumat verdim. Məni oradan Sabunçu Rayon Polis İdarəsinə gətirdilər”.

Abbas Mirzəyev əlavə edib ki, hadisə zamanı qarışıqlıq yarandığı və özünü itirdiyi üçün nə etdiyini dərk etməyib. Vaqif Seyidova ümumiyyətlə xəsarət yetirmək niyyəti olmayıb. Saat 15 radələrində Maştağaya gedərkən yolda qızı Fidana “WhatsApp” tətbiqində “ananızı pis əmələ görə yox, belə yaşaya bilmirəm deyə öldürəcəyəm” məzmunlu mesaj göndərib. Sadəcə internetdə nasazlıq olduğuna görə ismarıc qızının telefonuna gec yəni saat 18 radələrində çatıb.

Nigar Mirzəyev

Zərərçəkmiş Nigar Mirzəyeva ifadəsində göstərib ki, ailələrinin razılığı ilə ailə həyatı quranda 14 yaşı tamam olmayıb:

“Abbas Mirzəyev məndən əvvəl evli olub. Yoldaşımla münasibətim həmişə pis olub. Abbas çox qısqanc idi, narkotik vasitə olan marixuana çəkirdi. Boş şeylərə görə evdə mübahisə yaradırdı. Dəfələrlə məni döyürdü. Abbasdan boşanmaq istəsəm də, heç vaxt bu istiqamətdə hər hansı addım atmadım. İyunun 23-də növbəti söz-söhbətdən sonra anamgilin evinə getdim. Ayın 29-da günorta Abbas evimizə gəlib mənimlə barışmaq istədiyini dedi. Nə qədər yalvarsa da, onunla barışmayacağımı bildirdim.

Həyətə çıxıb, anamla danışandan sonra yenə yataq otağına qayıtdım. Kresloda əyləşərək mənimlə barışmaq istədəyini və bir daha məni incitməyəcəyini söylədi. Artıq bu sözlərin mənasız olduğunu vurğulayaraq onunla heç yerə getməyəcəyimi bildirdim və otaqdan çıxmaq istədim. Ayağa qalxıb mənə yaxınlaşan Abbas sol əli ilə arxadan sinəmdən tutdu və sağ əlindəki bıçaqla boğazıma zərbə vurdu. 2-ci zərbə çənəmə dəydi. Saçlarımı əlinə dolayıb məni divara sıxdı. Həmin an çiynimdən və əllərimdən müxtəlif xəsarətlər aldım. Qarışıqlıqda ögey atama xəsarətlər yetirildiyini görmədim”.

Nigar Mirzəyeva hesab edib ki, ərinin məqsədi onu öldürmək olub. Əgər niyyəti qorxutmaq olsaydı, ilk zərbədən sonra hadisə yerindən uzaqlaşardı.

Şahid Vaqif Seyidov bildirib ki, 2020-ci ildən etibarən Nigarla Abbasın arasında əsassız qısqanclıq zəminində yaranmış mübahisələr daha da şiddətlənməyə başlayıb:

“2022-ci il iyunun 23-də evə qayıdan Nigardan nə baş verdiyini soruşanda o, ərinin ona işgəncələr verdiyini dedi. Hadisə günü, qışqırıq səsinə otağa daxil olanda Abbasın Nigarı arxadan tutub, ayaqlarını çarpaz şəkildə belinə doladığını, sol əli ilə saçını dolayıb, sağ əlindəki bıçaqla arvadının boğazını kəsdiyini və qan axdığını gördüm. Yoldaşım Sevda qışqırıb Abbasdan qızı buraxmağını tələb etdi. Lakin o, Nigarı buraxmadı. Qızımı kürəyi üstə yerə yıxıb dizini sinəsinə qoydu. Stulu götürüb ardıcıl üç dəfə Abbasın kürəyindən vurdum. Axırıncı zərbədən sonra o, Nigarın saçını buraxdı. Qız əlindən çıxıb digər otağa girərək qapını arxadan kilidlədi. Abbasın əlindən bıçağı almağa cəhd edərkən hər iki əlim kəsildi. Sonra Abbas kəsici aləti ataraq evdən qaçdı.

Bundan sonra Sevda Seyidova ev telefonundan Təcili Tibbi Yardıma və 102 xidmətinə zəng edib məlumat verdi. Təcili yardım avtomobili məni və Nigarı Sabunçu Tibb Mərkəzinə apardı. Səhəri gün 14-cü PB-yə polis bölməsinin əməkdaşına hadisə barədə ətraflı məlumat verdim. Orxan Məmmədov evə gələndə Abbas Mirzəyev artıq yox idi. Abbasın Nigarı öldürmək istəməsinə səbəb – qızımın boşanmaq istəməsi, birlikdə yaşamaq istəmədiyini deməsi olub. Abbas çox qısqanc idi, səbəbsiz yerə özündən fərziyyələr uydurub yoldaşını xəyanət etməkdə günahlandırırdı. Ona görə də evlərində tez-tez mübahisələr baş verirdi. 2020-ci ilin fevral ayında o, döyüb, ölümcül hala saldığı üçün Nigar bu barədə bölməyə məlumat verib, lakin sonra ailənin dağılmamasından ötrü ərizəsini geri götürüb”.

Məhkəmə iclasında Abbas Mirzəyev ittiham üzrə özünü qismən təqsirli bilib. Zərərçəkmişlər təqsirləndirilən şəxsə qanuna müvafiq cəza verilməsini xahiş ediblər.


Məhkəmə qənaətə gəlib ki, Abbas Mirzəyevə qanunla müəyyən edilmiş qaydada CM-nin 29,120.2.3-cü, 29,120.2.4-cü və 29,120.2.7-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Abbas Mirzəyev 14 il müddətinə azadlıqdan məhrum olunub.

DİGƏR XƏBƏRLƏR

Zakir Həsənov İrana başsağlığı verdi

Zakir Həsənov İrana başsağlığı verdi

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Bağerinin həlak olması ilə bağlı başsağlığı…
SON DƏQİQƏ: Təbriz yenidən BOMBALANIR

SON DƏQİQƏ: Təbriz yenidən BOMBALANIR

İranın şimal-qərbində yerləşən Təbriz 24 saat ərzində üçüncü dəfə İsrail tərəfindən hücuma məruz qalıb. Musavat.com xəbər verir ki, bu barədə “NourNews”…
İsrail Təbriz aeroportunu VURDU

İsrail Təbriz aeroportunu VURDU

Təbriz şəhəri ətrafında partlayış səsləri eşidilib. Proses.az xəbər verir ki, bu barədə İranın “Mehr” xəbər agentliyi məlumat yayıb. Bildirilir ki, İsrail…
SON DƏQİQƏ: Ermənistanda sabiq baş nazir SAXLANILDI

SON DƏQİQƏ: Ermənistanda sabiq baş nazir SAXLANILDI

Ermənistanın sabiq baş naziri Ovik Abramyan saxlanılıb. Bu barədə Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin mətbuat xidməti məlumat yayıb. Daxil olan məlumatlara görə,…
“Qarabağ”ın futbolçusu hamilə xanımı ilə FOTOlarını paylaşdı

“Qarabağ”ın futbolçusu hamilə xanımı ilə FOTOlarını paylaşdı

“Qarabağ”ın xorvatiyalı qapıçısı Fabian Buntiç instaqram hesabında paylaşım edib. O, hamilə olan xanımı Cennifer Buntiçlə fotolarını paylaşıb. Buntiç paylaşıma “The…
Zaxarova erməni jurnalistə “yerini göstərdi”

Zaxarova erməni jurnalistə “yerini göstərdi”

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bugünkü iclasında növbəti dəfə erməni jurnalistlərlə rəsmi nümayəndə Mariya Zaxarova arasında mübahisə yaşanıb. Proses.az Trend-ə…
Yasda ehsan verənlər cərimələnə bilər?

Yasda ehsan verənlər cərimələnə bilər?

Azərbaycanın bir çox rayonunda yas mərasimlərində ehsan verilməsi qadağan edilib. Hətta bəzi bölgələrdə bu hal aşkarlanırsa, vətəndaşlar cərimələnir. Maraqlıdır, vətəndaşlar…
Anar Mədətov Mahirin soyadını dəyişməsindən DANIŞDI

Anar Mədətov Mahirin soyadını dəyişməsindən DANIŞDI

Tanınmış prodüser Anar Mədətov açıqlaması ilə diqqət çəkib. “Maqazin Plus”a danışan prodüser məşhur futbolçu oğlu Mahir Emrelidən danışıb. O, övladının…
Kəmalə Günəşli mikrofonla toy sahibini təhqir edib – Ona bakal atdı

Kəmalə Günəşli mikrofonla toy sahibini təhqir edib – Ona…

Sumqayıtın Nizami küçəsində yerləşən “Park Palace” şadlıq sarayında keçirilən toy mərasimində məclis sahibi ilə müğənni Kəmalə Günəşli arasında dava-dalaş olub.…
Gecə satışa çıxan “əlimyandı” maşınlar – “Başağrısı” istəmirsinizsə…

Gecə satışa çıxan “əlimyandı” maşınlar – “Başağrısı” istəmirsinizsə…

Son zamanlar avtomobil alqı-satqısı ənənəvi maşın bazarından çox sosial şəbəkələrə keçib. Xüsusilə gecə saatlarında paylaşılan elanlarda “cekpot”, “əlimyandı”, “şansı qaçırma”…
Azərbaycanda qaz və işıq limiti LƏĞV EDİLİR?

Azərbaycanda qaz və işıq limiti LƏĞV EDİLİR?

Azərbaycanda “Qaz təchizatı haqqında” yeni qanun layihəsi də hazırlanıb. Qanun qazın nəqli, paylanması, saxlanması, satışı, idxalı, istehlakı və qaz qurğularının…
Sosial müavinət və təqaüdlərin artırılması ilə bağlı SEVİNDİRİCİ XƏBƏR!

Sosial müavinət və təqaüdlərin artırılması ilə bağlı SEVİNDİRİCİ XƏBƏR!

Sosial müavinətlərin və təqaüdlərin artırılması ilə bağlı sənəd imzalandıqdan sonra bir sıra və uşağın doğulmasına görə verilən müavinətlərin də artıb…
Xanəndələr canlı efirdə barışdılar – VİDEO

Xanəndələr canlı efirdə barışdılar – VİDEO

Əməkdar artistlər İlkin Əhmədovla Nigar Şabanova arasında küsülülüyə son qoyublar. Efirlərin birində qonaq qolan xanəndələr canlı yayımda barışdıqlarını nümayiş etdiriblər.…
“Narkoman deyiləm, gül kimi qızam” – Fotolar

“Narkoman deyiləm, gül kimi qızam” – Fotolar

Narkotik ittihamı ilə mühakimə edilən, özünü şair və tiktoker kimi təqdim edən İlhamə Elşadqızının cinayət işi üzrə məhkəmə araşdırması davam edir.…
Nazir Ramin İsrafilovu idarə rəisi təyin etdi – FOTO

Nazir Ramin İsrafilovu idarə rəisi təyin etdi – FOTO

Müdafiə Sənayesi Nazirliyinin nəzdində “Mərkəzi Təminat və Marketinq İdarəsi” MMC-yə yeni rəis təyin edilib. Proses.az “Qaynarinfo”ya istinadla xəbər verir ki,…