- 23.11.2023 09:42
TƏBİB-dən Dərnəgüldə baş verən yanğınla bağlı YENİ AÇIQLAMA
![TƏBİB-dən Dərnəgüldə baş verən yanğınla bağlı YENİ AÇIQLAMA](https://proses.az/wp-content/uploads/2023/11/1700712220_7a990b32-0e8c-37e7-810a-bd0fe8a4aae1.jpeg)
23.11.2023-cü il saat 05:55 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə (TƏBİB) Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti, “Dərnəgül” taxta bazarının ərazisində yanğın hadisəsi ilə bağlı çağırış daxil olub.
TƏBİB-dən bildirilib ki, hadisə yerinə 2 təcili tibbi yardım briqadası cəlb olunub.
Yanğın nəticəsində 1 şəxsin (cinsi kişi) həkiməqədər ölümü qeydə alınıb, 1 şəxsə (cinsi kişi) isə stresə qarşı reaksiya səbəbi ilə yerində yardım göstərilib.