• 28.11.2023 17:56

Bacılara son söz üçün 1 həftə verildi

Bacılara son söz üçün 1 həftə verildi

Binəqədi Rayon Bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva və bacısı İlknur Turkutun cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşmaq üzrədir.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda vəkillər müdafiə çıxışı ediblər.

Aytac Əliyevanın vəkili Ceyhun Yusifov düşünür ki, bu iş ilkin istintaq dövründən düzgün aparılmayıb. Vəkilin dediyinə görə, müvəkkilinin əməlində nəinki cinayət, mülki pozuntu belə yoxdur: “Bu iş Məlikməmməd nağılından başqa bir şey deyil. Bu adamı uydurma cinayət məsuliyyətinə cəlb etmək istəyirsizsə, elə edin ki, bir az reallığa bənzəsin. Bundan başqa, verilən işin həcmini 311-ci (rüşvət alma) maddə təşkil edirsə, niyə istintaqı Bakı Şəhər Baş Polis İdarəsi aparıb, maraq nədir? Aytacın kifayət qədər nüfuzu var, statusu digərlərindən fərqlidir. 1 il yarım ərzində 20 dəfə qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəmişəm, hər dəfə vəsatətim rədd edilib. İndi də xanım müttəhim ağır onkoloji xəstədir. İstintaq orqanı dələduzluq ittihamı qırılmasın deyə rüşvət almanı da əlavə edib. Belə şey olar?! Mən əvvəllər Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadəni görəndə ixtisasıma görə təşəkkür etmək istəyirdim, indi deyirəm ki, ay Allah, mən niyə hüquq oxudum…”

Vəkil yekunda bəraətverici hökm çıxarılacağına ümid etmədiyini ifadə edib.

İlknur İsmayılovanın vəkili Xavər İsmayılova da məhkəmədən bəraət hökmü çıxarılmasını istəyib. O deyib ki, müvəkkili qızıl alveri ilə məşğul olub. Alış-veriş zamanı da hesabına pullar köçürülüb: “Burda kiminsə etibarından sui-istifadə yoxdur. Məhkəmə istintaqı dövründə də sübut olundu ki, ittihamda göstərilən məbləğlər real deyil. Mən bacıların təqsirsiz olduğunu düşünürəm, ona görə də hər ikisinə bəraət verilməsini xahiş edirəm”.

Təqsirləndirilən bacılara son sözə hazırlaşmaq üçün dekabrın 5-nə kimi vaxt verilib.

Qeyd edək ki, bacılar 2021-ci ildə həbs ediliblər. Aytac Əliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd hazırlama) maddələri, İlknur Turkut isə 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunur.

A.Əliyeva həbsdə, İ.Turkut isə ev dustaqlığındadır.

DİGƏR XƏBƏRLƏR

28 Mayın iki üzü: Laçında dövlətçilik nümayişi, Novxanıda simvolik təslimçilik

28 Mayın iki üzü: Laçında dövlətçilik nümayişi, Novxanıda simvolik…

28 May Azərbaycan tarixində təkcə bir dövlətin yaradılma günü deyil, milli iradənin, azadlıq istəyinin və müstəqil dövlətçilik düşüncəsinin doğum günüdür.…
Prezidentlər Kəlbəcər-Laçın avtomobil yolunda – Fotolar

Prezidentlər Kəlbəcər-Laçın avtomobil yolunda – Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış…
Hüseynbala Mirələmovun qardaşı oğlunun cinayət işinə görə o da axtarışa verildi – FOTO

Hüseynbala Mirələmovun qardaşı oğlunun cinayət işinə görə o da…

Sabiq deputat Hüseynbala Mirələmovun qardaşı oğlunun törətdiyi cinayət işində adı keçən Paşa Paşayev axtarışa verilib.  Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən xəbərə…
Xalq artistinin nəvəsinə yüksək vəzifə verildi

Xalq artistinin nəvəsinə yüksək vəzifə verildi

Azərbaycan Respublikasının Kino Agentliyinə direktor müavini təyin edilib. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, mədəniyyət naziri Adil Kərimlinin…
Laçında bu yerlərdə çalışanlar 1000 manat maaş alır

Laçında bu yerlərdə çalışanlar 1000 manat maaş alır

Laçındakı sənaye müəssisələrində çalışan işçilər 1000 manata yaxın əməkhaqqı alır. Proses.az “Report”a istinadən xəbər verir ki, bunu Laçındakı xüsusi nümayəndəliyin…
Tarixi ANLAR- Laçın Beynəlxalq Hava Limanının açılışı oldu- VİDEO

Tarixi ANLAR- Laçın Beynəlxalq Hava Limanının açılışı oldu- VİDEO

Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi olub. Proses.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib…
Laçında tarixi tədbir başladı – Canlı

Laçında tarixi tədbir başladı – Canlı

Bu gün 28 May – Müstəqillik Günündə Laçın Beynəlxalq Hava Limanının açılışı baş tutur. Açılışda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə…
Ərdoğanın təyyarəsi Laçın aeroportuna eniş etdi – Canlı

Ərdoğanın təyyarəsi Laçın aeroportuna eniş etdi – Canlı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Müstəqillik Günü münasibətilə özəl “TUR” təyyarəsi ilə Azərbaycanın Laçın şəhərinə yola düşüb. Onu Esenboğa…
Dublin hava limanında təhlükəli eniş anı – VİDEO

Dublin hava limanında təhlükəli eniş anı – VİDEO

Almaniyanın Lufthansa aviaşirkətinə məxsus Airbus A320neo təyyarəsi Dublində eniş zamanı az qala qanadı ilə yerə toxunub. Milli.Az xəbər verir ki,…
Kirkorov xəstəxanaya yerləşdirildi

Kirkorov xəstəxanaya yerləşdirildi

Rusiyanın Xalq artisti Filipp Kirkorovun müalicəsi hələ 2-3 həftə davam edəcək. Milli.Az xəbər verir ki, bu barədə “Mash” Telegram kanalı…
Xəzərdə yeni ada peyda oldu

Xəzərdə yeni ada peyda oldu

Rusiyalı alimlər Xəzər dənizinin şimal hissəsində su səviyyəsinin aşağı düşməsi nəticəsində yeni bir adanın meydana gəldiyini təsdiqləyiblər. Adaya hələlik hər…
Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah bu ərazilərdə qaz olmayacaq

Xəzər rayonundakı mövcud qaz xəttində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar 29.05.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.  Bu barədə…
Laçında dəfn mərasimlərinə icazə verildi

Laçında dəfn mərasimlərinə icazə verildi

Laçında dəfn mərasimlərinə icazə verilib. Proses.az xəbər verir ki, bu barədə APA-ya Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi…
Dollarla bağlı mühüm açıqlama – “Manatın məzənnəsi…”

Dollarla bağlı mühüm açıqlama – “Manatın məzənnəsi…”

Azərbaycanda ingilis funt-sterlinqi manata nisbətdə bahalaşıb-ucuzlaşır. Eyni tendensiya avro ilə bağlı da müşahidə olunur, lakin ABŞ dolları stabilliyini qoruyur. Bu…
Ərdoğan Laçına yola düşdü

Ərdoğan Laçına yola düşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Müstəqillik Günü münasibətilə özəl “TUR” təyyarəsi ilə Azərbaycanın Laçın şəhərinə yola düşüb. “Qafqazinfo” “Anadolu…