• 30.11.2023 09:30

Nazarbayev ETİRAF ETDİ: “İkinci arvadımdan iki oğlum var”

Nazarbayev ETİRAF ETDİ: “İkinci arvadımdan iki oğlum var”

Qazaxıstanın ilk prezidenti, 1989-2019-cu illərdə ölkəyə rəhbərlik edən Nursultan Nazarbayev deyib ki, onun ikinci arvadı və ondan iki oğlu var.

Proses.az konkret.az-a istinadən xəbər verir ki, siyasətçi bu barədə Qazaxıstanın “Foliant” nəşriyyatında çap olunacaq “Mənim həyatım” adlı avtobioqrafik kitabında yazıb. Nazarbayevin ikinci ailəsindən bəhs edən xatirələrdən bir parçanı Orda.kz dərc edib.

Nazarbayev deyib ki, ikinci həyat yoldaşı Asel İsabayeva ilə Taldıkorqan səfəri zamanı tanış olub.

“Bir gün mənim Taldıkorqana getmək şansım oldu. Dövlət başçısının bölgələrə işgüzar səfərləri zamanı onu təyyarənin pilləkənlərində gül-çiçək dəstələri ilə qarşılayırdılar. Məlumdur ki, belə bir mərasimdə iştirak etmək üçün ən gözəl yerli qızlar seçilir. Çoxdandır adət etdiyimiz gözəl bir ritualdır. Amma həmin hadisə xüsusi təəssürat yaratdı. Hava limanında mənə gül verən qız heyrətamiz dərəcədə gözəl idi. Sonralar uzun müddət alovlu, zərif görünüşü ilə diqqəti cəlb edən, heyrətamiz gözəlliyə malik o qız yadımdan çıxmırdı”, – deyə Nazarbayev yazır.

Keçmiş prezidentin dediyinə görə, o, 1999-cu ildə mətbuatda qızın “Miss Qazaxıstan” gözəllik müsabiqəsinin Qran Prisini qazanması xəbərini görəndən sonra Aseli tapa bilib: “Bir müddət keçdi. Taldıkorqan hava limanında məni qarşılayan o gözəl qızın obrazı yaddaşımda dönə-dönə canlandı. Bir gün qəzetlərin birində onun şəklini gördüm: Astanada “Miss Qazaxıstan” gözəllik müsabiqəsi keçirilmişdi, həmin qız Qran-pri qazanmışdı… İndi onu tapmaq çətin deyildi”, – deyə birinci prezident yazır.

“Bizim tanışlığımız qarşılıqlı rəğbətə, simpatiya isə yaxınlaşmağa çevrildi. Tez-tez görüşməyə başladıq. İstər Aselin xarici görünüşündə, istərsə də düşüncələrində axtardığım bir çox xüsusiyyətləri gördüm. Ən əsası isə illərdir davam edən ruhi tənhalıqdan qurtuldum”, – deyə Nazarbayev yazıb.

Xatirələrdə deyilir ki, cütlük müsəlman adəti üzrə evlənib və 2005 və 2008-ci illərdə onların iki oğlu – Tauman və Bayken dünyaya gəlib.

“Atalıq sevinci, körpəmi öpmək xoşbəxtliyi altmış beş yaşımda yenidən mənə qayıtdı. Körpələrimin ilk addımları, ilk sözləri, onları qucağımda daşıması, oyuncaqlarının sehrli dünyası, ilk dəfə birinci sinfə getməsi, oxuyub yazdıqları ilk hərflərin həzzi, səs-küyü – bütün bunlar məndə paytaxt quruculuğu dövrünün sıxıntılarını yüngülləşdirirdi. O günləri, illəri yada salıb, incəliklə düşünürəm. Ümumiyyətlə, həyatda ən vacib şey, ən həqiqi və ən davamlı xoşbəxtliyi insana ancaq övlad və ancaq valideyn olmaq xoşbəxtliyi bəxş edə bilər”, – deyə o yazıb.

Nazarbayev iddia edir ki, birinci arvadı Sara və üç qızı Dariqa, Dinara və Aliyə ikinci ailədən xəbər tutduqdan sonra onu düzgün başa düşüblər.

“Gənc yaşlarımdan mənə dayaq olmuş, ən çətin sınaqların saatlarında yanımda olan üç qızımın – Dariqa, Dinara, Aliyə və anası Saraya bütün ömrüm boyu minnətdarlıq və qayğı ilə yanaşmışam. Bu çətin həyatda mən də təsəlli tapdım ki, taleyimin o dönüş nöqtəsində məni başa düşüb bağışladılar.

Tauman doğulandan sonra Almatıya gəlib ondan üzr istəyəndə və hər şeyi olduğu kimi danışanda, hörmətli sülalənin bu nümayəndəsi yenidən nəciblik nümayiş etdirdi. “Körpə mələkdir. Qoy uşaq xoşbəxt olsun”, – Sara öz xoş niyyətini bildirmişdi. Qızlarım da məni düzgün başa düşdülər.

Belə bir hal hər bir qadın üçün ağır sınaqdır, amma Sara Alpısovnanın səxavətinin təbiəti mənə məlumdur. Onun babası Sarıarkada Konakay adlı məşhur bəy olub.

“İndi iki oğlum böyüyüb. Onlar bizi sevindirir və yaxşı övladlardır. Uşaqları sevgi və qayğı ilə böyütməklə insan öz ömrünü uzadır. Budur, dostlar. Mən bütün həqiqəti sizin qarşınıza çıxardım. Buna nə deyəcəyiniz sizə bağlıdır. Bu həyatdır. Təkzibedilməz bir həqiqət var. Həqiqət budur ki, sən ürəyinə əmr verə bilməzsən”, – deyə Nazarbayev sözünü yekunlaşdırıb.

DİGƏR XƏBƏRLƏR

Bakıda daha bir uşaq faciəvi şəkildə öldü

Bakıda daha bir uşaq faciəvi şəkildə öldü

Paytaxtın Nərimanov rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisəsi baş verib. Hadisə iyunun 14-ü gecə saat 01 radələrində Təbriz küçəsi…
Bakıdan Tehran və Təl-Əvivə uçuşlar iyunun sonunadək dayandırıldı

Bakıdan Tehran və Təl-Əvivə uçuşlar iyunun sonunadək dayandırıldı

AZAL uçuşların təhlükəsizliyini prioritet olaraq müəyyən edir və vəziyyətin inkişafını yaxından izləyir. “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən verilən məlumata…
İran bu ölkə ilə sərhədləri BAĞLADI

İran bu ölkə ilə sərhədləri BAĞLADI

Pakistan İran-İsrail gərginliyinin artması fonunda İranla hava və quru yollarını bağladığını açıqlayıb. Ajans.az bu barədə Bəlucistan əyalət hökumətinin sözçüsü Şahid…
Bakıda iki biznesmenin övladları evləndi, toya Rafet El Roman gəldi (FOTO/VİDEO)

Bakıda iki biznesmenin övladları evləndi, toya Rafet El Roman…

Azərbaycanın tanınmış iş adamı Bakıda oğluna möhtəşəm toy edib. Proses.az Manset.az-a istinadla xəbər verir ki, məşhur biznesmen Cəbrayıl Sadiqli oğlu…
Hacı Şahinin oğlu nişanlandı – FOTO

Hacı Şahinin oğlu nişanlandı – FOTO

Hacı Şahin Həsənlinin oğlu Hüseynin nişan mərasimi olub. Bakupost.az xəvər verir ki, Hüseyn, Firəngiz adlı xanımla nişanlanıb.
948 abonentin qazı kəsiləcək – RƏSMİ

948 abonentin qazı kəsiləcək – RƏSMİ

Sabah Saatlı rayonunun Əhmədbəyli, Heydərabad və Dədə Qorqud kəndlərinin təbii qazla təchizatı müvəqqəti dayandırılacaq. Bu barədə “Azəriqaz” məlumat yayıb. Bildirilib…
Leysan, dolu, sulu qar… – Sabahın havası

Leysan, dolu, sulu qar… – Sabahın havası

Azərbaycanın rayonlarında iyunun 17-də yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və…
Elman Qarayev VƏFAT ETDİ

Elman Qarayev VƏFAT ETDİ

Ağsuda məktəb direktoru vəfat edib. Bu barədə onun yaxınları sosial media hesablarında paylaşım ediblər. Ağsu şəhər Polad Mirzəyev adına 5…
İsrail-İran qarşıdurması: Azərbaycan mediası hansı mənbələrə güvənir?

İsrail-İran qarşıdurması: Azərbaycan mediası hansı mənbələrə güvənir?

İsrail-İran hərbi qarşıdurması Azərbaycan mediasında geniş işıqlandırılır. Lakin informasiya bəzən mənbəyi şübhəli informasiyalara da rast gəlinir. Xəbər saytlarının redaktorları “fake…
Məşhur türkiyəli aktyor ciddi zədə aldı

Məşhur türkiyəli aktyor ciddi zədə aldı

“1001 gece masalları” serialı üçün kamera qarşısına keçən tanınmış türkiyəli aktyor İbrahim Çelikkol tennis oynayarkən qəfil yıxılaraq qolundan ciddi şəkildə…
Efirdə DAVA düşdü: müğənni həmkarının üstünə “hücum çəkdi” – VİDEO

Efirdə DAVA düşdü: müğənni həmkarının üstünə “hücum çəkdi” –…

“Elgizlə izlə” verilişində gərgin anlar yaşanıb. Milli.Az xəbər verir ki, verilişin qonağı olan müğənnilər Zahidə Günəş və Ülviyyə Namazovanın sözləri…
Yenə “Mərcan” klinikası – Plastik əməliyyatda ölən pasientin yaxınları şikayətçidir

Yenə “Mərcan” klinikası – Plastik əməliyyatda ölən pasientin yaxınları…

Rusiya vətəndaşı olan Arzu Sadıqova “Mərcan” klinikasında ümumi cərrah eyni zamanda MedAura klinikasının baş həkimi Nigar Məmmədova tərəfindən icra olunan…
Öldü deyilən Xameneinin müşaviri sağdır? – FOTO

Öldü deyilən Xameneinin müşaviri sağdır? – FOTO

İran mətbuatı ölkənin ali lideri Əli Xameneinin müşaviri Əli Şamxaninin öldüyünü təkzib edib. Milli.az xəbər verir ki, bu barədə İranın nüfuzlu…
Nəfəsin estetik əməliyyatdan öncəki FOTOsu müzakirələr yaratdı

Nəfəsin estetik əməliyyatdan öncəki FOTOsu müzakirələr yaratdı

Müğənni Nəfəs illər öncəki görüntü ilə diqqət çəkib. İfaçının 5 il əvvəl çəkilən estetik əməliyyatız fotosu gündəm olub. Sosial şəbəkələrdə…
Ənvər Abbasovun ölüm xəbəri yayıldı

Ənvər Abbasovun ölüm xəbəri yayıldı

Bu gün sosial şəbəkələrdə “Komedixana”nın sevilən aktyoru Ənvər Abbasovun ölüm xəbəri yayılıb. Proses.az xəbər verir ki, Azxəbər.com aktyorun özü ilə…